Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.4K subscribers
36.8K photos
22.2K videos
8 files
32.9K links
Download Telegram
Rusiyan vəziyyətin gərginləşməsi ilə əlaqədar rusiyalıları Suriyanı tərk etməyə çağırıb.
👍8
ATƏT-də yeni rəhbərlər təyin edilib.

Axar.az xəbər verir ki, bu barədə ATƏT məlumat yayıb.

Firudin Sinirlioğlu (Türkiyə) - ATƏT-in baş katibi, Maria Telalian (Yunanıstan) - DTİHB-nin Direktoru, Kristof Kamp (Hollandiya) – ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı, Yan Braathu (Norveç) - ATƏT-in media azadlığı üzrə nümayəndəsi təyin edilib.
👍92👎2
ABŞ-nin Qafqaz üzrə baş müşaviri Lui Bono Azərbaycanda səfərdədir.
👍3👎2😱1
İran Suriyada hərbi müşavirlərinin sayını artırmaq üçün lazımi tədbirlər görüb.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” İranın yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.

“Tehran Suriyada hərbi müşavirlərinin sayını artırmaq və qüvvələr yerləşdirmək üçün bütün lazımi tədbirləri görüb”, - mənbə bildirib.
👍4😡4🤮3❤‍🔥1🔥1👌1🤡1
ABŞ Dövlət Katibinin köməkçisinin müavini Coşua Hak və Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono həmkarları ilə yüksək səviyyəli görüşlər keçirmək, səfir Libbi və onun komanda üzvləri ilə məsləhətləşmələr aparmaq üçün bu gün Bakıya səfər ediblər.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Səfirliyinin X hesabında paylaşım edilib.

"Azərbaycan rəsmiləri ilə apardıqları müzakirələrdə Dövlət Katibinin köməkçisinin müavini Hak və baş məsləhətçi Bono Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhə nail olmaq üçün növbəti addımları, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, və COP29-un uğurundan sonra iqlim məsələləri üzrə əməkdaşlığı müzakirə ediblər", - paylaşımda deyilir.
🔴Bakıda daha bir ərazidə avtobus zolağı ilə bağlı yol nişanı quraşdırılıb

Bakının Azadlıq və Bülbül prospektlərində, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələrində təşkil edilən avtobus zolağının saat 07:00–22:00 aralığında qüvvədə olma vaxtını bildirən yol nişanı quraşdırılıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verilir.

Beləliklə, sözügedən prospektdə və küçədə digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir.
Avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 bal müəyyən edilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️Sosial şəbəkələrdə Bəşər Əsəd rejiminin qoşunlarının Homsdan çıxarılmasını əks etdirən video yayılıb.
👍14👎2🥰1🤡1
Pərvin Vaqif oğlu Kazımov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi təyin edilib.

Kult.az xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmr imzalayıb.

Qeyd edək ki, P.Kazımov bu təyinatadək nazirliyin Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışıb.
👍41
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Birliyi Şurasının Prezidenti Antonio Koştaya təbrik məktubu ünvanlayıb
👍5🤮3👎1
❗️❗️❗️DSX-nın ehtiyatda olan hərbi qulluqçusu, polkovnik-leytenant Ramil İbrahimov həbs olunub.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4👏1🤮1
🇷🇺 Putin bildirib ki, “Oreşnik” raket kompleksi 2025-ci ilin ikinci yarısında Belarus Respublikası ərazisində yerləşdiriləcək.

“Oreşnik” Rusiya Silahlı Qüvvələri və Belarusun Strateji Raket Qüvvələri ilə eyni vaxtda xidmətə girəcək. Belarusda yerləşdirilən “Oreşnik” raketlərinin mümkün məhv edilməsi üçün hədəfləri bu ölkənin rəhbərliyi seçəcək.
👍73🤣3🙏1🤡1
❗️❗️❗️Jurnalist Ramin Deko saxlanılıb

DİN: "Vətəndaş Ramin Cəbrayılzadə ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb.

Bundan başqa, Raminlə yanaşı, bir neçə şəxs də araşdırma çərçivəsində saxlanılıb.

Əlavə məlumat veriləcək".
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı pinned «Salehi: Bu halda Yeni Azərbaycan dövləti yaranacaq - Video Ətraflı : https://axar.az/news/gundem/923894.html»
Suriya Prezidenti Bəşər Əsədin ölkədən qaçdığı barədə məlumat yayılıb.
Bu barədə jurnalist Hassan İbrahim məlumat yayıb.
🤣10👍5👎2🥴2
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
❗️❗️❗️Jurnalist Ramin Deko saxlanılıb DİN: "Vətəndaş Ramin Cəbrayılzadə ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb. Bundan başqa, Raminlə yanaşı, bir neçə şəxs də araşdırma çərçivəsində…
Vətəndaş Ramin Cəbrayılzadə (Ramin Deko) ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, məlumat təsdiqini tapıb və əlavə araşdırmalar aparılır. Bir neçə şəxs araşdırma çərçivəsində saxlanılıb.

Xatırladaq ki, jurnalistlər Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq, Xəyalə Ağayeva və Natiq Cavadlının hadisə ilə bağlı hazırda Bakı Baş Polis İdarəsində dindirildiyi barədə məlumat yayılıb.
👍1