Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.4K subscribers
36.8K photos
22.2K videos
8 files
32.9K links
Download Telegram
Prezident İlham Əliyevin Sərəncamı ilə İlham Bayramov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini təyin edilib.
👍3
19 noyabr 2024-cü il tarixində Azərbaycan hökuməti Enerji Xartiyası Müqaviləsi çərçivəsində və beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq, Ermənistana qarşı Daimi Arbitraj Məhkəməsinə (Haaqada yerləşən) Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən çoxsaylı pozuntuların təfərrüatlarını əks etdirən əsas iddia sənədini təqdim edib.

Bu iddia sənədi, 27 fevral 2023-cü il tarixində Azərbaycanın Ermənistana Arbitraj haqqında Bildiriş göndərdiyi zaman başlamış beynəlxalq məhkəmə prosesi çərçivəsində son inkişafdır. Arbitraj məhkəməsi 8 sentyabr 2023-cü il tarixində təsis edilib və Azərbaycanla Ermənistan arasında ilk prosessual görüş 12 yanvar 2024-cü ildə keçirilib.

Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin otuz ilə yaxın qanunsuz işğalı zamanı Azərbaycanın bu ərazilərdə öz enerji resurslarına çıxışına və ya onların inkişaf etdirilməsinə mane olub. Bunun əksinə, Ermənistan həmin resurslardan öz mənfəəti üçün istifadə edib.

Ermənistanın beynəlxalq hüquq normalarını pozma halları arasında xüsusilə, onun onilliklər ərzində Azərbaycanın əhəmiyyətli bərpa olunan enerji layihələrinə çıxışına və ya onlardan faydalanmasına icazə verməkdən imtina etməsini qeyd etmək olar. Bunlara əvvəllər işğal olunmuş Ağdərə rayonundakı Sərsəng Su Anbarında yerləşən Tərtər Su Elektrik Stansiyası, İranla sərhəddə, Azərbaycanın keçmiş işğal olunmuş Cəbrayıl rayonunda yerləşən Xudafərin və Qız Qalası su elektrik stansiyaları layihələri, həmçinin əvvəllər istifadə olunmamış enerji potensialı, hidroenergetika daxil olmaqla bərpa olunan enerji mənbələri, habelə digər resurslar daxildir.

Ermənistan tərəfi qanunsuz işğal dövründə Tərtər Su Elektrik Stansiyasını istismar edən qurumları lisenziyalaşdırıb və tənzimləyib, bu enerji mənbəyini qanunsuz olaraq öz daxili elektrik şəbəkəsi ilə əlaqələndirib və əlavə enerjini daxili enerji istehlakı üçün Ermənistana yönləndirib. Bundan əlavə, Ermənistan Azərbaycanın Xudafərin və Qız Qalası layihə sahələrinə girişinə mane olmaqla bu mühüm hidroenergetika layihələrinin tamamlanmasını 30 il gecikdirib və Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafına maneçilik törədib.

Azərbaycan, öz enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən pozulması, o cümlədən işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrinin Ermənistan tərəfindən qanunsuz istismarına və zərər vurulmasına görə təzminat tələb olunması fəaliyyətini davam edəcəkdir.
MƏLUMAT YENİLƏNİR
👍62
🌧️Bakıda və bəzi rayonlarda bu gün gündüz arabir yağış ehtimalı var.

Paytaxtda və Abşeron yarımadasında gecə 9-11° isti, gündüz 12-15° isti təşkil edəcək.

Ölkə rayonlarında gecə və səhər bəzi yerlərdə yağıntılar gözlənilir, dağlıq ərazilərdə qar ehtimalı var.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti proqnozlaşdırılır.

Arabir duman müşahidə ediləcək.
👍2
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun oğlu Elşən Babaşzadə 275 min dollar (450 min manat) dəyərində olan avtomobilinin dövlət nömrə nişanını dəyişib.
🤬15👎6👍2🤡1
Ermənistan daxili işlər naziri Arpine Sərkisyan olacaq.
😁1🤩1
İran 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatlarını artırmağı dayandırmağa hazır olduğunu bəyan edib.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” MAQATE-nin məxfi hesabatlarına istinadla məlumat verib.

Məlumata görə, Tehran həmçinin öz ərazisində yoxlamalar aparılması üçün MAQATE-nin dörd əlavə inspektorunun akkreditasiyasını müzakirə etməyə hazır olduğunu da bildirib.

Bildirilib ki, ehtiyatların məhdudlaşdırılması məsələsi keçən həftə MAQATE rəhbəri Rafael Qrossinin İrana səfəri zamanı müzakirə olunub. Tehran zənginləşdirməni dayandırmaq üçün hazırlıq işlərinə artıq başlayıb.

Qeyd edək ki, İranın 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatları 182,3 kiloqrama çatıb.
1👍1
ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova “Rezidenturasız cərrahlar” kimi fəaliyyət göstərən bəzi şəxslərin onu hədələdiyini bildirib.
🤡21😡1
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı pinned «Qənirə Ataşova və övladları təhdid olunur - Polisə çağırış Ətraflı : https://axar.az/news/toplum/918662.html»
Sankt-Peterburqda Üzeyir Hacıbəyliyinin, Bakıda isə Dmitri Şostakoviçin heykəlləri ucalacaq.
👍12
Azərbaycan-Pakistan hərbi əlaqələrinin perspektivləri müzakirə edilib.
6
🔈💰 Oktyabr ayı üzrə yaşa görə pensiya alanların sayı açıqlanıb

2024-cü ilin oktyabr ayında yaşa görə pensiya alanların sayı 706 900 nəfərdən çox olub.

Onların 42,97%-ni kişilər, 57,03%-ni isə qadınlar təşkil edib.
🤣4👍3
Vətən müharibəsinin iştirakçısı hakim olub
👍152
⚡️Bu gün Rusiyanın Ukraynaya intensiv hava hücumu gözlənilir.

ABŞ səfirliyi bununla bağlı xəbərdarlıq edib və müvəqqəti işini dayandırıb.
👍3
🚅 ​​​​​​​Azərbaycandan dəmir yolu ilə daşınan tranzit yüklər yol vergisindən azad edilir
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🎉4👍2👎1
Samir Şərifov: 2025-ci ildə Azərbaycanın xaricdə təbliğatı - diaspor və lobbiçilik fəaliyyəti üçün xərclərə 7 milyon manat ayrılır.
🐳1
⚽️UEFA Millətlər Liqasında C Liqasının 1-ci qrupunu sonuncu yerdə bitirən Azərbaycan millisi ən pis göstəriciyə imza atıb.

❗️Fernandu Santuşun başçılıq etdiyi seçmə komandamız İsveç, Slovakiya və Estoniya ilə birlikdə mübarizə apardığı qrupda cəmi bir xal qazana bilib.

Seçmə komandamız 6 oyunda qapısından 17 qol buraxıb. Bu isə C Liqasının ən pis göstəricisidir.

Qrup oyunlarından sonra Azərbaycan, Lüksemburq, Latviya və Litva C Liqasına vida ediblər.

Qeyd edək ki, sözügedən komandalar turnirin yeni mövsümündə D Liqasında çıxış edəcəklər.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8🤬4