Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.4K subscribers
36.9K photos
22.3K videos
8 files
32.9K links
Download Telegram
Ukrayna Prezidenti Vladimir Zelenski bir sıra məşhur şəxslərə verilmiş fəxri adların ləğv edilməsi ilə bağlı fərman imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.
Zelenskinin fərmanına əsasən, Ukraynanın keçmiş baş naziri Nikolay Azarov I-III dərəcəli "Xidmətə görə" və V dərəcəli “Knyaz Yaroslav Mudrıy” ordenləri, həmçinin Ukraynanın “əməkdar iqtisadçısı", Ali Radanın keçmiş deputatı Viktor Medvedçuk I-III dərəcəli "Xidmətə görə" və V dərəcəli “Knyaz Yaroslav Mudrıy” ordenləri, “Ukraynanın əməkdar hüquqşünası” adından, Ukraynanın keçmiş prokuroru Viktor Pşonka III dərəcəli "Xidmətə görə" ordenindən məhrum edilib.
Bundan başqa, rusiyalı müğənnilər Nikolay Baskov, Filipp Kirkorov, Aleksandr Malinin, bəstəkar İqor Krutoy “Ukraynanın xalq artisti”, ukraynalı müğənnilər Ani Lorak və Taisiya Povaliy də “Ukraynanın əməkdar artisti” fəxri adlarından məhrum ediliblər.

Ümumilikdə siyahıda 34 nəfərin adı var.
😁7👍5🤣2🎉1
Media is too big
VIEW IN TELEGRAM
⚠️ "Ukrayna dairəsi”ndə yol hərəkəti belə təşkil ediləcək
Azərbaycanlı döyüşçü Nazim Sadıqovun Mütləq Döyüş Çempionatındakı (UFC) növbəti rəqibi bilinib.

Axar.az xəbər verir ki, o, braziliyalı İsmael Bonfimlə üz-üzə gələcək.

Döyüş gələn il fevralın 15-də Nevada ştatının Las-Veqas şəhərində keçiriləcək.
İsmael yerli azarkeşlərə tanış rəqibdir. O, UFC-yə aparan yolda - "Dana White's Contender Series"də Azərbaycan təmsilçisi Nəriman Abbasovu məğlub edib.

Qeyd edək ki, bu, Sadıqovun UFC-də 4-cü döyüşü olacaq. O, səkkizguşəli rinqdə 2 qələbə, 1 heç-heçə ilə yadda qalıb. Rəqibi isə keçirdiyi 3 döyüşün 2-də qələbə qazanıbsa, 1 halda məğlub olub.
👍4
Peskov: Rusiya kimi bir ölkəni sanksiyalarla tamamilə bloklamaq mümkün deyil.
👍8🤡2
Nazir sabiq direktora vəzifə verdi
👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
“Rusiya və Azərbaycan Samur transsərhəd çayı üzərində iqlim layihəsi həyata keçirirlər”.

Axar.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) qatılan Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin köməkçisi, iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev NEWS.ru-ya bildirib.
Onun sözlərinə görə, bu, Azərbaycan və Rusiya arasında Samur çayının axını ilə bağlı razılaşmanın olması sayəsində mümkün olub.
“Samur transsərhəd çayı üzərində ətraf mühitin mühafizəsi istiqamətində hazırda strukturlaşdırma mərhələsində olan iqlim layihəsi həyata keçiririk. Bu çay ölkələrimizi ayırır və biz çayın məcrası boyunca iqlim layihəsini inkişaf etdirəcəyik. Bu, Azərbaycan və Rusiya arasında Samur çayının axını ilə bağlı razılaşmanın olması sayəsində mümkün olub. Ekoloji axın barədə dəqiq anlayış var – ekoloji axına əsaslanaraq su ehtiyatlarının istehlakını proqnozlaşdırmaq mümkündür. Belə razılaşma hər ölkədə yoxdur. Bizdə isə ideal şərait yaranıb və biz bu layihəni həyata keçirəcəyik”, – deyə Edelgeriyev bildirib.

Onun sözlərinə görə, Samur çayındakı iqlim layihəsindən əlavə, Azərbaycan Rusiyanın karbon poliqonlarının yaradılması təcrübəsi ilə də maraqlanır.
“Bizdə də bu səriştələr var”, – deyə Rusiya prezidentinin köməkçisi qeyd edib.
Ruslan Edelgeriyev, bundan əlavə, səhralaşma və torpaqların deqradasiyası proseslərinə qarşı birgə mübarizəyə böyük tələbat olduğunu vurğulayıb.
👍4🤔2🤮2👌1
İsrail Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə dair Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən verilən qərarın Yaxın Şərq nizamlanmasına hər hansı müsbət töhfə vermək ehtimalı çox azdır.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Rusiya üçün bu cür qərarların heç bir hüquqi qüvvəsi yoxdur. Biz bunu hər hansı şəkildə şərh etməyə ehtiyac görmürük, çünki bu qərarlar bizim üçün heç bir hüquqi dəyərə malik deyil", - Peskov bildirib.
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
😢15👍31
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto İstanbulda Azərbaycanın energetika naziri ilə Avropanın enerji təhlükəsizliyi məsələsini müzakirə edəcək.

O bu barədə feysbuk səhifəsində yazıb.
👍5
Pərviz Şahbazov İstanbul Enerji Forumu çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Görüşdə Azərbaycandan qaz tədarükü, Macarıstan şirkətləri ilə neft-qaz sektorunda əməkdaşlıq və “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin icrası ilə bağlı müzakirələr aparılıb.
👍41
Mingəçevir şəhərində, Göygöl, Bərdə, Ağcabədi və Biləsuvar rayonlarında məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işlərinə başlanılır.
👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Delimitasiya və demarkasiya işləri aparılan Xeyrımlı kəndi:
👍101
Gələn il Qazaxın yeni işğaldan azad olunan Xeyrimli, Aşağı Əskipara, Bağanis Ayrım və Qızılhacılı kəndlərində yeni zastavalar tikiləcək.

Axar.az xəbər verir ki, bunu Report-a "Qazax" Əlahiddə Sərhəd Diviziyasına təşkil olunan mediatur zamanı Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov Qazaxın işğaldan azad olunan Xeyrimli kəndində deyib.

O bildirib ki, hazırda Qazax rayonunun Xeyrimli kəndi ərazisində zastava müvəqqəti qurulub:

"Gələn il Xeyrimli, Aşağı Əskipara, Bağanis Ayrım və Qızılhacılı kəndlərinin bərpasına başlanılacaq. Bu zaman orada yeni zastavalar da tikiləcək".
👍11
UEFA Millətlər Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Axar.az xəbər verir ki, püşk nəticəsində 1/4 final cütləri müəyyənləşib.

Bu raundda Niderland İspaniyaya, Danimarka Portuqaliyaya, Xorvatiya Fransaya, İtaliya isə Almaniyaya rəqib olub.

İtaliya/Almaniya cütünün qalibi yarımfinalda Niderland/İspaniya duelinin güclüsü ilə görüşəcək.

Danimarka - Portuqaliya matçında qalib gələn tərəf isə Niderland - İspaniya görüşündə qələbə qazanan yığma ilə görüşəcək.
Qeyd edək ki, qarşılaşmalar 2025-ci ilin martında keçiriləcək.
👍2
Ceyhun Bayramov Almaniya XİN rəhbəri ilə görüşüb.
11👍2
Rusiya ordusu Donetsk vilayətinin Novodmitrovka yaşayış məntəqəsini ələ keçirib.
👍9👎6
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Ceyhun Bayramov Almaniya XİN rəhbəri ilə görüşüb.
Görüş zamanı Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesi müzakirə olunub.
Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.