Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.4K subscribers
36.8K photos
22.2K videos
8 files
32.9K links
Download Telegram
❗️2024-cü ildə ayda orta hesabla 11 minə yaxın suriyalı könüllü olaraq təhlükəsiz şəkildə vətəninə geri qayıdırdı. Gün ərzində 300-350 geridönüş var idi. Bu gün isə sıxlıq daha çoxdur. Bu gün günorta saatlarına kimi keçiş 700-ə yaxın olub.

Axar.az xəbər verir ki, bunu Türkiyə daxili işlər naziri Əli Yerliqaya jurnalistlərə açıqlamasında deyib.

“Daha əvvəl sərhəd-keçid məntəqəsindən geri qayıdanlar üçün gündəlik limit 3000-ə yaxın idi. Gündə 300-350 nəfərin keçdiyi üçün bu limit kifayət edirdi. Lakin geri qayıdanların sayının artığını nəzərə alaraq, bu limiti 15-20 minə çatdırmışıq”, - nazir qeyd edib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍7🥴1
“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda İsveçin “Elfsborq” klubu ilə keçirəcəyi səfər oyununun hakimləri açıqlanıb.

UEFA dekabrın 12-də Borasda təşkil olunacaq görüşü Portuqaliyadan olan hakimlər briqadasına həvalə edib.

Matçı Antonio Nobre idarə edəcək. Ona Pedro Ribeiro və Nelson Pereira köməklik göstərəcək.

Hakim-inspektor Stefano Podeski (San Marino), UEFA nümayəndəsi isə Yan Atkins (İngiltərə) olacaq.
👍4🥴1
Bakıda fəaliyyət göstərən “İnci” şadlıq sarayı bağlanır.

Axar.az Milli.az-a istinadən xəbər verir ki, 2009-cu ildən fəaliyyət göstərən şadlıq sarayı elə həmin ildə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan şadlıq sarayının qanuni təmsilçisi Orucov Cavid Nizami oğludur.
👍3
Türkiyə XİN: Biz İsrailin 1974-cü ildə imzalanmış Qüvvələrin Ayrılması Müqaviləsini pozaraq, Suriya ərazisinə daxil olmasını və sözügedən ölkənin ərazisində irəliləməsini şiddətlə qınayırıq.
👍16🤡3😁2
Qətər İsrailin Suriyaya hücumunu işğal adlandırdı.

"İsrailin Suriya ilə sərhəddəki bufer zonanı ələ keçirməsi təhlükəli davranış, həmçinin Suriyanın suverenliyinə və ərazi bütövlüyünə açıq hücumdur".

"İsrailin “de-fakto vəziyyət yaratmaq” siyasəti bölgədə daha çox zorakılığa və gərginliyə səbəb olacaq. İsrailin Suriya torpaqlarını işğal etmək cəhdləri qəbuledilməzdir. Beynəlxalq ictimaiyyət İsraili beynəlxalq legitimlik qərarlarına əməl etməyə məcbur etmək üçün hərəkətə keçməlidir".

"Qətər bir daha Suriyanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qətiyyətli dəstəyini təkrarlayır və Suriyada təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün regional və beynəlxalq səyləri tam dəstəkləyir", - Qətər XİN.
👍16
Müzəffər Ordumuzun şanlı ZƏFƏR PARADININ DÖRDÜNCÜ İLİ
👍206😁1
Bu ilin payız aylarında Azərbaycan üzrə yağıntıların miqdarı sentyabrda normadan aşağı, oktyabr və noyabrda normadan yuxarı olub.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, xidmətin mütəxəssisləri tərəfindən aparılan təhlil və müşahidələrə əsasən son on il ərzində Azərbaycan üzrə ən çox yağıntı 2016-cı ildə qeydə alınıb və iqlim normasından yuxarı olub:

"2016-cı ildə ölkə üzrə düşən yağıntının miqdarı ümumilikdə orta hesabla 570.7 mm təşkil edib. Ən çox yağıntılar oktyabr ayında Bakı və Abşeron yarımadasında (iqlim normasının 509 faizi), noyabr ayında isə Mərkəzi Aran rayonlarında (iqlim normasının 179 faizi) qeydə alınıb".
1👍1
ADSEA: Şirvan şəhərində su təchizatı və kanalizasiya şəbəkəsi yenilənir
👍3🐳2
Bəşər Əsədin Suriya prezidenti postundan getməsi Belarus hakimiyyəti üçün dərsdir.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Orada elə bir qarışıqlıq var ki, bu hələ başlanğıcdır, mənə elə gəlir ki, indi hakimiyyət uğrunda mübarizə başlayacaq. Dünyanın əsas oyunçuları Suriyada döyüşür. Bu bizim üçün bir dərsdir. Biz öz taleyimizi özümüz təyin etməliyik. Ölkəmizi xilas etməliyik!” - o bildirib.
👍61🤔1