Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.4K subscribers
36.7K photos
22.1K videos
8 files
32.8K links
Download Telegram
Azərbaycana idxal edilən tibbi maska və tibbi respiratorların gömrük rüsumundan azad edilmə müddəti 3 il uzadılıb.
👍3
Azərbaycandakı günəş elektrik stansiyalarında elektrik enerjisinin istehsalı 470,5 milyon kVt·st artıb.
👍4
Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin üçüncü oxunuşda müzakirəsi başlayıb.
👍1
Şəkidə bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

Axar.az APA-ya istinadla xəbər verir ki, dekabrın 15-dən 16-na keçən gecə Şəki şəhəri sakinləri - 1979-cu il təvəllüdlü Rasimə Rasim qızı Abdullayeva, 1995-ci il təvəllüdlü Murad Əmiraslan oğlu Abdullayev və 2022-ci il təvəllüdlü Fatimə Murad qızı Abdullayeva zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə daxil olub.

Onların dəm qazından zahərləndiyi məlum olub.

Hər üç şəxs tibbi yardımdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.
👍1🤬1
2025-ci il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 min, xərcləri 41 milyard 367 min 600 manat müəyyən edilib
Prezident İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu göndərib.
👍5👎1🤬1
Müdafiə və milli təhlükəsizlik xərclərinin dövlət büdcəsindəki ümumi məbləği 8 milyard 555 milyon manata çatdırılır.
👍4
Prezidentin tapşırığı ilə siyasi partiyalara maliyyə yardımının ayrılması üçün ilkin proqnozlaşdırılan vəsaitin 1,0 milyon manat artırılması nəzərdə tutulub.
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
2025-ci il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 min, xərcləri 41 milyard 367 min 600 manat müəyyən edilib
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərcləri ilkin variantla müqayisədə daha 40 milyon manat artırılıb.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında – “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, gələn il büdcə gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çoxdur), xərclərinin isə 41 milyard 407,6 milyon manat (+4,2 %) olacağı gözlənilir.

"Artım büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalarını və ona müvafiq olaraq büdcədənkənar xərclərini 40 milyon manat artırılması hesabınadır", - deyə o qeyd edib.

Son nəticədə büdcədə əvvəl elan edildiyi kimi, 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.

"Yuxarıda təklif olunan dəyişikliklər qəbul edildiyi təqdirdə 2025-ci il üçün həm dövlət, həm də icmal büdcələrinin gəlir və xərcləri bərabər olaraq 40 milyon manat artır, yəni dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri 41 milyard 407 milyon 600 min manat, icmal büdcənin gəlirləri 43 milyard 950 milyon 500 min manat, xərcləri 47 milyard 629 milyon 400 min manat təşkil edəcək", - deyə nazir əlavə edib.
👍5
Milli Məclisin bu gün keçirilən plenar iclasında "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılaraq qəbul olunub.

2025-ci ildə dövlət büdcəsinin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çox), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2 % çox) olacağı gözlənilir.

Son nəticədə büdcədə 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.
Türkiyə Suriyada "insan sallaqxanası" kimi tanınan həbsxanaya axtarış-xilasetmə qrupu göndərir
👍4👎1
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı pinned «Yaşayış minimumu və ehtiyac meyarının həddi artırılır ƏTRAFLI : https://axar.az/news/iqtisadiyyat/926863.html»
Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun (DSMF) 2025-ci il büdcəsi haqqında” qanun layihəsi müzakirə edilərək III oxunuşda qəbul olunub.

Axar.az xəbər verir ki, Fondun 2025-ci il üçün gəlirləri və xərcləri bərabər olmaqla 7 milyard 676,4 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin büdcəsinə nisbətən 10,45 % çoxdur.
👍1🤬1
⚡️AB Suriyanın yeni hakimiyyət orqanları ilə diplomatik təmaslara başladığını elan edir.