Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.4K subscribers
36.8K photos
22.2K videos
8 files
32.9K links
Download Telegram
Günəş sisteminin ən böyük planetindən yeni maraqlı fotolar
5
Ermənistana məxsus 500-ə yaxın yük maşını Gürcüstan-Rusiya sərhədində, Yuxarı Lars keçid məntəqəsində gözləməkdədir.
Axar.az xəbər verir ki, bu barədə Şimali Osetiya Nəqliyyatı İdarəetmə Mərkəzinin məlumatlarında deyilir.
Bildirilib ki, sərhəddə 1782 yük maşını növbədə gözləyir ki, onlardan da 483-ü Ermənistan qeydiyyatlıdır.

Hazırda “Yuxarı Lars”la keçid bütün növ nəqliyyat vasitələri üçün açıq olsa da, əlverişsiz hava şəraiti səbəbindən sıxlıq müşahidə olunur.
👍18🎉1😡1
BMT Baş katibi Antonio Quterreş COP29-da iştirak etmək üçün Azərbaycana səfərə gəlib.
👍9
Bakıda və Abşeronda bu gün əsasən yağmursuz olacaq.

Paytaxt zonasında gecə 9-11° isti, gündüz 12-15° isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında az çiskinli yağış yağacağı ehtimalı var.

Regionlarda gecə 4-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti təşkil edəcək.

Arabir duman müşahidə ediləcək.
👍3
Türkiyədə silahlı hücum zamanı bir neçə polis əməkdaşı yaralanıb, 11 şübhəli saxlanılıb | Türkiyə KİV
👍73
Şotlandiya Parlamentində "COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" adlı qətnamə irəli sürülüb.
👍8
Antonio Quterreş Azərbaycana səfərə gəlib
👍5
Bitkoinin dəyəri 97 min dolları keçərək, tarixi maksimumunu yeniləyib.
Axar.az xəbər verir ki bu barədə “Binance” platforması məlumat yayıb.
Məlumata görə, Bakı vaxtı ilə saat 08:56-da kriptovalyuta 5.78 faiz bahalaşaraq, 97 476 dollara çatıb.
👍4
Bakıda bu dövlət müəssisəsinin binası 6,1 milyon manata satışa çıxarılır
👍2
Dünya birjalarında neft yenidən ucuzlaşıb.
Axar.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 72,93 dollara, yüngül neftin bir barreli isə 68,87 dollara satılır.
👍1
2 nömrəli klinik psixiatriya xəstəxanasının direktoru İlqar Əfəndiyev vəzifəsindən azad edilib.

Məlumata
görə, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.
Nazirin digər əmri ilə Leyla Bəşirova 2 nömrəli klinik psixiatriya xəstəxanasının direktoru vəzifəsinə təyin edilib. (unikal)
👍4👎1
İtaliyalı konseptual rəssam Maurisio Kattelanın əsəri - divara lentlə yapışdırılmış banan 6,2 milyon dollara satılıb.
Kult.az xəbər verir ki, bu barədə “Sotheby's" hərrac evinin X hesabıbda məlumat verilib.
Əsər Çindən olan kolleksiyaçı, TRON blokçeyn platformasının yaradıcısı Castin San tərəfindən alınıb.

"Bu, adi sənət əsəri deyil. Bu, incəsənət, memlər və kriptovalyuta cəmiyyətini əhatə edən mədəni fenomendir. Mən yaxın günlərdə bananı yeyəcəyəm və bu, unikal bədii təcrübənin bir hissəsi olacaq", - o bildirib.
🥴15🤮6👍1👎1