Bakının Hövsan qəsəbəsində su kəsiləcək

Magistral su kəmərində baş verən qəzanın aradan qaldırılması ilə bağlı işlər çərçivəsində Suraxanı rayonu Hövsan qəsəbəsinin bəzi ərazilərində bu gün suyun verilməsində fasilələr yaranacaq.

Məlumata görə, sabah səhər saatlarından suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq.
👍4
Bakıda keçirilən COP29 ilə əlaqədar rəssam Cavidan Rəhmətov Bakının Suraxanı rayonunda köhnə tikililərin fasadlarını rəngləmək qərarına gəlib.

#COP29
👏4410👍9
Türkiyənin Rizə bölgəsində 4,7 bal gücündə zəlzələ baş verib
🙏8
Prezident İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub.

Tərəflər Moskva ilə Bakı arasında strateji tərəfdaşlıq və müttəfiqliyin daha da inkişaf etdirilməsində qarşılıqlı maraqlı olduqlarını təsdiqləyiblər.

Mənbə: TASS
👍9👎2
Bakıda və Abşeron yarımadasında noyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometrologiya Xidmətindən Axar.az-a bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 9-11° isti, gündüz 14-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi gündüzdən bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 5-10° isti olacaq.
👍41
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚧 "Yuxarı Lars" keçid məntəqəsi yenidən bağlanıb
👍11🎉1
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fələstinin Milli Günü münasibətilə təbrik edib.
👍22🤣5👀1😡1
Tanzaniya Milli Assambleyasının sədri Azərbaycana səfərə gəlib.
👍11
Avropada rus qazının əsas alıcıları Fransa, Macarıstan və İspaniya olub. Həmçinin, qazı idxal edən ölkələr arasında İtaliya, Yunanıstan, Slovakiya və Belçika da var. Ümumi idxalın yarısından çoxu məhz bu ölkələrin payına düşüb.
Axar.az xəbər verir ki, bu məlumatı “RİA Novosti” Avrostatın məlumatlarına istinadən yazıb.
Qeyd olunur ki, 2024-cü ildə Avropa Birliyi Rusiyanın mavi qazını 9 milyard avroya alıb. Bu dövrdə boru kəməri ilə gedən qaz əsas ixrac növü olub.
Qeyd olunur ki, boru kəməri ilə nəql olunan qazın dəyəri 4,6 milyard avro, maye qazın idxalı isə 4,4 milyard avro təşkil edib. Ən böyük alıcı Fransa olub. Bu ölkə yanvardan avqustadək 1,9 milyard avroluq Rusiya qazı alıb. Fransa bu il rus qazının tədarükünü 30% artıraraq Macarıstanı bu göstəricidə geridə qoyub.

İkinci və üçüncü yerlərdə Macarıstan (1,6 milyard) və İspaniya (1,4 milyard avro) yer alıb. İtaliya (1,3 milyard), Yunanıstan (919 milyon), Slovakiya (800 milyon) və Belçika da (709 milyon) rus qazı alan Avropa ölkələri siyahısındadır.
5👍2👎1🤣1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Hövsanda yüksəkgərginlikli elektrik xəttinin qırılması qaz borusunda YANĞINA SƏBƏB OLDU
👍4🙏2
Yeddi yaşlı azərbaycanlı futbolçu Telman Əlizadə "Real Madrid"in uşaqlardan ibarət futbol akademiyasına qəbul oluna bilər.
Axar.az xəbər verir ki, bu barədə Oxu.az-a açıqlamasında Telman Əhmədzadənin müəllimi, Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Əmircanov bildirib.
O, tələbəsinin "Real Madrid" klubunun uşaqlardan ibarət akademiyasında çıxış etmək şansını dəyərləndirib:
"Telman və ailəsi Fransada yaşayıblar. Atası ilə yaxın dost olmuşuq. Onlar bu il yayda Azərbaycana gəldilər və atası məndən oğlunu "Real Madrid" klubunun seçmə mərhələsinə hazırlaşdırmağımı istədi. İki ay ərzində məşqlər keçdik və indi bəhrəsini görürük. Həmin bu müddət ərzində "Qarabağ" və digər klublarımızın da seçmə mərhələsində iştirak edib seçilsə də, "Real Madrid"də oynamaq istədiyini dedi".

"Sol ayaqla oynadığı üçün meydana çıxdığı görüşlərdə fərqlənməyi bacardı. Bu da məşqçilərin diqqət mərkəzinə düşməsinə səbəb oldu. "Real Madrid" klubunun uşaqlardan ibarət akademiyasının seçmə mərhələsində də 36 uşaq arasında birinci oldu. Bu akademiyaya qəbul üçün birinci seçmə mərhələdir. İkinci mərhələ isə may ayında keçiriləcək. Orada da yaxşı nəticə əldə edərsə, Azərbaycanın "Real Madrid" klubunda çıxış edən ilk futbolçusu olacaq. Bu isə bizim üçün qürurvericidir", - deyə R.Əmircanov əlavə edib.
👍10👏1🐳1