Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.4K subscribers
36.7K photos
22.1K videos
8 files
32.8K links
Download Telegram
2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən su ehtiyatlarından səmərəli istifadə, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi üçün növbəti ilin dövlət büdcəsindən 546 milyon manat ayrılacaq.
👍1
⚡️⚡️DTX: Təxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşma aşkarlanıb
👍8
“MedEra” Hospitalında baş vermiş insidentdə Ağadadaş Ağayev zərərçəkmiş qismində tanınıb.
👎9👍4😁4🤮1🤣1
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
⚡️⚡️DTX: Təxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşma aşkarlanıb
❗️❗️❗️Saxlanılan şəxslər Azərbaycanın dövlət sərhədində yerləşən gömrük postunu ələ keçirmək, oradakı xidmət aparan şəxsləri girov götürərək tələb irəli sürməyi planlaşdırıblar.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😡12
🇦🇿 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallageri qəbul edib
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Erməni terror təşkilatı Nubar Ozanyan Suriyanın Ayn əl-Ərəb bölgəsindəki tunellərdən yayımladığı video ilə terror təşkilatı PKK/YPG-yə dəstək verdiyini açıqlayıb.

Terror təşkilatı Suriyanın şimalında erməni maraqlarını müdafiə etmək üçün yaradılıb və Qarabağdakı müharibələrdə də iştirak edib.
🤮19🤡7😡71👍1👎1
Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri uğurla davam edir.

Axar.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.

“2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq işlərinə toplam 22 mlrd. manata yaxın vəsait, o cümlədən 2025-ci ildə 4 mlrd. manat ayrılıb).

Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi prosesi uğurla həyata keçirilir. Bugünədək 2417 ailə 9306 nəfər azad olunmuş ərazilərə köçürülüb”, - Baş nazir qeyd edib.
2👍1🤬1
⚡️⚡️⚡️⚡️⚡️Hərbi xidmət yaşının 35-dən 30-a endirilməsi birinci oxunuşda təsdiqləndi.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍162
Heyətində Azərbaycan və Türkiyədən 13 nəfərin olduğu gəmi Kerç boğazında fəlakətə uğrayıb: onlar dənizə çıxa bilmirlər, su və ərzaq ehtiyatları isə tükənir.

Bu barədə TASS-a Rusiya Dənizçilərinin Həmkarlar İttifaqından məlumat verilib.

"Türk gəmi sahibinə məxsus olan və Syerra-Leone bayrağı altında üzən "Lady Fortune" gəmisinin heyəti müraciət edib. Onlar bir neçə gün bundan əvvəl Kerçdən çıxıb Türkiyəyə getməli idilər. Lakin hazırda bu mümkün deyil - su ehtiyatı demək olar ki, qurtarıb, ərzaq da tükənmək üzrədir, gəminin texniki vəziyyəti, mürəkkəb hava şəraiti və işəgötürənin vicdansız olması, yəni artıq altı aydır ki, onlara maaş verilməməsi ilə əlaqədar daha da ağırlaşır", - Həmkarlar İttifaqının nümayəndəsi bildirib.

O, heyət üzvlərindən birinin Türkiyə, digərlərinin isə Azərbaycan vətəndaşı olduğunu qeyd edib.

"Hazırda onlar Kerç boğazındadırlar, fəlakət siqnalı veriblər, lakin bu, əlverişsiz hava şəraiti ilə deyil, məhz onların aclıqla üzləşməsi ilə bağlıdır. Heyət Beynəlxalq Dənizçilər Həmkarlar İttifaqı ilə əlaqə saxlaya bilmədiyi üçün Rusiya Dənizçilərinin Həmkarlar İttifaqına müraciət edib", - nümayəndə əlavə edib.
👍2
⚡️Hərbi xidmətlə bağlı Milli Məclisin birinci oxunuşda təsdiqlədiyi dəyişikliklər:

● Vətəndaşlar hərbi vəzifələrinin icrası ilə bağlı elektron kabinet yaratmalı olacaq

● Səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət verilməsi qaydası müəyyənləşir

● Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidmətlə əlaqədar son yaş həddi azaldılır

● Orta ixtisas təhsili müəssisələrində təhsil alanlara hərbi xidmətlə çağırışa möhlət veriləcək yaş həddi dəyişir

● Vətəndaşların ilkin hərbi qeydiyyata alınması qaydası dəyişir
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❗️ Parlamentin növbəti plenar iclası dekabrın 20-də keçiriləcək
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Ali Məhkəmənin hakimi təqaüdə göndərilib
👍32👎1
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Gecə bəzi şəhərətrafı ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
👍1🤬1
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallagerlə görüşüb.
3👎1👀1
☄️DİN: Bakıda qanunsuz yaşayan 92 əcnəbi saxlanılıb

Bu ilin 11 ayında isə ümumilikdə 531 əcnəbi saxlanılıb, barələrində müvafiq tədbirlər görülüb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍6