Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.4K subscribers
36.9K photos
22.3K videos
8 files
32.9K links
Download Telegram
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 113 milyard 282,4 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,1% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4%, qeyri neft-qaz sektorunda isə 6,4% artıb.

ÜDM istehsalının 37,1%-i sənaye, 10%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1%-i nəqliyyat və anbar təsərrüfatı, 6,2%-i tikinti, 6,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə sahələrinin, 19,2%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10%-ni təşkil edib.

Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 11 104 manat olub.
👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 “Haber Global” Ulu Öndərin xatirəsini anıb
👏15🤣43👎2😁1
İrəvanda vacib görüş: Azərbaycandan bu şəxs qatıldı, sədrlik Bakıya keçdi – FOTO
6
Barselona” klubunun emblemi olan papağa dekabrın 11-də Messi öz imzasını çəkib. Satışa qoyulan papaq 10 min manata təklif olunur.
👎17👍4🤣2
Bakıda və Abşeron yarımadasında dekabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, gecə yarımadanın bəzi yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Şimal-qərb küləyi gecəyə doğru arabir güclənəcək.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında da sabah bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
👍4
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu 2000 manat cərimələyib.

Axar.az xəbər verir ki, buna Ağdam təmsilçisinin Misli Premyer Liqasının XVI turunda "Sabah"la heç-heçə etdiyi (1:1) matçda yaşananlar səbəb olub.

"Köhlən atlar" azarkeşlər pirotexniki vasitədən istifadə edildiyinə görə 1500 manat ziyana düşüb.

Ağdam təmsilçisi sözügedən qarşılaşmada fanatlar tərəfindən təhqiramiz ifadələr səsləndirildiyi (bu hal cari mövsüm ikinci dəfə yaşanır) üçün 500 manat ödəyəcək.
👍31
Müdafiə naziri Zakir Həsənov və Türkiyə HHQ komandanı Ziya Cemal Kadıoğlu iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərini müzakirə edib.
6👍4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Laçın Beynəlxalq Hava Limanı 2025-ci ildə istifadəyə veriləcək - Əli Əsədov

Azərbaycanın baş naziri MDB Hökumət Başçıları Şurasının Moskvada keçirilən iclasında qeyd edib ki, işğaldan azad edilmiş Laçın şəhəri bu gün yüksək sürətlə bərpa olunur.
10👍5🤡1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚇 Bakı metrosunda stansiyalar "qarışdı"

Bu gün Bakı Metropolitenində stansiyalarda problem yaşanıb.

🔴 Qatar stansiyalara çatdıqda səsləndirmə zamanı qarışıqlıq olub. Belə ki, metronun “Qara Qarayev” stansiyasına çatan qatarda “Koroğlu” stansiyası olduğu qeyd edilib.

Bununla da digər stansiyalara çatdıqda adlarda qarışıqlıq baş verib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1👍1👎1😢1🤣1
Bolqarıstan və Rumıniya Şengen zonasına daxil olub.

Axar.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

Bildirilib ki, AB-yə üzv ölkələr 2025-ci il yanvarın 1-dən etibarən bu iki ölkə ilə daxili quru sərhədlərində yoxlamaları ləğv edəcəklər.

Qeyd edək ki, Rumıniya və Bolqarıstan 2011-ci ildən Şengen zonasına daxil olmaqla bağlı danışıqlar aparırdı.
👍41
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevi qəbul edib.
👍93