Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.4K subscribers
36.9K photos
22.3K videos
8 files
32.9K links
Download Telegram
COP29 Sədrliyi danışıqlarda son vəziyyətlə bağlı bəyanat yayıb.

Axar.az bəyanatın mətnini təqdim edir:

“COP29 sədrliyi il ərzində tərəflərin ehtiyaclarını və prioritetlərini nəzərə alaraq, ədalətli və iddialı yeni iqlim maliyyəsi məqsədi irəli sürüb. Biz səhərin erkən saatlarına qədər geniş məsləhətləşmə apardıq. Biz hər kəsə, bütün qruplara dünən yaydığımız mətn paketi ilə bağlı münasibət bildirmək imkanı tanıdıq və konstruktiv iştiraklarına görə onlara təşəkkür edirik. Məsləhətləşmələr zamanı səslənən fikirləri nəzərə alaraq, yeni mətni dərc etmişik.
Tərəfləri 2035-ci ilə qədər bütün ictimai və özəl mənbələrdə ən azı 1,3 trilyon ABŞ dollarına hədəfinə çatdırmaq üçün birgə işləməyə dəvət edirik.

Yeni sənəd layihəsində inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər iqlim fəaliyyəti üçün 100 milyard ABŞ dolları məbləğində vəsaitin 250 milyard ABŞ dollarına çatdırılması hədəf göstərilir. Tərəflərlə razılaşdırıla bilinməyən vacib məsələlərə yekun düzəlişlər üçün onlarla daha sıx işləyəcəyik. Biz daha çox şəffaf və inklüziv çalışacağıq ki, daha yüksək ambisiyalı mümkün nəticəni əldə edək
5👍1
İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb.
👍92🤡1
İlham Əliyev: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq
10👍2🤡1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İsrail Hərbi Hava Qüvvələri Beyrutun cənubundakı Tayouneh məhəlləsində yerləşən 10 mərtəbəli yaşayış binasına hava zərbəsi endirib.

Zərbə nəticəsində bina tamamilə dağılıb, ətraf ərazilər tüstü və tozla örtülüb. Hadisə yerində xəsarət alanlar və ya həlak olanlar barədə məlumat verilməyib.
👎23👍8🔥1🎉1
İsrail Dövlətinin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqev və onun başçılıq etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib.
👎1916🤮3👍2
Noyabrın 25-dən Azərbaycan Dəmir Yolları QSC COP29-la əlaqədar Bakı-Sumqayıt sürət elektrik qatarlarının müvəqqəti ləğv edilmiş reyslərini bərpa edəcək.

Axar.az xəbər verir ki, bu barədə QSC məlumat yayıb.
Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkəti 16 sentyabr 2024-cü il tarixində tətbiq olunan qrafikə uyğun təşkil ediləcək.

Belə ki, Bakı-Xırdalan-Sumqayıt-Bakı istiqaməti üzrə:
- Bakıdan saat 08:10, 17:50 və 19:05,

- Sumqayıtdan saat 07:20,
- Xırdalandan isə saat 08:40 və saat 18:20 reysləri bərpa edilir.
🇹🇷Türkiyə klubunun baş məşqçisi öldürüldü

Türkiyə III liqasında çıxış edən "Çorluspor 1947" klubunun baş məşqçisi Ersin Aka öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, silahlı hücuma məruz qalan məşqçi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis hadisəni törədən şəxsin axtarışına başlayıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😱10👍1🤣1
Avey Məbəd qoruğu Mədəniyyət Nazirliyi və Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunları tərəfindən qorunur.
👍7
"Bakı Sığorta" ASC ləğv olunduğunu elan edib.
Axar.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti məlumat yayıb.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 120 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır. Şirkətin səhmdarları "Bank Respublika" ASC (93,32 %) və “Ekolizinq” MMC-dir (6,68 %).

Bu il noyabrın 15-də “Bank Respublika”nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilməli idi. Yığıncaqda "Bakı Sığorta"nın gələcək fəaliyyəti ilə bağlı qərar verilməli idi.
"Bakı Sığorta"nın bağlanması ilə Azərbaycanda sığorta şirkətlərinin sayı 16-ya düşəcək.
👍51
⚡️Antiterror əməliyyatlarından sonra Ermənistana gedən Sarkis Qalstyan "casusluq" ittihamı ilə 18 il azadlıqdan məhrum edilib.

Sarkis Qalstyan antiterror əməliyyatlarından sonra Xankəndini tərk etməyib və bir müddət arvadı ilə birgə şəhərdə yaşamağa davam edib.

Erməni mənbələri Sarkis Qalstyanın Xankəndidə komendant təyin edildiyi barədə qeyri-dəqiq xəbər də yaymışdılar.

Daha sonra martın 29-da BQXC-nin müşayiəti ilə Xankəndidən Ermənistana gedib və Ermənistan MTX tərəfindən həyat yoldaşı ilə birlikdə Gorusda saxlanılıb.

O, işğal dövründə Şuşada otellərdən birinin direktoru olub.
👍113