Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.4K subscribers
36.9K photos
22.3K videos
8 files
32.9K links
Download Telegram
Rövşən Rüstəmov: Yaxın günlərdə qatarlarda SİMA ilə ödənişlərə başlayırıq.
👍2
Türkiyənin Çanaqqala bölgəsində 4,5 bal gücündə zəlzələ olub.
1
KİV: “Gürcü Arzusu”nda qarşıdurma olub. Gürcüstanın keçmiş Baş naziri, indiki “Gürcü Arzusu”nun sədri İrakli Qaribaşvili ciddi xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qaribaşvili çoxsaylı xəsarətlərlə klinikaya yerləşdirilməsi barədə yayılan məlumatı absurd adlandırıb.

O, bildirib ki, məşq zamanı qolundan zədə alıb və tibb müəssisəsində müayinələrdən keçib.
👍4
Əsədin gənclik illəri ilə bağlı maraqlı fotolar ortaya çıxdı
🤬4🤮3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Təbrizdə yanacaqdoldurma məntəqəsində partlayış
👍7😢5💔1
Messinin Bakı ilə bağlı paylaşım etməməsinin səbəbi bilindi

YENİLƏNƏCƏK
👎14😁9👍2🤬21🤣1
Rövşən Rüstəmov: Yaxın günlərdə qatarlarda SİMA ilə ödənişlərə başlayırıq.
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bakıda məşhur xalq artisti yol hərəkəti qaydasını pozaraq təhlükə yaradıb. Hadisə noyabrın 27-də, paytaxtın Abbasqulu ağa Bakıxanov küçəsi ilə İnşaatçılar prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, müğənni Aygün Bayramova idarə etdiyi 10-XH-700 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə manevr qaydasını pozub. O, güzgüyə baxmadan sağ zolağa manevr edib. Bu zaman arxadan gələn avtomobili sıxışdıraraq ona təhlükə yaradıb.

Qeyd edək ki, bu qayda pozuntusuna görə, müğənni İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə oluna bilər.
👀2👍1
"Time" jurnalı Donald Trampı "İlin adamı" seçdi
👎10😍4🤬2👍1
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Hakan Fidanın Suriyanın paytaxtı Dəməşqə səfər etməsinə dair xəbəri təkzib edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən TASS-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edək ki, bir qədər əvvəl Türkiyə mediasında H.Fidan və Milli İstehbarat Təşkilatının (MİT) sədri İbrahim Kalının Dəməşqə getdikləri barədə məlumat yayılıb.
👍32👎1🤮1
Azərbaycanın bəzi bölgələrində dekabrın 13-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Laçın, Zəngilan, Ağdam, Ağdərə, Kəlbəcər, Yardımlı, Lerik, Qazax, Gəncə, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Şəmkir, Göygöl, Goranboy, Naftalan, Samux, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Ucar, Ağdaş, Şamaxı, Qobustan, Qax, Balakən, Şəki, Zaqatala, Qusar, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Oğuz, Qəbələ, Salyan, Neftçala, Hacıqabul, Şirvan, Göyçay rayonlarında fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bu da sarı xəbərdarlığa uyğundur.
👍4
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakıda iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan daha 467 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.

Axar.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, həmin obyektlərdə istehlakçılara nağdsız ödənişlər üçün "kartdan-karta" köçürmələrin təklif edildiyi, bəzi hallarda isə POS-terminalların qeydiyyat ünvanı üzrə istifadə olunmadığı aşkarlanıb. Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

"Nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, "Elektron ticarət haqqında" Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir", - deyə məlumatda qeyd olunub.