Azərbaycanla İndoneziya arasında diplomatik və xidməti pasportların sahibləri vizadan azad edilib.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş”i təsdiqləyib.

Qeyd edək ki, saziş bu ilin sentyabr ayının 27-də Nyu-York şəhərində imzalanıb.

***

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında xüsusi pasport sahibləri qısamüddətli vizadan azad edilib.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə qanunu təsdiqləyib.

Qeyd edək ki, memorandum bu ilin sentyabr ayının 27-də Nyu-York şəhərində imzalanıb.
👍32
🏆 DÇ-2026-nın seçmə mərhələsinin püşkü atılıb.

🇦🇿 Azərbaycan yığmasının da rəqibləri bəlli olub. 

📍 Millimiz D qrupunda yer alıb. 

📍 D qrupu

▪️ Fransa – Xorvatiya cütünün qalibi
▪️ Ukrayna
▪️ İslandiya
▪️ Azərbaycan
🥴1
🇦🇿🇹🇷 ƏÜO komandanı Türkiyəyə səfər edib

Əlahiddə Ümumqoşun Ordu (ƏÜO) komandanı general-mayor Kənan Seyidov Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun dəvəti ilə Ankaraya səfər edib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
8👍4👎1🤮1
Xarici ölkələrə müxtəlif növ məhsulları ixracından əldə olunan 119 milyon manatdan artıq vəsait Azərbaycana qaytarılıb.

Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycana qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

İndiyədək Bakı şəhərinin Nərimanov və Suraxanı rayon prokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 70 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 119 milyon manatdan artıq) hissəsinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib.
4
Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekabrın 14-ü gecə və səhər əsəcək güclü külək səbəbilə əhalini ehtiyatlı davranmağa çağırıb.

Bu barədə Axar.az-a nazirlikdən məlumat verilib.

Qeyd edilib ki, sinoptiklər tərəfindən verilən xəbərdarlıqlara görə, dekabrın 13-ü axşam saatlarından 14-ü günün ikinci yarısınadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən qeyri-sabit və güclü küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova küləyin dekabrın 14-ü gecə və səhər saatlarında daha da güclənəcəyini nəzərə alaraq vətəndaşlardan ehtiyatlı davranmalarını, xəbərdarlıqlarla bağlı məlumatlara və çağırışlara diqqət yetirmələrini tövsiyə edib:

“Vətəndaşlara tövsiyə edirik ki, hava ilə bağlı xəbərdarlıqları və məlumatları diqqətlə izləsinlər, küləkli hava şəraitində ehtiyatlı olsunlar, hündür ağacların altında dayanmasınlar, nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamasınlar, təhlükəsizlik qaydalarına ciddi əməl etsinlər.

Bu, mümkün təhlükələrdən əvvəlcədən xəbər tutmağa, özümüzü və yaxınlarımızı qorumağa imkan yaradır. Vətəndaşlarımızın davamlı olaraq hava durumu barədə məlumatlandırılmasının, xəbərdarlıqların verilməsinin də məqsədi budur”.
👍63
Azərbaycan Mərkəzi Bankı (AMB) Bakı Sığorta ASC-nin lisenziyasını ləğv edib.

Axar.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, qurumun İdarə Heyətinin qərarı ilə "Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında “Bakı Sığorta”ya verilmiş 4 sentyabr 2009-cu tarixli, 000251 nömrəli lisenziya ləğv olunub.

Şirkətin maliyyə göstəriciləri onun öhdəliklərini tam və vaxtında icra etməyə imkan verir. Cəmiyyətin ləğvetmə prosesi qanunvericilik çərçivəsində nəzarətdə saxlanılacaq.

Bununla da, Azərbaycanda lisenziyası olan sığorta şirkətlərinin sayı 16-ya düşüb.

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır. Şirkətin səhmdarları "Bank Respublika" ASC (93,32%) və “Ekolizinq” MMC-dir (6,68%).
👍6
⚡️Fernandu Santuş: “Artıq püşk atılıb, heç nəyi dəyişmək mümkün deyil. İndi daha vacibi rəqibləri yaxından tanımaqdır".
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😁93
🇫🇷 "Mən inanmaq istəyirəm ki, ölkənin Avropa istəklərinə uyğun bir yol, bütün siyasi qüvvələrlə, vətəndaş cəmiyyəti təşkilatları ilə açıq, nəzakətli dialoq yolu var.

🔺 Bu dialoq hər bir gürcünün məsuliyyətidir. O, gürcülərə yenidən öz taleyinə nəzarət etmək imkanı verməlidir. Bu yol sizə məxsusdur".

- Makron
👎13👍4😁211🤡1
Türkiyə lirəsi növbəti dəfə tarixi minimuma düşüb.
Axar.az xəbər verir ki, hazırda 1 dollar 35 lirəyə (34,95) yaxınlaşıb.
1 avro isə 36,71 lirəyədir.
👍7🥴1
Suriya Milli Ordusunun (Azad Suriya Ordusu) başlatdığı “Azadlıq şəfəqi” əməliyyatı davam edir. Yeni hədəfin Ayn əl-Ərəb (Kobani) olduğunu bildirən ASO şərqdə Tişrin bəndini PKK/YPG terrorçularından azad edib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, Tişrin bəndi şərq bölgəsindəki əyalətlərin su və elektrik təchizatının böyük hissəsini təmin edir.
👍265
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Suriyanın Rakka şəhərində PKK terrorçuları nümayiş keçirən insanlara atəş açıb.
Axar.az xəbər verir ki, hadisə nəticəsində 4 dinc sakin həyatını itirib.
Daha bir etirazın Hasekə şəhərində keçirildiyi, eynilə burada da terrorçuların mülki şəxslərə qarşı silah tətbiq etdiyi deyilib.
😡25😁2
"Roskomnadzor" Rusiya ərazisində Viber messencerinin fəaliyyətini bloklayıb.
👍4🤮1
⚡️⚡️⚡️Bakıda idman zalında DƏHŞƏT: 15 yaşlı yeniyetmə komanda yoldaşını öldürdü

Bakının Xətai rayonunda yerləşən "Hədəf" idman klubunda faciə baş verib.

Hadisə şahidinin dediklərinə görə, güləş zamanı 15 yaşlı yeniyetmə idmançılardan biri ehtiyatsızlıqdan digərini boğaraq öldürüb.

Hadisənin qəsdən törədilmədiyi bildirilir.

Hələ ki təfərrüat açıqlanmır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😱11👍4👎4😢21