Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.3K subscribers
36.9K photos
22.3K videos
8 files
32.9K links
Download Telegram
Oğuzda baş verən yanğında bir nəfər xəsarət alıb.

Axar.az Report-a istinadla xəbər verir ki, yanğın hadisəsi rayonun Bayan kəndində, Bakı şəhəri qeydiyyatlı Gülnarə Əliheydər qızı Rəsulovaya məxsus təqribən 60 kvadrat metrilik köhnə tikili olan fərdi yaşayış evində baş verib.

Hadisə yerinə Oğuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub və yanğın söndürülüb.

Yanğın zamanı həmin evdə yaşayan 2001-ci il təvəllüdlü Nərmin Şaiq qızı Hüseynzadə 2-ci dərəcəli termiki yanıq xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyəti orta ağır qiymətləndirilir.
👍1😢1
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaq.
👍2
Media is too big
VIEW IN TELEGRAM
Taksi motosikleti sıxışdırır və yıxılan motosikletçinin başı bordürə dəyib həyatını itirir
🤬13😱4😢4👍1
Türkiyədə məsciddə qətl: İmam bıçaqlanaraq öldürüldü
😱9👎5🤔2
❗️Aptek müdiri işçisini vəhşicəsinə döydü

Paytaxtda ağılasığmaz insident baş verib.

Bakıdakı apteklərin birində müdir olduğu iddia edilən şəxs işçisini vəhşicəsinə döyüb. Yayımlanan kadrlarda müdirin işçini yumruqlayıb, yerdə sürüdüyü görünür.

Sözügedən videonu təqdim edirik:

Axar.az
👎16😡14🤮2👍1
❗️İmişli Suvarma Sistemləri İdarəsinin rəisi Nizami Sabir oğlu Məmmədov vəzifəsindən azad edilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4🤡2
Gürcüstan parlamentinin 11-ci çağırış deputatları Şalva Papuaşvilini yenidən qanunverici orqanın spikeri seçiblər.
👍5
☄️Azərbaycan Prezidenti İlham Əliyev bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanunu təsdiq edib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍10🤮1
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı pinned «Naxçıvanlılar Vasif Talıbovdan nələr danışır? - Fotolar Ətraflı : https://axar.az/news/layiheler/920277.html»