🇬🇪 Gürcüstanda hakim “Gürcü arzusu” partiyasının qalib gəldiyi parlament seçkilərinin nəticələri ilə razılaşmayanlar parlament seçkilərinin yekun protokolunu qəbul edəcək Mərkəzi Seçki Komissiyasının binası yaxınlığında toplaşmağa başlayıblar.
👍5
Ekspertlər Şurasının təşkil etdiyi gizli komissiya ölkənin ali rəhbəri Əli Xaməneidən sonrakı dövr üçün 3 nəfəri araşdırıb, seçib və prioritetləşdirərək, onların rəhbərlik qabiliyyətlərini təsdiq edib.

Axar.az xəbər verir ki, bunu Ekspertlər Şurasının üzvü və İsfahanın cümə imamı Əbülhəsən Məhdəvi deyib.

O, bunun Əli Xameneinin istəyi və tapşırığı əsasında baş verdiyini bildirib.
🤮6👍2
445 MVt gücündə Biləsuvar və 315 MVt gücündə Neftçala günəş enejisi layihələrinin maliyyələşdirilməsi məsələləri üzrə prosesə yekun vurulub.

Ümumi dəyəri 670 milyon dollar olan bu layihələr Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı tərəfindən maliyyələşdiriləcək.
3👍1
AAYDA: “Zəfər Yolu”nda ağırçəkili nəqliyyat vasitələrinə nəzarət etmək üçün elektron tərəzi quraşdırılır.

Layihənin 2026-cı ilin sonlarında yekunlaşdırılması planlaşdırılır.
👍4
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Görüntülər
🥊 Mayk Tayson karyerasını davam etdirmək niyyətindədir

Tanınmış bloqer Ceyk Pola məğlub olan dünya boksunun əfsanəsi Mayk Tayson karyerasını davam etdirmək niyyətindədir.

"Belə olmasına təəccüblənmədim. Heç kimə heç nə sübut etməyə çalışmadım. Sadəcə, döyüşü keçirə bildiyimə görə şadam. Pol yaxşı idmançıdır. Düşünmürəm ki, bu, mənim son döyüşümdür".
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4🤣3🏆2
🆘 Bakının Yasamal rayonunda 3 nəfər dəm qazından zəhərlənib.

23 yaşlı Rauf Vəli oğlu Qədimov, 21 yaşlı Məmmədrəhim Ağasi oğlu Minayətov və 20 yaşlı Elmir Ümid oğlu Səlimov dərhal xəstəxanaya aparılsa da, R.Qədimovun həyatını xilas etmək mümkün olmayıb.
👍3🙏21
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤮7🤡1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Məşhur ingilis aktyor Teo Ceyms "Bakı Bus”da
👍12🤡3
Tərtərdə polis nəfəri vəfat edib

Tərtər rayonunda polis nəfəri xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis serjantı Vüsal Məmmədov göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.
😢5👏1
Azərbaycanda 760 MV-lıq günəş enerji layihələri üzrə maliyyə müqavilələri imzalanıb
👍7
❗️Azərbaycanın rayonlarında noyabrın 17-də bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Milli Hidrometrologiya Xidmətindən Axar.az-a bildirilib ki, səhər Abşeron yarımadasının ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 8-10° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüzdən əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi gecə və səhər arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍41
🌝Ötən axşam ilin son Super Ayı müşahidə edilib

İlin son Super Ayı Dünya ilə təxminən 361.000 km məsafədə yerləşib. Havadakı buz kristallarının təsiri ilə qısamüddətli kiçik bir göy qurşağı yaranıb.

Bu, yalnız iki kadrda görünür.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍102😍1
⚽️ Əliyar Ağayev Millətlər Liqasının oyununa təyinat alıb

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının VI turunda A Liqasının 3-cü qrupunda keçiriləcək Bosniya və Herseqovina – Niderland oyununun baş hakimi olacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍6👌2
❗️COP29-da Kosmik Agentliklərin Liderlərinin Sammiti keçirilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2🤡1