Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.4K subscribers
36.8K photos
22.2K videos
8 files
32.9K links
Download Telegram
Maşınlarını yanlış park edənlər CƏZALANDIRILACAQLAR
👍18
Niderlandın Ermənistandakı səfiri Marike Monro Vinter Avropa Birliyinin Ermənistandakı müşahidə missiyasının ofisini ziyarət edib.

Axar.az xəbər verir ki, bu barədə missiyanın X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

“Ermənistandakı Niderland səfiri xanım Marike Monro Vinteri AB missiyasının ofisində qəbul etmək böyük şərəfdir. Ona missiyanın yerindəki fəaliyyəti barədə məlumat verilib. O, Niderlanddan olan əməkdaşlarla görüşdü və Xaçik kəndi ərazisində patrul xidmətinə qatıldı. Hazırda AB missiyasında 7 niderlandlı ekspert çalışır,” – paylaşımda qeyd edilib.
👎3👍1
Tatarıstan Respublikasının Rəisi Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
👍91
Polis yaxta kirayəsi adı ilə vətəndaşları aldadan şəxsləri saxlayıb.

Paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 23 yaşlı Nihat Azadov və tanışı 23 yaşlı Şamama Mahmudova saxlanılıblar.
👍9
⚡️"Kartdan karta" üsulu ilə işləyən daha 593 sahibkara maliyyə sanksiyası tətbiq edilib.
👍6
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları 6 milyard manatı üstələyib.

Axar.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov Bakıda keçirilən Gömrük-Biznes Forumu çərçivəsində panel sessiyada bildirib.

Onun sözlərinə görə, bu, 11 aylıq proqnozdan təxminən 150 milyon manat çoxdur.

Bundan başqa, gömrük rəsmisi deyib ki, bu ilin 10 ayında sahibkarlara ümumi dəyəri 2,9 milyard manatdan çox olan güzəştlər tətbiq olunub: "Halbuki, ötən il bu güzəştlərin dəyəri 2,3 milyard manat təşkil edib".
👍3🤡1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qərbdən olan diplomatlar Suriyaya qayıdırlar

Son 12 ildə ilk dəfə Dəməşqdəki Fransa səfirliyi üzərində Fransa bayrağı dalğalanır.
👎20👏3
Gəncə şəhər Məhsəti qəsəbəsində ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb.

Qərb bürosunun məlumatına görə, Daşkəsən rayonu sakini, 1974-cü il təvəllüdlü Asif Tağıyev sursatın partlaması nəticəsində aldığı xəsarətdən həyatını itirib.

Qeyd edək mərhum həmin sursatı taparaq yaşadığı ünvana gətirib və ehtiyatsızlıqdan partlayış olub.

Faktla bağlı araşdırma aparılır.

Axar.az I Report
😢4
Rusiya ordusu Donetsk vilayətinin Annovka yaşayış məntəqəsini ələ keçirib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
👍3🤮2
🇦🇿 Xankəndi və Xocalıda yeni uşaq bağçaları fəaliyyətə başlayıb
👍17