Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.4K subscribers
36.8K photos
22.1K videos
8 files
32.9K links
Download Telegram
İranda 4,6 maqnitudalı zəlzələ olub.
💥 Səhər Rusiya Silahlı Qüvvələri Dneprə hücum etdi: sənaye müəssisəsi zədələndi

Dnepropetrovsk vilayəti administrasiyasının rəhbəri bildirir ki, ilkin məlumata görə, Rusiyanın Dneprdə kütləvi raket hücumu nəticəsində müəyyən sənaye müəssisəsində dağıntılar baş verib, iki yerdə yanğınlar baş verib. Administrasiyanın rəhbəri Sergey Lısak hələlik başqa təfərrüatları açıqlamayıb.

Ukraynanın özəl enerji şirkəti DTEK bəyan edib ki, “Ukrenerqo”nun sifarişi ilə Kiyevdə, eləcə də Kiyev, Dnepropetrovsk və Donetsk vilayətlərində fövqəladə elektrik enerjisi kəsilməsi tətbiq edilir. Şirkət bunun raket zərbəsi ilə bağlı olub-olmadığını izah etmir.
👍6👌1
Dəniz xüsusi təyinatlılarımız "SAT-SAS-2024" təlimində iştirak edir

2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan və Türkiyə respublikalarının Hərbi Dəniz Qüvvələrinin (HDQ) sualtı hücum və sualtı müdafiə bölmələri ilə qardaş ölkədə "SAT-SAS-2024" birgə təlimi keçirilir.

Türkiyə Respublikasının Marmaris şəhərinin Aksaz dəniz bazasında keçirilən birgə təlimdə dəniz xüsusi təyinatlıları hədəf gəmilərinin zəbt edilməsi üzrə tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirib.

Təlimin növbəti günlərində plana əsasən, hər iki ölkənin xüsusi təyinatlı bölmələri quru və dəniz döyüş taktikalarının işlənməsi, helikopterdən enmə üsullarının yerinə yetirilməsi, şərti sahil ərazisinin zəbt edilməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra edəcəklər.

Qeyd edək ki, birgə təlim noyabrın 29-dək davam edəcək.
👍194❤‍🔥1
Noyabrın 25-dən hərəkət sxemləri bərpa ediləcək marşrutlar:

1, 7B, 13, 15, 31, 37, 38, 40, 54, 55, 60, 62, 70, 71, 93, 96, 105, 107, 118A, 118B, 131, 139, 141, 148, 162, 163, 166, 168, 169, 172, 173A, 173B, 184, 185, 189, 197, 198, 204, 205, 214, 216, 217, 120E, M8, 140E və E1
👍21
Türkiyənin Sakarya vilayətinin Adapazarı rayonunda azərbaycanlı qadın silahlı hücuma məruz qalıb. 
🤬3👌1
Polşanın hava hücumundan müdafiəsi və radar kəşfiyyatı Ukraynaya hava hücumu xəbərdarlığı fonunda ən yüksək hazırlıq səviyyəsinə gətirilib, NATO təyyarələri də havaya qaldırılıb.
Axar.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığı sosial şəbəkələrdə məlumat yayıb.
Məlumata görə, tədbirlər Rusiyanın Ukraynanın qərbi də daxil olmaqla bir çox hədəflərinə edilən növbəti hücumu ilə əlaqədar görülüb.
Həmçinin bildirilir ki, Polşa və müttəfiqlərin təyyarələri Polşanın hava məkanının qorunmasında iştirak edir:

"Silahlı qüvvələrin əməliyyat komandanlığı mövcud vəziyyətə nəzarət edir, tabeliyində olan qüvvə və bölmələr dərhal cavab tədbirləri üçün tam hazır vəziyyətdədir".
👍2