Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.4K subscribers
36.8K photos
22.2K videos
8 files
32.9K links
Download Telegram
Müğənni Mənsur Səməd vəfat edib.
😢15👍1
Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs saxlanılıb.

Türkiyə Respublikasının vətəndaşı 37 yaşlı Mustafa Kılıçoğlu sərxoş vəziyyətdə tanışına məxsus “Mersedes” markalı avtomobili zor tətbiq etməklə qaçıraraq stadion ərazisində mühafizə hasarına vurmaqla xuliqanlıq hərəkətləri törədib.

Fakta görə polis idarəsində cinayət işi başlanılaraq M.Kılıçoğlu həbs edilib.
👍81
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Bakı Zooloji Parkında olub.
👍11🤨1
Noyabrın 18-də Heydər Əliyev Mərkəzində “Yer kürəsi uşaqların gözü ilə” adlı beynəlxalq fotomüsabiqənin qalibləri mükafatlandırılıb və fotosərgi açılıb.
👍12🤮4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️ Tbilisidə dünən başlayan etiraz aksiyası bu gün səhər saatlarında polis müdaxiləsi ilə dağıdılıb.
🤮54😡2👌1
❗️Bakının Xətai rayonunda yaşayış binasının 17-ci mərtəbəsində yanğın hadisəsi olub.

Yanğın Həsən Salmanov küçəsində yerləşən hündürmərtəbəli binanın mənzilində qeydə alınıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.
👍5
⚽️Millətlər Liqası: Azərbaycan yığması İsveçə qarşı

Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq.

Millimiz VI turda İsveçin qonağı olacaq.

Solna şəhərindəki “Strouberri Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4
ABŞ-ın uzaqmənzilli raketləri ilkin mərhələdə Kursk bölgəsində Ukraynanın ələ keçirdiyi ərazilərdə birləşmiş Rusiya və Şimali Koreya qüvvələrinə qarşı istifadə ediləcək.

Axar.az xəbər verir ki, bu barədə "Nyu York Tayms" ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Kurskda döyüşən briqada komandiri ATACMS-ın Ukraynaya hücumu dəstəkləyən logistika mərkəzlərinə, sursat anbarlarına, əsas avadanlıq və təchizat xətlərinə zərbə endirməkdə kömək edə biləcəyinə inandığını bildirib.

Qeyd edək ki, ABŞ, Fransa və Britaniyanın Ukraynaya təqdim etdikləri raketlərlə Rusiyanın dərinliklərinə zərbə endirilməsinə icazə verdiyi barədə məlumat yayılıb.
👍3
❗️Abxaziyada hökumət və müxalifət nümayəndələri “prezident” Aslan Bjaniyanın istefa verdiyini bildirən saziş imzalayıblar.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤡3👍1