Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Hicabsız konsert verdi, cinayət işi açıldı
İranda Pərəstu Əhmədi adlı gənc müğənninin karvansaraların birində hicabsız konsert verməsini əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşıldıqdan 24 saat keçməmiş xanıma və konsertin təşkilatçılarına cinayət işi açılıb.

Axar.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinə bağlı “Mizan” xəbər agentliyi məlumat yayıb.

Agentlik konserti qanunsuz adlandırıb və bildirib ki, ölkənin mədəniyyət qanunları pozulub.

Bəzi istifadəçilər müğənninin bu addımını İran tarixində hicabsız səhnəyə çıxan ilk qadın müğənni Qəmərülmülk Vəzirinin ifası ilə müqayisə edib və “bu dövrdə səhnəyə çıxmaq üçün cəsarət tapdığını” yazıblar.
👍12🤮2🏆1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️Suriyanın paytaxtı Dəməşq şəhərində xalq Əsəd rejiminin devrilməsindən sonra ilk dəfə cümə namazı qılmaq üçün tarixi əhəmiyyətə malik Əməvi məscidinə toplanır.

Bu onlara görə azad xalqın ilk cümə namazıdır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍34👎2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️Türkiyənin Bursa şəhərində məhkəmə binasına silahlı hücum olub.

Hadisə nəticəsində, iki nəfər güllələnərək öldürülüb, iki nəfər yaralanıb.
🤔4🤬2😁1
Kreml: Putin Paşinyanla görüşməyi planlaşdırmır.
👍6🤝31
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Konstruksiya dəyişikliyi etdiyi avtomobilini Tiktokda paylaşan sürücü həbs edilib
10👍4🤣3🤨2😁1
❗️Bakının Yasamal rayonundakı Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) və ətraf ərazilərin abadlaşdırma işlərinin satın alınmasının ehtimal olunan qiyməti 38 milyon manat təşkil edir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2👍2🤔2
Burhan Koroğlu Türkiyənin Dəməşqdəki səfirliyin müvəqqəti işlər vəkili təyin edilib.

Axar.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə əsasən məlumat yayıb.

Qeyd edək ki, Türkiyənin Dəməşqdəki səfirliyi Suriyada baş verən hadisələrlə bağlı 26 mart 2012-ci il tarixində fəaliyyətini dayandırmışdı. Səfirlik əməkdaşları və onların ailə üzvləri də bu qərarla Türkiyəyə qayıtmışdılar.

Suriyanın İstanbuldakı Baş Konsulluğu isə fəaliyyətini davam etdirirdi.
👍6
❗️8 Noyabr prospekti və Məhəmməd Hadi küçəsində avtobus zolağının saat 07:00–22:00 aralığında qüvvədə olma vaxtını bildirən yol nişanı quraşdırılıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3
Türkiyənin Egey dənizi hövzəsində gün ərzində ikinci zəlzələ baş verib. Budəfəki təkanlar 4.8 bal gücündə olub.
1
15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınma müddətləri dəyişir. 

Qeyd edək ki, hazırda qanuna əsasən, həmin şəxslər yanvar-mart ayları ərzində qeydiyyata alınır. 

Dəyişikliyə əsasən, isə qeydiyyat yanvar-may aylarında aparılacaq.
❗️❗️❗️AFFA: Fernandu Santuşun istefaya göndərilməsi məsələsi gündəmdə deyil
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👎12👍2🤡1
Orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara möhlət veriləcək yaş həddi dəyişir.

Axar.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara 22 yaşınadək bir dəfə möhlət verilir. Layihəyə əsasən, bu yaş həddi 21-ə endirilir. Başqa sözlə, orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara 21 yaşınadək bir dəfə möhlət veriləcək.
3
Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilməsi qaydası dəyişir.

Axar.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.

Layihəyə əsasən, sağlamlıq vəziyyətinə görə 1 il müddətinədək möhlət verilmiş çağırışçılar möhlət müddəti bitdikdən sonra, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar isə 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçiriləcəklər.
2👎1