Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.4K subscribers
36.8K photos
22.2K videos
8 files
32.9K links
Download Telegram
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Arda Gülər Türkiyə xalqından üzr istədi Ətraflı: https://axar.az/news/idman/918686.html
This media is not supported in your browser
VIEW IN TELEGRAM
UEFA Millətlər Liqasının VI turunda Monteneqroya uduzan Türkiyə millisinin gənc ulduzu Arda Gülər məğlubiyyətə görə xalqdan üzr istəyib
❤‍🔥6
Deputat Əli Məsimli: Uşaq yeməklərinin qiyməti günü-gündən qalxır, vergi güzəştləri şamil olunmalıdır.
👍9
ABŞ dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan Cənubi Qafqazda ləyaqətli və sabit sülhün vacibliyini müzakirə ediblər.
❤‍🔥10😁1
Bakıda və Abşeron yarımadasında noyabrın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometrologiya Xidmətindən Axar.az-a bildirilib ki, səhər və axşam bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var.

Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-11° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında az çiskinli yağış yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.
👍21
Naxçıvan Muxtar Respublikasının (MR) bəzi ərazilərində internet və rabitə xidmətlərinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Axar.az xəbər verir ki, muxtar respublikanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi noyabrın 20-si saat 23:55-dən noyabrın 21-i saat 03:00-dək Şahbuz rayonunda, noyabrın 21-i saat 23:55-dən noyabrın 22-si saat 03:00-dək isə Sədərək rayonunda təxirəsalınmaz və texnoloji infrastrukturda profilaktik təmir bərpa işləri həyata keçirəcək.

Nazirlikdən verilən məlumata görə, təxirəsalınmaz işlər görülən müddətdə adıçəkilən rayonlar üzrə internet və rabitə xidmətlərinin verilişində qısamüddətli fasilələr yarana bilər.

Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet və rabitə xidmətlərinin fəaliyyəti tam bərpa ediləcək.
👍21
FIFA Türkiyə klubuna transfer qadağası qoyub

💰Buna səbəb klubun külli miqdarda borcunun olmasıdır. Hazırda Türkiyənin I Liqasında mübarizə aparan komanda 2026-cı ilin yayına kimi heyətinə yeni futbolçu qata bilməyəcək.
⚡️Rusiya ordusu Donbasın İlyinka kəndini ələ keçirib
👌5👎3
⚽️İsveç millisinin ulduz futbolçusu Viktor Qyökereş Azərbaycan millisinə qalib gəldikləri UEFA Millətlər Liqası matçında Zlatan İbrahimoviçin göstəricisini təkrarlayıb.

26 yaşlı hücumçu bu göstəricini sözügedən oyunda "poker" etməklə nail olub.

Hazırda Portuqaliyanın "Sportinq" klubunda çıxış edən forvard 12 ildən sonra İsveç millisində bir görüşdə dörd qol vuran ilk oyunçudur.

Qeyd edək ki, Zlatan İbrahimoviç 2012-ci ildə İngiltərə ilə yoldaşlıq qarşılaşmasında dörd dəfə fərqlənmişdi. O, 2004-cü ildə isə DÇ-2006-nın seçmə mərhələsində Malta ilə matçda da eyni uğura imza atmışdı.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿🇦🇲 33 il əvvəl Qarakənd kəndi yaxınlığında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan helikopterinin vurulduğu yer

Video: bez_tor
👍9
İstilik dalğaları Azərbaycanda da tezləşib və Bakı şəhərində 1990-cı illərlə müqayisədə bu, 14 dəfə artıb.

Axar.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29 çərçivəsində keçirilən Şəhərlərdə Təbiət, Səhiyyə və Kənd Təsərrüfatı üzrə Yüksək Səviyyəli Dəyirmi Masada deyib.

"Şəhərlər iqlim dəyişikliyində kritik rol oynayır. Proqnozlara görə, 2050-ci ilə qədər şəhərlərin əhalisi 2,5 milyard artacaq və qlobal əhalinin 68%-i şəhərlərdə yaşayacaq. Qlobal istiləşmə şəhərlərdə daha tez-tez və ciddi şəkildə hiss edilən ekstremal hava hadisələri ilə müşayiət olunur. Sürətli urbanizasiya səbəbindən antropogen təzyiq həm təbiət, həm də insan sağlamlığı üçün əlavə risklər yaradıb", - o bildirib.
👍2
Bir çox səbəbə görə "Taurus" qanadlı raketlərinin Kiyevə mümkün transferini səhv hesab edirəm və hələ də onları tədarük etmək niyyətində deyiləm.

Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

"Çoxdan qərara gəldim ki, qanadlı raketlərin çatdırılması bir çox səbəbə görə səhv olardı. Bu, öz növbəsində münaqişədə iştirak deməkdir ki, mən bunu düzgün hesab etmirəm. Ona görə də açıq şəkildə bildirirəm ki, bu silahı, qanadlı raketi tədarük etməmək qərarımın arxasındayam", - Şolts bildirib.
👍71
Bakıda “20 Yanvar” metro stansiyası yaxınlığındakı məşhur binanın fasadı yenilənib.

Qeyd edək ki, binanın üzərində əvvəl M.Ə.Rəsulzadənin sözləri həkk olunmuşdu.
🤬91👌1