⚽️ Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən matçda "Qarabağ" səfərdə "Səbail"ə 3-0 hesabı ilə qalib gəldi.
🤡1
COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi təşəkkür barədə qətnamə layihəsi qəbul olunub.
👍28🤡3👏1
Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib.
👍4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺⚔️🇺🇦 Ukrayna Kursk vilayətinə ATACMS raketləri zərbə endirib.
👍20👎3
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
🇷🇺⚔️🇺🇦 Ukrayna Kursk vilayətinə ATACMS raketləri zərbə endirib.
❗️Ukrayna Silahlı Qüvvələri tərəfindən Kursk istiqamətində azı beş ATACMS raketinin atəşləndiyi iddia edilir.

🔸 Ukrayna ordusu hazırda Kursk vilayətində Şimali Koreyalıların olduğu hərbi obyektləri vurur".

- Rusiya KİV
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍245🔥2😁1🤣1
COP29: Ermənistan üçün yer ayrılsa da, masa boşdur.
🥴15😁2👎1
COP29: Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) layihəsində hədəfin ildə 300 milyard ABŞ dolları səviyyəsində müəyyən edilməsi təsdiqləndi
8👍5🤮31
BMT-nin Baş katibi: Mən Azərbaycan hökumətinə və COP29 prezidenti Muxtar Babayevə və onun komandasına gərgin əməyinə görə təşəkkür edirəm.

COP29-da razılığa gəlmək, qlobal istiləşmənin 1,5°C həddini qorumaq üçün vacib idi.

Mən həm maliyyə, həm də təsir azaldılması baxımından daha iddialı bir nəticə gözləyirdim ki, qarşımızdakı böyük çağırışın miqyasına cavab verilsin, lakin əldə edilən razılaşma üzərində qurula biləcək bir baza təmin edir.

Bu razılaşma tam şəkildə və vaxtında yerinə yetirilməlidir.
14👍10🤮2
Türkiyənin Afyonkarahisar vilayətində zəncirvari qəza baş verib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Ankara istiqamətində hərəkət edən sərnişin avtobusu evakuator və minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində 30 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Afyonkarahisardakı xəstəxanalara çatdırılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
👍3🤬1😢1
⚡️Hava hücumundan müdafiə sistemi Bryansk vilayəti üzərində təyyarə tipli PUA-nı vurub. Xəsarət alan və dağıntı olmayıb - Qubernator Boqomaz
👍2🤡2
Ermənistan Polisinin Dövlət Təhlükəsizliyi Baş İdarəsinin hərbiləşdirilmiş dəstəsinin rəisi Andrey Veranyanın meyiti iş otağında tapılıb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, hadisə noyabrın 14-də baş versə də, indi məlum olub.
Bildirilib ki, 67 yaşlı Veranyanın meyitinə baxış keçirilib və üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.

Ermənistan İstintaq Komitəsi faktla bağlı araşdırmaya başlayıb.
👍7🤬1
Rusiyanın Smolensk vilayətində yağan qar səbəbindən 109 kənd işıqsız, istiliksiz və susuz qalıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Smolenskin Novoduginsk kəndinin sakinlərinin sözlərinə görə, bu səbəb yerli hakimiyyət orqanlarının hazırlıqsızlığı olub:
“Məmurlar qar yağandan sonra aşmağa və elektrik naqillərini qırmağa başlayan köhnə ağacları vaxtında kəsməyə diqqət yetirməyiblər”.

Bildirilib ki, vilayətin 100-dən çox kəndi bir neçə sutkadır bu vəziyyətdədir.
😁3🤬2🤡1