Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.4K subscribers
36.7K photos
22.1K videos
8 files
32.8K links
Download Telegram
Dekabrın 11-də gecə Bryansk vilayəti Ukraynaya məxsus PUA-ların hücumuna məruz qalıb.

Axar.az xəbər verir ki, bu barədə Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz məlumat yayıb.

Onun sözlərinə görə, PUA-lardan biri istehsal obyektinə düşüb və yanğın baş verib:

“Fövqəladə Hallar Nazirliyinin bölmələri yanğını söndürüb. Ümumilikdə hava hücumundan müdafiə sistemləri gecə ərzində 10 PUA zərərsizləşdiriblər”, - Boqomaz bildirib.

“Şot” Teleqram kanalının məlumatına görə, gecə saatlarında vilayətin Fokinsk rayonunda 6-10 arası partlayış eşidilib. Yerli sakinlər “ət kombinatı rayonu” adlandırılan ərazidəki neftayırma zavodunda yanğın baş verdiyini bildiriblər.

Ukraynanın “Dnepr” OSİNT kanalı PUA-ların “Transneft” neft bazasını vurduğunu yazıb.

Bundan başqa, hücum nəticəsində Sven qəsəbəsi ərazisində “Drujba” neft kəmərinin doldurma məntəqəsində də yanğının baş verdiyi bildirilib.
11😍1
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Mülayim cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Sabah Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin 12-si gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
👍1
Bakının Nərimanov prospekti, Mikayıl Müşfiq və Qurban Xəlilov küçələrinin kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən hazırlanan layihə Nəqliyyatın Əlaqələndirmə Şurasında razılaşdırılıb.

Axar.az AYNA-ya istinadən xəbər verir ki, layihəyə əsasən Qurban Xəlilov küçəsindən Nərimanov prospekti istiqamətində, eləcə də Nərimanov prospektindən Mikayıl Müşfiq küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələri arasında yaranan mövcud mübahisəli vəziyyətin aradan qaldırılması və növbəli hərəkətin təşkil edilməsi məqsədilə kəsişmənin işıqfor vasitəsilə nizamlanması, sözügedən yol kəsişməsindəki piyada keçidlərinin yeri dəyişdirilməklə daha təhlükəsiz formada təşkili məqsədəuyğun hesab edilir.

Layihə xüsusi proqram təminatında simulyasiya edilib.

Nəticələrə əsasən, nəzərdə tutulan dəyişikliklərdən sonra piyada və nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi təmin olunacaq, piyadaların mobillik imkanları artacaq.

Qeyd edək ki, bu gündən ərazidə işlərin icrasına başlanılır. Hərəkət iştirakçılarından diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
2👍1
Rusiya Prezidenti Vladimir Putin Macarıstanın Baş naziri Viktor Orbanla telefonla danışıb.

Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Putin Orbanla enerji sektorunda qarşılıqlı faydalı layihələrin gələcək inkişafını müzakirə edib, həmçinin Orbana Kiyevin nizamlanma imkanlarını istisna edən dağıdıcı xətti barədə danışıb.

Orban Putinlə söhbətində Ukrayna böhranının diplomatik yolla həlli yollarının tapılmasında maraqlı olduğunu bildirib.

Liderlər Suriyadakı hadisələr kontekstində Yaxın Şərqdəki gərgin vəziyyəti də müzakirə ediblər.
2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️ Əfsanəvi Lionel Messi və dünya ulduzları ilə görüşə həsr olunan tədbir başlayıbq
👎12👍6🤡42
Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba Bakıdakı Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
👍11🤣11
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Əsədin nəhəng narkotik mərkəzi üzə çıxdı
👍10🤬4🤡3🤣1