Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.4K subscribers
36.8K photos
22.2K videos
8 files
32.9K links
Download Telegram
Gəncə şəhər Məhsəti qəsəbəsində ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb.

Qərb bürosunun məlumatına görə, Daşkəsən rayonu sakini, 1974-cü il təvəllüdlü Asif Tağıyev sursatın partlaması nəticəsində aldığı xəsarətdən həyatını itirib.

Qeyd edək mərhum həmin sursatı taparaq yaşadığı ünvana gətirib və ehtiyatsızlıqdan partlayış olub.

Faktla bağlı araşdırma aparılır.

Axar.az I Report
😢4
Rusiya ordusu Donetsk vilayətinin Annovka yaşayış məntəqəsini ələ keçirib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
👍3🤮2
🇦🇿 Xankəndi və Xocalıda yeni uşaq bağçaları fəaliyyətə başlayıb
👍17
İlin əvvəlindən ölkə əhalisinin sayı 37766 nəfər və ya 0,4 faiz artaraq 2024-cü il noyabr ayının 1-i vəziyyətinə 10218536 nəfərə çatıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

Əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
👍4
ADY qarşıdan gələn 30 dekabr-5 yanvar bayram günlərində hər gün Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar reysləri təşkil edəcək.
5
Azərbaycan Respublikasının Baş Prokurorluğu Bakıda həbsdə olan Qarabağ separatçılarının cinayət işi ilə bağlı Ermənistanın aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edib.

Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Bakıda həbsdə olan Qarabağ separatçılarının cinayət işinin məhkəməyə göndərilməsi ilə bağlı yaydığı məlumatda qeyd olunub.

"Azərbaycan Respublikasının Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinən, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan Respublikasının ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistan Respublikasının aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edir", - məlumatda deyilir.
👍5
Azərbaycanda internet provayderlərinin gəlirləri 12%-dən çox artıb
👨‍⚖️ "Abzas Media" işində təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

"Abzas Media" işində təqsirləndirilən Ülvi Həsənli, Sevinc Abbasova, Hafiz Babalı, Məhəmməd Kekalov, Fərid Mehralızadə, Elnarə Qasımova və Nərgiz Absalamova barələrində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
👍5🤬2
Tatarıstanın rəisi Rüstəm Minnixanov Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına üç ədəd mikroavtobus hədiyyə edib.
17
⚡️AB gələn il Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 30 milyard avro maliyyə dəstəyi verəcək.
👍5👎1
Türkiyə Prezidenti: Suriyanın dirçəlməsi üçün AB və digər beynəlxalq təşkilatların dəstəyinə ehtiyac var
👍1
❗️İlham Əliyev Tatarıstanın rəhbəri Minnixanova “Dostluq” ordenini təqdim edib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
14👍9👎2🤡21
Azərbaycanda bu ilin on ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 42 min 73 nikah və 17 min 907 boşanma halları qeydə alınıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb.

Boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.
🤔1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Rusiya Müdafiə Nazirliyinin general-leytenantı İqor Kirillovun avtomobilinin partladılma - ANI
👍7