Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.4K subscribers
36.9K photos
22.3K videos
8 files
32.9K links
Download Telegram
Mingəçevir şəhərində, Göygöl, Bərdə, Ağcabədi və Biləsuvar rayonlarında məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işlərinə başlanılır.
👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Delimitasiya və demarkasiya işləri aparılan Xeyrımlı kəndi:
👍101
Gələn il Qazaxın yeni işğaldan azad olunan Xeyrimli, Aşağı Əskipara, Bağanis Ayrım və Qızılhacılı kəndlərində yeni zastavalar tikiləcək.

Axar.az xəbər verir ki, bunu Report-a "Qazax" Əlahiddə Sərhəd Diviziyasına təşkil olunan mediatur zamanı Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov Qazaxın işğaldan azad olunan Xeyrimli kəndində deyib.

O bildirib ki, hazırda Qazax rayonunun Xeyrimli kəndi ərazisində zastava müvəqqəti qurulub:

"Gələn il Xeyrimli, Aşağı Əskipara, Bağanis Ayrım və Qızılhacılı kəndlərinin bərpasına başlanılacaq. Bu zaman orada yeni zastavalar da tikiləcək".
👍11
UEFA Millətlər Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Axar.az xəbər verir ki, püşk nəticəsində 1/4 final cütləri müəyyənləşib.

Bu raundda Niderland İspaniyaya, Danimarka Portuqaliyaya, Xorvatiya Fransaya, İtaliya isə Almaniyaya rəqib olub.

İtaliya/Almaniya cütünün qalibi yarımfinalda Niderland/İspaniya duelinin güclüsü ilə görüşəcək.

Danimarka - Portuqaliya matçında qalib gələn tərəf isə Niderland - İspaniya görüşündə qələbə qazanan yığma ilə görüşəcək.
Qeyd edək ki, qarşılaşmalar 2025-ci ilin martında keçiriləcək.
👍2
Ceyhun Bayramov Almaniya XİN rəhbəri ilə görüşüb.
11👍2
Rusiya ordusu Donetsk vilayətinin Novodmitrovka yaşayış məntəqəsini ələ keçirib.
👍9👎6
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Ceyhun Bayramov Almaniya XİN rəhbəri ilə görüşüb.
Görüş zamanı Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesi müzakirə olunub.
Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
İlham Əliyev fərman imzaladı
5🤡3
🇦🇿Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍43
COP29 Sədrliyi danışıqlarda son vəziyyətlə bağlı bəyanat yayıb.

Axar.az bəyanatın mətnini təqdim edir:

“COP29 sədrliyi il ərzində tərəflərin ehtiyaclarını və prioritetlərini nəzərə alaraq, ədalətli və iddialı yeni iqlim maliyyəsi məqsədi irəli sürüb. Biz səhərin erkən saatlarına qədər geniş məsləhətləşmə apardıq. Biz hər kəsə, bütün qruplara dünən yaydığımız mətn paketi ilə bağlı münasibət bildirmək imkanı tanıdıq və konstruktiv iştiraklarına görə onlara təşəkkür edirik. Məsləhətləşmələr zamanı səslənən fikirləri nəzərə alaraq, yeni mətni dərc etmişik.
Tərəfləri 2035-ci ilə qədər bütün ictimai və özəl mənbələrdə ən azı 1,3 trilyon ABŞ dollarına hədəfinə çatdırmaq üçün birgə işləməyə dəvət edirik.

Yeni sənəd layihəsində inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər iqlim fəaliyyəti üçün 100 milyard ABŞ dolları məbləğində vəsaitin 250 milyard ABŞ dollarına çatdırılması hədəf göstərilir. Tərəflərlə razılaşdırıla bilinməyən vacib məsələlərə yekun düzəlişlər üçün onlarla daha sıx işləyəcəyik. Biz daha çox şəffaf və inklüziv çalışacağıq ki, daha yüksək ambisiyalı mümkün nəticəni əldə edək
5👍1
İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb.
👍92🤡1
İlham Əliyev: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq
10👍2🤡1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İsrail Hərbi Hava Qüvvələri Beyrutun cənubundakı Tayouneh məhəlləsində yerləşən 10 mərtəbəli yaşayış binasına hava zərbəsi endirib.

Zərbə nəticəsində bina tamamilə dağılıb, ətraf ərazilər tüstü və tozla örtülüb. Hadisə yerində xəsarət alanlar və ya həlak olanlar barədə məlumat verilməyib.
👎23👍8🔥1🎉1
İsrail Dövlətinin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqev və onun başçılıq etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib.
👎1916🤮3👍2