Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişmə prosesi başlayıb.

Proses valideynlər tərəfindən www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Bununla yanaşı, müxtəlif səbəblərdən 10-cu siniflərə qəbul üçün gecikən şagirdlər dekabrın 1-dək müvafiq portal vasitəsilə ümumi təhsil müəssisələrinə müraciət edə bilərlər.

Qeyd edək ki, 2024-2025-ci tədris ilinin birinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesinə noyabrın 1-dən başlanılıb. Bu günə qədər portal vasitəsilə valideynlər tərəfindən təqdim edilən 12 000 sorğu uğurla yekunlaşıb və təsdiq edilib.
👍1
❗️ Azərbaycan XİN Bosniya və Hersoqivinanı Milli Günü münasibətilə təbrik edib
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
7
Hazırda ölkədə fəaliyyət göstərən saytlara, proqramlara, banklara və bir çox sahəyə kiberhücumlar həyata keçirilib. Bu sahələrin işində çətinlik yaranıb.
👍51👀1
📌🇦🇿 Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədrini təbrik edib.
👍3
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Hazırda ölkədə fəaliyyət göstərən saytlara, proqramlara, banklara və bir çox sahəyə kiberhücumlar həyata keçirilib. Bu sahələrin işində çətinlik yaranıb.
❗️❗️❗️Hazırda Azərbaycanda xəbər saytlarına girişdə problem yaranıb, bəzi bankların mobil əlavələrinə daxil olmaq mümkün deyil
😢5
✔️Serverlərdə yaranan problemlər aradan qaldırıldı.
👍5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Vilnüsdə DHL şirkətinə məxsus yük təyyarəsinin qəzaya uğrama nı
😱51👀1
Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
👍21👎11❤‍🔥31
Oğuzda baş verən yanğında bir nəfər xəsarət alıb.

Axar.az Report-a istinadla xəbər verir ki, yanğın hadisəsi rayonun Bayan kəndində, Bakı şəhəri qeydiyyatlı Gülnarə Əliheydər qızı Rəsulovaya məxsus təqribən 60 kvadrat metrilik köhnə tikili olan fərdi yaşayış evində baş verib.

Hadisə yerinə Oğuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub və yanğın söndürülüb.

Yanğın zamanı həmin evdə yaşayan 2001-ci il təvəllüdlü Nərmin Şaiq qızı Hüseynzadə 2-ci dərəcəli termiki yanıq xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyəti orta ağır qiymətləndirilir.
👍1😢1
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaq.
👍2