Ermənistan Polisinin Dövlət Təhlükəsizliyi Baş İdarəsinin hərbiləşdirilmiş dəstəsinin rəisi Andrey Veranyanın meyiti iş otağında tapılıb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, hadisə noyabrın 14-də baş versə də, indi məlum olub.
Bildirilib ki, 67 yaşlı Veranyanın meyitinə baxış keçirilib və üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.

Ermənistan İstintaq Komitəsi faktla bağlı araşdırmaya başlayıb.
👍7🤬1
Rusiyanın Smolensk vilayətində yağan qar səbəbindən 109 kənd işıqsız, istiliksiz və susuz qalıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Smolenskin Novoduginsk kəndinin sakinlərinin sözlərinə görə, bu səbəb yerli hakimiyyət orqanlarının hazırlıqsızlığı olub:
“Məmurlar qar yağandan sonra aşmağa və elektrik naqillərini qırmağa başlayan köhnə ağacları vaxtında kəsməyə diqqət yetirməyiblər”.

Bildirilib ki, vilayətin 100-dən çox kəndi bir neçə sutkadır bu vəziyyətdədir.
😁3🤬2🤡1
Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb.
Milli Hidrometrologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, noyabrın 25-də yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.
👍5
⚡️ABŞ, AB, Britaniya və başqa dünya ölkələri COP29-da əldə olunmuş tarixi razılaşmalara görə Azərbaycanı təbrik edir
👍26🤮1
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Xızı rayonunda Altıağac Milli Parkında olub.
👍17🤡2
Milli Hidrometeorologiya Xidməti noyabrın 25-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Xidmətdən Axar.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Siyəzən, Hacıqabul, Salyan, Neftçala, Xaçmaz, Şabran, Quba, Qusar, Xızıda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
👍7
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Filippinin paytaxtı Manilanın gecəqondu rayonunda güclü yanğın baş verib. Yanğın nəticəsində 1000-ə yaxın ev yanıb.
😢7😱21👍1
Fransanın Ermənistandakı səfirliyinin əməkdaşı qəzaya düşüb
👍25😁5🎉2👌1
Rumıniyada prezident seçkilərinin birinci turu keçirilir.
Axar.az xəbər verir ki, bu barədə Rumıniya Daimi Seçki Administrasiyasının sədri Toni Qreble deyib.
Məlumata görə, prezident postu uğrunda 13 namizəd mübarizə aparır.
“Ölkədə 19 minə yaxın seçki məntəqəsi var və xaricdəki seçki məntəqələrində də səsvermə davam edir”, - Qreble bildirib.
Namzidələr arasında Rumınların Birliyi uğrunda Alyansın lideri Corc Simion, hazırkı Baş nazir, Sosial-Demokrat Partiyasının dəstəklədiyi Marçel Çolaku, Rumıniyanın Xilası İttifaqı Partiyasının sədri Yelena Laskoni, NATO baş katibinin keçmiş müavini Mirça Coane, ordu generalı və sağ mərkəzçi Milli Liberal Partiyasının rəhbəri Nikolae Çuka kimi liderlər var.

Səsvermə yerli vaxtla 21:00-a qədər davam edəcək.
Ramıniyada seçkinin qalibi seçicilərin 50%-dən çoxunun səsini almalıdır. Hazırkı namizədlərdən heç birinin ilk turda bu səsi toplaya bilməyəcəyi sosial sorğularda üzə çıxıb. Ona görə də seçkilərin ikinci turunun dekabrın 8-də keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, Rumıniyanın hazırkı Prezidenti Klaus Yohannisdir.
👍3
🇱🇧🇮🇱 Bu gecə Livan ağır şəkildə bombardman edilə bilər. Bu barədə İsrail rəsmisi "Beyrut bugün sallanacaq" şəklində çıxış edib.
👎144👍2🎉1
İsrail ordusu Livanın Trir şəhərinin cənubundakı blokposta zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə Livan ordusu məlumat yayıb.
“İsrail hərbçilərinin Əl-Amrusiyadakı mövqelərinə endirdiyi zərbə nəticəsində 1 əsgər ölüb, 18-i yaralanıb. Obyektə ciddi ziyan dəyib”, - məlumatda qeyd olunub.
👎5👍4🎉1