Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.4K subscribers
36.7K photos
22.1K videos
8 files
32.8K links
Download Telegram
Milli Məclisin bu gün keçirilən plenar iclasında "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılaraq qəbul olunub.

2025-ci ildə dövlət büdcəsinin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çox), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2 % çox) olacağı gözlənilir.

Son nəticədə büdcədə 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.
Türkiyə Suriyada "insan sallaqxanası" kimi tanınan həbsxanaya axtarış-xilasetmə qrupu göndərir
👍4👎1
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı pinned «Yaşayış minimumu və ehtiyac meyarının həddi artırılır ƏTRAFLI : https://axar.az/news/iqtisadiyyat/926863.html»
Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun (DSMF) 2025-ci il büdcəsi haqqında” qanun layihəsi müzakirə edilərək III oxunuşda qəbul olunub.

Axar.az xəbər verir ki, Fondun 2025-ci il üçün gəlirləri və xərcləri bərabər olmaqla 7 milyard 676,4 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin büdcəsinə nisbətən 10,45 % çoxdur.
👍1🤬1
⚡️AB Suriyanın yeni hakimiyyət orqanları ilə diplomatik təmaslara başladığını elan edir.
Xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 37,6 milyon ABŞ dollarından artıq hissəsi Azərbaycanın müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib.

Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycana qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

Hazırkı vaxtadək Şəmkir, Astara, İsmayıllı, Ağsu və Zəngilan rayon prokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 37,6 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 63,9 milyon manatdan artıq) hissəsinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib.
👍2🥰1🤬1
Bakıda dəm qazından ölüm hadisələri baş verib.

1967-ci il təvəllüdlü Ülkər Bağıyeva yaşadığı Qızıldaş qəsəbəsindəki evdə dəm qazından zəhərlənərək vəfat edib.

Oxşar hadisə Sabunçu rayonunda da qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Aygün Məmmədova yaşadığı Balaxanı qəsəbəsindəki evin hamamında dəm qazından boğulub.

Hər iki faktla bağlı araşdırma aparılır.
👍3
Hazırda Azərbaycanda 473 məktəbin əsaslı təmirə ehtiyacı var.

Bunu Baş nazir Əli Əsədov parlamentin bugünkü plenar iclasında deyib.

Baş nazir qeyd edib ki, bu, ölkədəki bütün məktəblərin 10%-ni təşkil edir.
👍3
2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən su ehtiyatlarından səmərəli istifadə, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi üçün növbəti ilin dövlət büdcəsindən 546 milyon manat ayrılacaq.
👍1
⚡️⚡️DTX: Təxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşma aşkarlanıb
👍8
“MedEra” Hospitalında baş vermiş insidentdə Ağadadaş Ağayev zərərçəkmiş qismində tanınıb.
👎9👍4😁4🤮1🤣1
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
⚡️⚡️DTX: Təxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşma aşkarlanıb
❗️❗️❗️Saxlanılan şəxslər Azərbaycanın dövlət sərhədində yerləşən gömrük postunu ələ keçirmək, oradakı xidmət aparan şəxsləri girov götürərək tələb irəli sürməyi planlaşdırıblar.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😡12
🇦🇿 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallageri qəbul edib
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3