❗️Qara Qarayev metro stansiyası yaxınlığında yol kənarındakı daş hasar dayanacağın üzərinə aşıb.

Dayanacaqda heç kim olmayıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😱4
Bakıda yağışlı havalarda piyadaların üzərinə qəsdən palçıqlı yağış suyu sıçradan sürücülərə rast gəlinir. Belə vəziyyət vətəndaşları narahat edir və bu halların qarşısının alınmasını istəyirlər.

Axar.az Bakı.vs-yə istinadən xəbər verir ki, bu məsələ İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tənzimlənir.

Maddədə deyilir ki, su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılmasına görə sürücülər 40 manat məbləğində cərimə olunur. Bunun üçün vətəndaş belə bir halla qarşılaşan zaman 102 xidmətinə və yol polisinin 902 xidmətinə müraciət edib, əraziyə polis çağıra bilər.

Mövzu ilə bağı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli bildirib ki, harada gölməçə varsa, sürücü həmin yerdən ehtiyatla keçməli, sürəti minimuma endirməlidir ki, su yol kənarında hərəkətdə olan və ya dayanmış piyadaların üzərinə sıçramasın:

"Əgər sürücü qəsdən idarə etdiyi avtomobillə piyadanın üzərinə su sıçradarsa, onda onu cərimə gözləyir. Piyadalar əgər hər hansı nəqliyyat vasitəsi tərəfindən su sıçradılması halına məruz qalarsa, onda bununla bağlı şikayət edə və həmin şəxsin cərimələnməsini təmin edə bilər".
👍12👏3
❗️Hazırda Azərbaycanda yağan yağıntılarla bağlı məktəblərdə şagirdlərin davamiyyətində ciddi dəyişiklik müşahidə edilmir

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, iki gündür ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar yaranan xüsusi hallarla bağlı aidiyyəti qurumlarla birlikdə işçi qrup yaradılıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤬6👍4
❗️Metropolitendən istifadə qaydalarının pozulmasına görə cərimələr artırılır.

Axar.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, stansiyaların vestibüllərinə, keçidlərinə və platformalarına, habelə eskalatora və vaqonların salonuna tullantı atmağa və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə 200 manat məbləğində cərimə edilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍10
Siyavuş Novruzov maliyyə hesabatı verməyən partiyaların bağlanmasını təklif edib

Azərbaycandakı partiyalardan bir qrupu hesabat vermir. Qanunvericilikdə var ki, partiya hesabat vermirsə, məhkəmə qaydasında buna baxılmalıdır, hətta partiyanın ləğv olunmasına qədər gedib çıxmalıdır.
👍4
❗️Milli Məclisin bu gün keçirilən plenar iclasında Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarına güzəşli ipoteka kreditlərinin verilməsi təklif olunub

Bu təkliflə deputat Vüqar Bayramov çıxış edib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌧 Yağış yolları keçilməz etdi: əhali təxliyə edilir

📍 Sabunçu rayonu, Dəmiryol Vağzalının qarşısı
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤬6👍1
Bakıda yağıntının fəsadları: Drenaj sistemlər sovet dövründən qalıb, bəzilərinin istismar müddəti bitib
👍6