Xəbər verdiyimiz kimi, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa İctimai birliklər və dini qurumlar komitəsinin sədri seçilib.

Axar.az xəbər verir ki, VI çağırış Milli Məclisdə Fazil Mustafa Mədəniyyət komitəsinin sədri idi (Qənirə Paşayeva dünyasını dəyişənə qədər Fazil Mustafa bu komitədə sədrin müavini vəzifəsini tuturdu).

Qeyd edək ki, parlament azlığı içərisində komitə sədri seçilən yeganə şəxs Fazil Mustafadır. Fazil Mustafanın sədri olduğu BQP parlamentdə yalnız bir deputat yeri qazana bilib.

Parlamentdə bu seçkilərdə 3 mandat qazanan partiya Vətəndaş Həmrəyliyi, (nümayəndəsi Rafael Hüseynov vitse-spiker seçildi), iki mandat qazanan isə ƏHD-dir (partiya sədri Qüdrət Həsənquliyev və müavini Elçin Mirzəbəyli).
👍6🤬1🤮1
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı pinned «Göstəriş verilib, maaş və pensiya artırılır - Prezidentdən müjdə ƏTRAFLI : https://axar.az/news/toplum/900596.html»
Müstəqil, prinsipial, xarici siyasət bizim əsas istiqamətimizdir.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında söyləyib.

“Biz heç vaxt heç kimə qarşı heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər”, - deyən dövlət başçısı belə cəhdlər olduğunu və olacağını bildirib.

Prezident deyib ki, onların heç bir əhəmiyyəti yoxdur, ancaq bizim xarici siyasət istiqamətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq:

“Bizimlə ikitərəfli formatda qarşılıqlı hörmət əsasında kim əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da bizi əsassız olaraq ittiham edəcək, ya da hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq”.
👍43
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Heydər Əliyev İranda İranlıları uşaq kimi danlayır.
47👍11🤬2🤡2🥴1
❗️Əli Əhmədov Baş nazirin müavini vəzifəsindən azad edilib
❗️Polad Bülbüloğlu Rusiyadakı səfir vəzifəsindən geri çağırılıb.
👍7
SƏRƏNCAM: Şahin Kamil oğlu Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edildi.
SƏRƏNCAM: Asif Yunis oğlu Əsgərov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad edilib.

Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, H. Əsədov sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkilərdə deputat seçilib.
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də Özbəkistanın Baş nazirinin müavini Cəmşid Xocayevi qəbul edib.
😱2
Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

İqtisadiyyat şöbəsinin müdiri Azər Əmiraslanov VII çağırış Milli Məclisin deputatı seçildiyi üçün vəzifəsindən azad edilib.

Qeyd edək ki, Azər Əmiraslanov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri seçilib.
👍4
🇦🇿🇮🇷 Azərbaycan Prezidenti Məsud Pezeşkiana başsağlığı verib
👎10👍8
İsrail ordusunun Livanın cənubundakı Hizbullah mövqelərinə endirdiyi zərbələr nəticəsində 100 nəfər ölüb, 400-dən çox adam yaralanıb.
👍13🤬4👎1🎉1
Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın və daha üç keçmiş yüksək vəzifəli məmurun - Armen Gevorkyan, Yuri Xaçaturov və Seyran Ohanyanın cinayət işi üzrə məhkəmə prosesi Antikorrupsiya Məhkəməsində davam etdirilib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, Köçəryan məhkəməyə gəlməyib.

Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan jurnalistlərə açıqlamasında deyib ki, keçmiş prezient məhkəmə iclası barədə bildiriş almayıb:

“Köçəryan sentyabrın 18-dən xaricdə səfərdədir və bu, məhkəmə iclası təyin olunmamışdan əvvəl planlaşdırılıb. Yaxın günlərdə keçmiş prezident qayıdacaq və bildiriş aldıqdan sonra lazımi qaydada məhkəmə qarşısına çıxacaq”.

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan, baş nazirin keçmiş müavini Armen Gevorkyan, keçmiş müdafiə naziri Seyran Ohanyan və Baş Qərargahın keçmiş rəisi, həmçinin KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov Ermənistan Cinayət Məcəlləsinin 300.1-ci maddəsi (Konstitusiya quruluşunun dəyişdirilməsi) ilə ittiham olunurlar.
👍103