Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.4K subscribers
36.8K photos
22.2K videos
8 files
32.9K links
Download Telegram
Polis yaxta kirayəsi adı ilə vətəndaşları aldadan şəxsləri saxlayıb.

Paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 23 yaşlı Nihat Azadov və tanışı 23 yaşlı Şamama Mahmudova saxlanılıblar.
👍9
⚡️"Kartdan karta" üsulu ilə işləyən daha 593 sahibkara maliyyə sanksiyası tətbiq edilib.
👍6
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları 6 milyard manatı üstələyib.

Axar.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov Bakıda keçirilən Gömrük-Biznes Forumu çərçivəsində panel sessiyada bildirib.

Onun sözlərinə görə, bu, 11 aylıq proqnozdan təxminən 150 milyon manat çoxdur.

Bundan başqa, gömrük rəsmisi deyib ki, bu ilin 10 ayında sahibkarlara ümumi dəyəri 2,9 milyard manatdan çox olan güzəştlər tətbiq olunub: "Halbuki, ötən il bu güzəştlərin dəyəri 2,3 milyard manat təşkil edib".
👍3🤡1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qərbdən olan diplomatlar Suriyaya qayıdırlar

Son 12 ildə ilk dəfə Dəməşqdəki Fransa səfirliyi üzərində Fransa bayrağı dalğalanır.
👎20👏3
Gəncə şəhər Məhsəti qəsəbəsində ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb.

Qərb bürosunun məlumatına görə, Daşkəsən rayonu sakini, 1974-cü il təvəllüdlü Asif Tağıyev sursatın partlaması nəticəsində aldığı xəsarətdən həyatını itirib.

Qeyd edək mərhum həmin sursatı taparaq yaşadığı ünvana gətirib və ehtiyatsızlıqdan partlayış olub.

Faktla bağlı araşdırma aparılır.

Axar.az I Report
😢4
Rusiya ordusu Donetsk vilayətinin Annovka yaşayış məntəqəsini ələ keçirib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
👍3🤮2
🇦🇿 Xankəndi və Xocalıda yeni uşaq bağçaları fəaliyyətə başlayıb
👍17
İlin əvvəlindən ölkə əhalisinin sayı 37766 nəfər və ya 0,4 faiz artaraq 2024-cü il noyabr ayının 1-i vəziyyətinə 10218536 nəfərə çatıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

Əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
👍4
ADY qarşıdan gələn 30 dekabr-5 yanvar bayram günlərində hər gün Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar reysləri təşkil edəcək.
5
Azərbaycan Respublikasının Baş Prokurorluğu Bakıda həbsdə olan Qarabağ separatçılarının cinayət işi ilə bağlı Ermənistanın aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edib.

Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Bakıda həbsdə olan Qarabağ separatçılarının cinayət işinin məhkəməyə göndərilməsi ilə bağlı yaydığı məlumatda qeyd olunub.

"Azərbaycan Respublikasının Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinən, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan Respublikasının ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistan Respublikasının aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edir", - məlumatda deyilir.
👍5
Azərbaycanda internet provayderlərinin gəlirləri 12%-dən çox artıb
👨‍⚖️ "Abzas Media" işində təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

"Abzas Media" işində təqsirləndirilən Ülvi Həsənli, Sevinc Abbasova, Hafiz Babalı, Məhəmməd Kekalov, Fərid Mehralızadə, Elnarə Qasımova və Nərgiz Absalamova barələrində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
👍5🤬2