Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.3K subscribers
36.7K photos
22.1K videos
8 files
32.8K links
Download Telegram
"Əl-Hilal"ın və Braziliya millisinin hücumçusu Neymar Dubayda yeni lüks penthaus alıb.
👍7🤮2
🇷🇺Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
👏3😱1
UEFA Avropa Liqasının V turunun "Qarabağ" - "Lion" (Fransa) oyununun biletləri satışa çıxarılıb.

Axar.az xəbər verir ki, biletlərinin qiyməti 5, 20, 30, 40, 75 və 150 manatdır. "VVIP C" və "VVIP D" sektorlara bilet alaraq, "VIP Lounge" üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Qeyd edək ki, qarşılaşma noyabrın 28-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
👍6
Noyabrın 19-da Ukrayna xarici işlər naziri Andrey Sibiqa Vladimir Zelenskinin tapşırığı ilə Dövlət Departamenti və Konqresdə mühüm görüşlər keçirmək üçün Vaşinqtona səfər edib.
👍7
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, gündüz isə arabir yağış yağacağı ehtimalı var.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.
👍2
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, yeni doktrina çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasına qarşı Qərbin qeyri-nüvə raketlərindən istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər.
👍4🤨1
G20 liderləri COP29 müzakirəçilərinə aydın mesaj göndəriblər: yeni uğurlu maliyyə hədəfi olmadan Bakını tərk etməyin
👍51
Nüvə silahından istifadə Rusiya tərəfindən müstəsna olaraq son çarə hesab olunur.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Rusiya həmişə nüvə silahına çəkindirmə vasitəsi kimi baxıb, ondan istifadə məcburi tədbirdir”, - Peskov bildirib.
👍2
‼️Nazir: 2021-2022-ci illərdə 207 000-dən çox saxta əlil müəyyən edilib
🐳3👏2👌21
🔴 Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı İ.Quliyev və qardaşı R.Quliyev saxlanılıblar

Onlardan 2 ədəd ov tüfəngi və müvafiq icazələri olmadan qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.

Həmin şəxslər barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Camalov Firqət Kərim oğlu vəzifəsindən azad edilib.

Axar.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, bununla bağlı nazir Muxtar Babayev müvafiq əmr imzalayıb.

Digər əmrlə 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsinə Mirzəyev Oktay Səftər oğlu təyin olunub.
1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ukrayna ilk dəfə Rusiyaya ATACMS raket hücumu həyata keçirib. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb

Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətinin Karaçev şəhərindəki obyektə hücum edib.
👍12❤‍🔥1