Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.4K subscribers
36.8K photos
22.2K videos
8 files
32.9K links
Download Telegram
Magistral su xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar Bakının Yasamal rayonunun bir hissəsinə, eləcə də Abşeron rayonunun Qobu, Güzdək və Hökməli qəsəbələrinə suyun verilməsində fasilə yaranacaq.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

"Təmir işlərinin bazar günü günü yekunlaşacağı planlaşdırılır. Gün ərzində suyun əvvəlki rejimdə verilməsi bərpa olunacaq. Bu müddətdə sakinlərə maşınlarla su veriləcək", - deyə məlumatda qeyd olunub.
2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨🚨🚨Bakının mərkəzində yanğın zamanı meydana gələn tüstü qatı müşahidə edilib.

İlkin ehtimallara görə, hadisə paytaxtın “Kubinka” adlanan ərazisində baş verib.

Hadisə yerinə Fövqəladə Halların ərazi üzrə yanğından mühafizə xidməti cəlb edilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏1
Hizbullah İsraillə müharibədən zərər çəkmiş ailələrə artıq 50 milyon dollardan çox maliyyə yardımı edib.

Axar.az xəbər verir ki, bu sözləri Hizbullah baş katibi Naim Qasım deyib.

“Adambaşına 300-400 dollar məbləğində ödənişlər qeydiyyatdan keçmiş 233.500 ailənin hamısına paylansa, məbləğ 77 milyon dollardan çox olacaq. Hizbullah həmçinin müharibə zamanı evləri dağıdılanlara birdəfəlik 8000 dollar, Beyrutda və ya onun ətraflarında yaşayanlara bir illik kirayə haqqı üçün 6000 dollar, paytaxtdan kənarda yaşayanlara isə hələlik 4000 dollar ödəyəcək. Ödənişlər əsasən İran tərəfindən maliyyələşdiriləcək”, - Qasım bildirib.
7🤡3👍2👏2🤮2🙏1
Suriyanın səhiyyə naziri Əhməd Dəmiriyyə ölkədən qaçıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Nazirin İordaniyaya qaçdığı bildirilir.
🤣8
BQXK Bakıda həbsdə olan Qarabağ separatçılarına baş çəkib
😡12👍2🔥2🤮1
Dekabrın 6-sı axşamdan 9-u axşamadək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, dekabrın 7-si axşam Şərq rayonlarından başlayaraq 9-u axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

"Yağıntıların Mərkəzi Aran, Lənkəran-Astara, Dağlıq-Şirvan, Quba-Qusarda leysan xarakterli olacağı , çaylarda sululuğun artacağı ehtimal olunur", - deyə məlumatda bildirilib
2👍1
Ceyhun Bayramov Azərbaycanşünaslıq üzrə 3-cü Avropa konfransında çıxış edib.
👍4👎1
Müğənni və rejissor Mahsun Kırmızıgülün anası Faike Bakencir 99 yaşında dünyasını dəyişib.
😢13👍4
❗️Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti dekabrın 7-si axşam və 8-i bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Xaçmaz, Xızı, Quba, Qusar, Qobustan, Salyan, Neftçala rayonlarında sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Şabran və Siyəzən rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-şərq küləyinin əsəcəyi, küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3
"TV8" kanalında yayımlanan “MasterChef Türkiyə" proqramının aparıcısı, aşpaz Somər Sivrioğlu barəsində həbs qərarı qəbul olunub.

Kult.az Axşam.az-a istinadla xəbər verir ki, buna səbəb aşpazın 2022-ci ildə Beşiktaşdakı restoranının təmir işləri zamanı uçan divarın altında qalaraq 1 nəfərin ölməsi və digərinin yaralanması ilə nəticələnən hadisə ilə bağlı məhkəmə işi olub.

2 ildir davam edən məhkəmə prosesinə bu gün yekun vurulub.

Məhkəmədə Somər Sivrioğlu və işçiləri Kazım Evirgen və Kadri Berk Camala ehtiyatsızlıqdan ölüm və yaralamaya səbəb olmaq maddəsi ilə 6 il 8 aya qədər həbsi ilə bağlı qərar verilib.

Daha sonra cəza 5 il 6 ay 20 günə endirilib.
👍6🥴1
Rusiyan vəziyyətin gərginləşməsi ilə əlaqədar rusiyalıları Suriyanı tərk etməyə çağırıb.
👍8
ATƏT-də yeni rəhbərlər təyin edilib.

Axar.az xəbər verir ki, bu barədə ATƏT məlumat yayıb.

Firudin Sinirlioğlu (Türkiyə) - ATƏT-in baş katibi, Maria Telalian (Yunanıstan) - DTİHB-nin Direktoru, Kristof Kamp (Hollandiya) – ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı, Yan Braathu (Norveç) - ATƏT-in media azadlığı üzrə nümayəndəsi təyin edilib.
👍92👎2
ABŞ-nin Qafqaz üzrə baş müşaviri Lui Bono Azərbaycanda səfərdədir.
👍3👎2😱1
İran Suriyada hərbi müşavirlərinin sayını artırmaq üçün lazımi tədbirlər görüb.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” İranın yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.

“Tehran Suriyada hərbi müşavirlərinin sayını artırmaq və qüvvələr yerləşdirmək üçün bütün lazımi tədbirləri görüb”, - mənbə bildirib.
👍4😡4🤮3❤‍🔥1🔥1👌1🤡1
ABŞ Dövlət Katibinin köməkçisinin müavini Coşua Hak və Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono həmkarları ilə yüksək səviyyəli görüşlər keçirmək, səfir Libbi və onun komanda üzvləri ilə məsləhətləşmələr aparmaq üçün bu gün Bakıya səfər ediblər.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Səfirliyinin X hesabında paylaşım edilib.

"Azərbaycan rəsmiləri ilə apardıqları müzakirələrdə Dövlət Katibinin köməkçisinin müavini Hak və baş məsləhətçi Bono Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhə nail olmaq üçün növbəti addımları, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, və COP29-un uğurundan sonra iqlim məsələləri üzrə əməkdaşlığı müzakirə ediblər", - paylaşımda deyilir.