ADY: Bakı və regionlarda müşahidə olunan qarlı-küləkli hava şəraitinə görə bəzi sahələrdə qatarların sürət həddi endirilib.

“Bu səbəbdən Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə hərəkət edən qatarların qrafikində qismən kənara çıxma halları müşahidə oluna bilər”, – qurumdan qeyd edilib.
👍3
Forwarded from Mikroskop🔬
"Titanik"in limandan ayrıldıqdan sonra son fotosu. 1912-ci il
👍4🐳3
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri ilə cari ilin yekununa dair toplantı keçirilib.
👎2👍1
❄️Ağalıya qar yağdı

☄️Saat 12:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.

🌨Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3°-dək isti, Naxçıvan MR-da 6°-dək şaxta, Qarabağ və Şərqi-Zəngəzurda 2°-dək şaxta, dağlıq rayonlarda 9-14° şaxta, Aran rayonlarında 5°-dək isti təşkil edir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍41
Argentina millisinin və ABŞ-ın “İnter Mayami” komandasının futbolçusu Lionel Messinin transfer dəyəri açıqlanıb.

Axar.az xəbər verir ki, ulduz hücumçunun dəyəri 5 milyon azalıb. Onun transfer qiyməti 25 milyon avrodan 20 milyona düşüb.

Xatırladaq ki, Lionel Messi bir müddət öncə “İnter Mayami”dəki komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba ilə birgə Azərbaycanda səfərdə olub.
🤮6👍4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ABŞ səmasında naməlum dronlar görünüb.
Axar.az xəbər verir ki, bununla bağlı video görüntülər yayılıb.
Pilotsuz uçuş aparatları Nyu Cersi və Nyu York ştatlarının üzərində qeydə alınıb. Bəziləri onların yadplanetli mənşəli ola biləcəyini, digərləri isə bu aparatların xarici dövlətlərə məxsus olduğunu düşünür.

Bildirilir ki, onların əksəriyyəti adi həvəskar modellərdən xeyli böyükdür və bu, narahatlıq yaradır. Lakin hazırda FTB bu naməlum dronların mənşəyini müəyyən edə bilməyib.
🤣82👍2🤡1
Güclü külək Mingəçevir şəhərində bir sıra fəsadlar törədib.
1👍1
Bakıda və Abşeron yarımadasında dekabrın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə bəzi şəhərətrafı ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var.
Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi əvəz olunacaq.

Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti olacaq. Atmosfer təzyiqi 775 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmusuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 4-8° isti, dağlarda gecə 8-13°, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüz 5-10° şaxta olacaq.
👍41
Lerikdə qarın hündürlüyü 20 sm-ə çatıb.