Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.3K subscribers
36.7K photos
22.1K videos
8 files
32.8K links
Download Telegram
Qırğızstanın Baş naziri Akılbek Japarov vəzifəsindən azad edilib
16 Dekabr – Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günüdür.

Bu münasibətlə Fövqəladə Hallar Nazirliyi işçilərini təbrik edir, şərəfli peşələrində uğurlar arzulayırıq!
11👍6
Türkiyə XİN rəhbəri Hakan Fidan:

Ankara Suriyada müxalifətin Bəşər Əsəd administrasiyasının devrilməsi ilə nəticələnən əməliyyatında iştirak etməyib.
👌3👍2🤣2
Sumqayıtda 24 yaşlı qadın həyat yoldaşını bıçaqlayıb.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 11-ci mikrorayon ərazisində qeydə alınıb.

2000-ci il təvəllüdlü Nərmin Quliyeva ailə münaqişəsi zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Elvin Quliyeva bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
👍6🤬1
❗️Xaçmazda avtomobil yanıb

Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə rayonun Nabran kəndində baş verib. Belə ki, yanğın nəticəsində “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍1
📢 Bakının 2 rayonunun qaz təchizatında fasilə yaranacaq

Bu gün Bakının Xəzər və Qaradağ rayonlarında qaz olmayacaq.

Bildirilir ki, Xəzər rayonu, Buzovna qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi və Qaradağ rayonunda qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə dekabrın 16-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri görülən müddətdə Xəzər rayonunun Buzovna qəsəbəsinin bir hissəsinin, Qaradağ rayonunun isə Ş. Əsgərov, M. Seyidov, Ə. Gülbabayev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2😁1
Media is too big
VIEW IN TELEGRAM
❗️Ərdoğan "Sarı Gəlin" oxudu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
48🤮4👍2👎1🤡1🥴1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Paytaxtda avtoxuliqanlıq edən daha bir sürücü həbs edilib.
👍85
Mingəçevir şəhərində 1998-ci il təvəllüdlü Bəxtiyar Həsənli mübahisə zəminində qarın nahiyəsindən bıçaqlanıb.

Axar.az xəbər verir ki, ağır halda xəstəxanaya yerləşdirilən Bəxtiyar Həsənli dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən, 1990-cı il təvəllüdlü Elvin Rüstəmov isə polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
😢4👍1🤬1
Dünya birjalarında neft yenidən ucuzlaşıb.

Axar.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 74,24 dollara, yüngül neftin bir barreli isə 70,93 dollara satılır.
👍41😱1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😱16👍41
❗️Ucar rayonunda 5 yaşlı uşaq hovuzda boğulub.

Axar.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Rüfət İsmayılov ehtiyatsızlıqdan evin həyətindəki su ilə dolu hovuza yıxılıb. Nəticədə azyaşlı boğularaq ölüb.

Araşdırma aparılır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏3😢2👍1🤬1
XİN Qazaxıstanı Milli Günü münasibətilə təbrik edib.
👍122
Azərbaycanda hava şəraiti dekabrın 16-sı saat 9:00-a olan məlumata əsasən yağmursuz keçib.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Cənub-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 21 m/s, Qobustanda 16 m/s-dək güclənib. Bu da sarı xəbərdarlığa uyğundur.

Qeyd edilib ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Aran rayonlarında 4, Naxçıvan MR-da 8, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.
1
🇦🇿Bu gün azərbaycanlı jurnalist, "Gənclər Azərbaycan" qəzetinin müxbiri, Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
57
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin rəhbəri vəzifəsinə yeni təyinat olub.

Bu vəzifə Vəli Məmmədova həvalə edilib.

O, bundan əvvəl “PAŞA Həyat Sığorta” ASC-nin Korporativ Kommunikasiya rəhbəri vəzifəsini icra edib, 2011-2016-cı illərdə isə "Azercell Telecom" MMC-də çalışıb.

V.Məmmədov kommunikasiya, ictimaiyyətlə əlaqələr, korporativ sosial məsuliyyət, dayanıqlı inkişaf, multimedia məhsullarının hazırlanması, tədbir təşkilatçılığı sahəsində təcrübəyə malikdir.
👍1
İsrail Hərbi Hava Qüvvələri bazar ertəsi gecə saatlarında Suriyanın Latakiya və Tartus əyalətlərindəki hərbi obyektlərə zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” yerli mənbələrə istinadən məlumat yayıb.

“İsrail hərbi təyyarələri Suriyanın qərbindəki Latakiya və Tartus əyalətlərindəki hərbi hədəflərə raket zərbələri endirib. Tartus və Latakiya əyalətlərində güclü partlayış səsləri eşidilib”, - mənbə bildirib.

Qeyd olunur ki, İsrail Hərbi Hava Qüvvələri Həma və Xüms əyalətlərindəki hərbi hədəflərə də hücum edib.
👎7👍4🥰2🤬2