Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.4K subscribers
36.8K photos
22.2K videos
8 files
32.9K links
Download Telegram
Rusiyanın Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun “Dostluq” ordeni ilə təltifedilmə mərasimi olub
👍20🤡21👎1
🇹🇷Baş Qərargah rəisi Kərim Vəliyev Türkiyə Quru Qoşunları Komandanlığı təmsilçisi Tuncay Altuğla ölkələr arasında hərbi əməkdaşlığı müzakirə edib.

General-polkovnik Vəliyev Bakı-Ankara müttəfiqliyinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
8👍5👎1🤮1😨1
Xətai rayonu, 8 Noyabr prospekti ilə Ramiz Quliyev küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qəza səbəbindən Zığ şosesi istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.
2👍1
Azərbaycana ilin doqquz ayı ərzində 2, 242 milyon dollarlıq 1 494 ton qoz (qabıqlı) idxal olunub.

AİB ölkələrindən bu məhsulun tədarükü əsasən Rusiya və Qırğızıstandan həyata keçirilib.
5
Rusiyanın Krasnodar diyarının Anapa şəhərində dəniz sahilinin neftlə çirklənməsi səbəbindən fövqəladə vəziyyət elan olunub.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Kerçdə Rusiyaya məxsis iki tankerin qəzaya uğramasından sonra dənizə dağılan neft sahil boyunca 35 km məsafədə yayılıb.

Qeyd edək ki, dekabrın 15-də səhər Kerç boğazında Rusiyanın “Volqoneft 212” və “Volqoneft-239” adlı iki tankeri batıb.
👍72
Suriyanın hazırkı hakimiyyət orqanları beynəlxalq ictimaiyyətə müraciət edərək, ölkənin hesablarının qaytarılmasını istəyib.

Axar.az xəbər verir ki, bu bəyanatla Suriya keçid hökumətinin Baş naziri Məhəmməd əl-Bəşir çıxış edib.

“Suriyanın valyuta ehtiyatları çox aşağıdır, milli valyuta tamamilə çöküb”, - Əl-Bəşir bildirib.

Əl-Bəşir ölkənin yenidən qurulmasını gücləndirmək və əhaliyə, o cümlədən ölkəyə qayıdan qaçqınlara dəstək olmaq üçün Suriyaya qarşı beynəlxalq sanksiyaların ləğvinin vacibliyini qeyd edib.
👍141
Paşinyan Fransanın yeni Baş nazirini İrəvana səfər etməyə çağırıb
🤬2
📢 Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov öz Teleqram kanalında Prezident İlham Əliyevə təşəkkürlərini bildirdiyi paylaşım edib
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍213👎1🤡1
☄️Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
6👍2
Balağa (camış balasına) görə də subsidiya veriləcək.

Axar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasına edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, indiyə qədər heyvan subsidiyası yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə süni mayalanma və ya embrion köçürməsi yolu ilə alınan hər bir sağlam buzova görə verilən subsidiya olub.
6👍4
Harvardı atıb, Bəşərlə Suriyaya gələn Əsma nələr edib?

Ətraflı Yutub kanalımızda: https://youtu.be/w7tZsIWk6pM?si=u1RbdLTNJULVLlFa
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Paytaxtda Nizami küçəsində avtomobil yanıb.

Hadisənin təfərrüatları məlum deyil.
👍2
❗️❗️❗️DİN-dən böyük şans:

Abituriyentlərin Polis Akademiyasına sənəd qəbulu başlayıb. Daxili İşlər Nazirliyi Polis Akademiyasına əyani təhsilə III qrupdan hüquqşünaslıq ixtisasına 500, I qrupdan informasiya təhlükəsizliyi ixtisasına 25 kursantın qəbuluna dair müsabiqə elan edir.

❗️❗️❗️Qeyd edək ki, yemək, qalmaq, təhsil, geyim də daxil olmaqla DİN hər bir şeyi öz üzərinə götürür. Gələcəyini düşünən gənclər, bu sizlər üçün böyük şansdır.

❗️❗️❗️Xüsusilə imkansız ailələrin istedadlı, bacarıqlı uşaqları bu şansdan yararlana bilər.

Xatırladaq ki, bu 16-dan 18-dək, 11-ci sinifdə oxuyan və ya tam orta təhsilli, həqiqi hərbi xidmətə yararlı Azərbaycan Respublikasının vətəndaşlarına şamil edilir.

Əlaqə: 012 590-97-76, 012 454-12-78
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍16🤡32
Göyçayda külək fəsadlar törətdi - Foto
👍2😱1🙏1