Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.4K subscribers
36.7K photos
22.1K videos
8 files
32.8K links
Download Telegram
Belçika dövləti 1961-ci ildə Afrika Konqo Demokratik Respublikasının ilk Baş naziri olan Patris Emeri Lumumbanın necə öldürüməsini gizlədir. Guya Lumumba dostları Mauris Mpolo və Jozef Okito ilə birgə güllələnib. Halbuki Lumumba xüsusi işgəncələrlə qətlə yetirilib.
2👍2
17 dekabr – Müdafiə Sənayesi Nazirliyi Əməkdaşlarının Peşə Bayramı Günü

Müdafiə Sənayesi Nazirliyi əməkdaşlarını peşə bayramı günü münasibətilə Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti adından səmimi-qəlbdən təbrik edirik!

Vətənimizin müdafiə qabiliyyətinin artırılmasında, milli hərbi sənayemizin inkişafında əvəzsiz xidmətləriniz üçün minnətdarlıq bildirir, möhkəm cansağlığı, peşə fəaliyyətinizdə və məsuliyyətli işinizdə uğurlar arzulayırıq.

#17dekabr
#MüdafiəSənayesiNazirliyi
#PeşəBayramıGünü
👍71
Bakının bir sıra yollarında tıxac yaranıb.

Hazırda:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
3. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən ak. Həsən Əliyev küçəsi istiqamətində;
4. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
5. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
6. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
10. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
11. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
12. Aeroport şosesi, "Koroğlu" metrostansiyası istiqamətində;
13. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində;
14. Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində;
15. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.
👍2
Məşhur britaniyalı aktyor BMT-nin qala gecəsində Azərbaycandan danışıb
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Vanuatu sahillərində 7,4 maqnitudalı zəlzələ qeydə alınıb.
😱1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Moskvada baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin Radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və köməkçisi həlak olub.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, partlayış Moskvanın Nijeqorodsk rayonunda evlərdən birinin həyətində baş verib.
👍7😁1
Moskvada baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin Radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov ölüb.
👍7😁2