Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.4K subscribers
36.8K photos
22.2K videos
8 files
32.9K links
Download Telegram
Şamaxıda 3.7 maqnitudalı zəlzələ baş verib.
🙏1
Pentaqon Baydenin Ukraynaya piyada əleyhinə minalar göndərilməsinə razılıq verdiyini təsdiqləyib
👍3
Lüksemburqun ətraf mühit, iqlim və biomüxtəliflik naziri Serj Vilmes BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycana səfərə gəlib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"Barselona"nın rəsmi Instaqram səhifəsində COP29-la bağlı paylaşım edilib
👍22
❗️Leyla Əliyeva Bakıda ilk inklüziv iaşə obyektini ziyarət edib
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍61
Noyabrın 18-də Hövsanda dəm qazı daha bir can alıb.

18 yaşlı Məmmədova Məlahət Zaur qızı yaşadığı evdə faciəvi şəkildə dünyasın dəyişib.

Məlahət Xocalı faciəsinin ən tanınmış qurbanlarından olan, dəfələrlə Xocalı həqiqətləri ilə bağlı şahidi olduğu, başına gələn tükürpədici faktları ölkə mediasına danışan Fitat Məmmədovanın nəvəsidir.

Mərhumun fotosunu təqdim edirik:
😢10👍31
❗️2026-cı ildə Azərbaycanda Ümumdünya Şəhər Forumu və Ümumdünya Ətraf Mühit Günü keçiriləcək.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❗️🇦🇿Bu gün Ağdam Şəhəri Günüdür.

1993-cü ilin 23 iyulunda işğal olunan şəhər Üçtərəfli Bəyanatın 2-ci bəndinə əsasən 20 noyabr 2020-ci il tarixində Azərbaycana təhvil verilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🎉54👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Mahir Emreli İsveçlə görüşdən sonra gözyaşlarını saxlaya bilməyib
👍5😢3
Muxtar Babayev: Azərbaycan COP29-da bütün maraqlı tərəflərin səslərini əks etdirməsi üçün fəal çalışıb
❗️Növbəti 20 il ərzində dünya əhalisi daha 2.4 mlrd. artacaq.

🗣️ BMT-Habitatın icraçı direktoru
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4👎2
Prezident İlham Əliyevin Sərəncamı ilə İlham Bayramov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini təyin edilib.
👍3
19 noyabr 2024-cü il tarixində Azərbaycan hökuməti Enerji Xartiyası Müqaviləsi çərçivəsində və beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq, Ermənistana qarşı Daimi Arbitraj Məhkəməsinə (Haaqada yerləşən) Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən çoxsaylı pozuntuların təfərrüatlarını əks etdirən əsas iddia sənədini təqdim edib.

Bu iddia sənədi, 27 fevral 2023-cü il tarixində Azərbaycanın Ermənistana Arbitraj haqqında Bildiriş göndərdiyi zaman başlamış beynəlxalq məhkəmə prosesi çərçivəsində son inkişafdır. Arbitraj məhkəməsi 8 sentyabr 2023-cü il tarixində təsis edilib və Azərbaycanla Ermənistan arasında ilk prosessual görüş 12 yanvar 2024-cü ildə keçirilib.

Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin otuz ilə yaxın qanunsuz işğalı zamanı Azərbaycanın bu ərazilərdə öz enerji resurslarına çıxışına və ya onların inkişaf etdirilməsinə mane olub. Bunun əksinə, Ermənistan həmin resurslardan öz mənfəəti üçün istifadə edib.

Ermənistanın beynəlxalq hüquq normalarını pozma halları arasında xüsusilə, onun onilliklər ərzində Azərbaycanın əhəmiyyətli bərpa olunan enerji layihələrinə çıxışına və ya onlardan faydalanmasına icazə verməkdən imtina etməsini qeyd etmək olar. Bunlara əvvəllər işğal olunmuş Ağdərə rayonundakı Sərsəng Su Anbarında yerləşən Tərtər Su Elektrik Stansiyası, İranla sərhəddə, Azərbaycanın keçmiş işğal olunmuş Cəbrayıl rayonunda yerləşən Xudafərin və Qız Qalası su elektrik stansiyaları layihələri, həmçinin əvvəllər istifadə olunmamış enerji potensialı, hidroenergetika daxil olmaqla bərpa olunan enerji mənbələri, habelə digər resurslar daxildir.

Ermənistan tərəfi qanunsuz işğal dövründə Tərtər Su Elektrik Stansiyasını istismar edən qurumları lisenziyalaşdırıb və tənzimləyib, bu enerji mənbəyini qanunsuz olaraq öz daxili elektrik şəbəkəsi ilə əlaqələndirib və əlavə enerjini daxili enerji istehlakı üçün Ermənistana yönləndirib. Bundan əlavə, Ermənistan Azərbaycanın Xudafərin və Qız Qalası layihə sahələrinə girişinə mane olmaqla bu mühüm hidroenergetika layihələrinin tamamlanmasını 30 il gecikdirib və Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafına maneçilik törədib.

Azərbaycan, öz enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən pozulması, o cümlədən işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrinin Ermənistan tərəfindən qanunsuz istismarına və zərər vurulmasına görə təzminat tələb olunması fəaliyyətini davam edəcəkdir.
MƏLUMAT YENİLƏNİR
👍62
🌧️Bakıda və bəzi rayonlarda bu gün gündüz arabir yağış ehtimalı var.

Paytaxtda və Abşeron yarımadasında gecə 9-11° isti, gündüz 12-15° isti təşkil edəcək.

Ölkə rayonlarında gecə və səhər bəzi yerlərdə yağıntılar gözlənilir, dağlıq ərazilərdə qar ehtimalı var.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti proqnozlaşdırılır.

Arabir duman müşahidə ediləcək.
👍2
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun oğlu Elşən Babaşzadə 275 min dollar (450 min manat) dəyərində olan avtomobilinin dövlət nömrə nişanını dəyişib.
🤬15👎6👍2🤡1