Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.4K subscribers
36.9K photos
22.3K videos
8 files
32.9K links
Download Telegram
Bakıda və Abşeron yarımadasında noyabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometrologiya Xidmətindən Axar.az-a bildirilib ki, gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə havanın çiskinli olacağı ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 9-12° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.
👍2🙏2
Gəncə şəhərinin bir sıra küçə və prospektlərində qazın verilişində fasilə yaranıb.

Axar.az Report-a istinadən xəbər verir ki, buna həmin ərazilərdə aparılan təmir-bərpa işləri ilə bağlı olduğu bildirilib.

Qazın verilişi təmir işləri tamamlandıqdan sonra bərpa olunacaq.
1🤬1
❗️İmişlidə minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3🙏1
Ukrayna Prezidenti Vladimir Zelenski bir sıra məşhur şəxslərə verilmiş fəxri adların ləğv edilməsi ilə bağlı fərman imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.
Zelenskinin fərmanına əsasən, Ukraynanın keçmiş baş naziri Nikolay Azarov I-III dərəcəli "Xidmətə görə" və V dərəcəli “Knyaz Yaroslav Mudrıy” ordenləri, həmçinin Ukraynanın “əməkdar iqtisadçısı", Ali Radanın keçmiş deputatı Viktor Medvedçuk I-III dərəcəli "Xidmətə görə" və V dərəcəli “Knyaz Yaroslav Mudrıy” ordenləri, “Ukraynanın əməkdar hüquqşünası” adından, Ukraynanın keçmiş prokuroru Viktor Pşonka III dərəcəli "Xidmətə görə" ordenindən məhrum edilib.
Bundan başqa, rusiyalı müğənnilər Nikolay Baskov, Filipp Kirkorov, Aleksandr Malinin, bəstəkar İqor Krutoy “Ukraynanın xalq artisti”, ukraynalı müğənnilər Ani Lorak və Taisiya Povaliy də “Ukraynanın əməkdar artisti” fəxri adlarından məhrum ediliblər.

Ümumilikdə siyahıda 34 nəfərin adı var.
😁7👍5🤣2🎉1
Media is too big
VIEW IN TELEGRAM
⚠️ "Ukrayna dairəsi”ndə yol hərəkəti belə təşkil ediləcək
Azərbaycanlı döyüşçü Nazim Sadıqovun Mütləq Döyüş Çempionatındakı (UFC) növbəti rəqibi bilinib.

Axar.az xəbər verir ki, o, braziliyalı İsmael Bonfimlə üz-üzə gələcək.

Döyüş gələn il fevralın 15-də Nevada ştatının Las-Veqas şəhərində keçiriləcək.
İsmael yerli azarkeşlərə tanış rəqibdir. O, UFC-yə aparan yolda - "Dana White's Contender Series"də Azərbaycan təmsilçisi Nəriman Abbasovu məğlub edib.

Qeyd edək ki, bu, Sadıqovun UFC-də 4-cü döyüşü olacaq. O, səkkizguşəli rinqdə 2 qələbə, 1 heç-heçə ilə yadda qalıb. Rəqibi isə keçirdiyi 3 döyüşün 2-də qələbə qazanıbsa, 1 halda məğlub olub.
👍4
Peskov: Rusiya kimi bir ölkəni sanksiyalarla tamamilə bloklamaq mümkün deyil.
👍8🤡2
Nazir sabiq direktora vəzifə verdi
👍2