Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.4K subscribers
36.8K photos
22.1K videos
8 files
32.9K links
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Terrorçu PKK/YPG qüvvələri Deyr əz-Zor şəhərindən çıxarılıb
👍31❤‍🔥32
Futbol əfsanəsi Lionel Messi və onun komanda yoldaşları Bakıya gəliblər.
👍37👎11🤮5
Türkiyə XİN rəhbəri: Azərbaycan və Ermənistan arasında sülhün təmin edilməsində son mərhələyə gəlmişik.
👍19
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Aeroport yolundan şəhər istiqamətinə tıxac müşahidə olunur:
👍1
⚽️ Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində VI tura doqquz görüşlə yekun vurulacaq.

🕒 Saat 21:45, "Atletiko Madrid" - "Slovan Bratislava";

📍 Saat 21:45, "Lill" - "Şturm Qraz";

📍Saat 00:00, "Milan" - "Srvena Zvezda";

📍Saat 00:00, "Arsenal" - "Monako";

📍Saat 00:00, "Benfika" - "Bolonya";

📍Saat 00:00, "Borussiya Dortmund" - "Barselona";

📍Saat 00:00, "Feyenoord" - "Sparta Praqa";

📍Saat 00:00, "Yuventus" - "Mançester Siti";

📍 Saat 00:00, "Ştutqart" - "Yanq Boyz".
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍9
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutoya təbrik məktubu ünvanlayıb.
👍3
❗️Samuxda evdə yanğın olub, bir nəfər xəsarət alıb

Rayonunun Köbər kəndində ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2
❗️ Neftçalada motosiklet su kanalına düşüb, ölən var

Rəşad Hadıyev idarə etdiyi "Ural" markalı yedəkli motosikletlə hərəkətdə olarkən su kanalına düşüb.

Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1👍1
Lerikdə iri qaya parçası yola düşüb.
Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək.

Bu barədə Axar.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, dekabrın 12-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Məlumata görə, hərəkətin məhdudlaşdırılması Ulu Öndər H.Əliyevin xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.

"Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Fəxri Xiyaban istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək. Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur", - məlumatda qeyd olunub.
👍3🤮1
🇦🇿💸 Rəsmi vayuta məzənnələri:

1 USD - 1.7000
1 EUR - 1.7893
100 RUB - 1.6487
1 TRY - 0.0488
Bakı Slavyan Universitetinin Magistratura şöbəsinin Tərcümə ixtisası üzrə II tədris ilinin magistrantı Təhminə Ocaqlı dünyasını dəyişib.

Qeyd olunub ki, mərhum uzun sürən xəstəlikdən sonra vəfat edib.
😢25
Fərid Axundov 1 yanvar 2025-ci il tarixindən etibarən "PAŞA Bank"ın Müşahidə Şurasından ayrılacaq.

Axar.az xəbər verir ki, bu barədə, o, sosial şəbəkə hesabında paylaşım edib.

“PAŞA Bank”ın Azərbaycanda aparıcı maliyyə qurumuna çevrilməsinə şahidlik etməkdən həm peşəkar bankir, həm də bu möhtəşəm ölkənin vətəndaşı kimi qürur duyuram. Fəaliyyətimi “Bakı Fond Birjası”nın Müşahidə Şurasının sədri olaraq davam etdirəcəm” - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, Fərid Axundov PAŞA Bankda öz fəaliyyətini 2007-ci ildə İdarə Heyətinin Sədri qismində başlayıb və 2015-ci ildə Müşahidə Şurasının üzvü vəzifəsinə təyin olunub.
👍4