Sentyabrın 19-u saat 10:00-a olan məlumata əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Qrızda 6 mm, Şahdağda 4 mm, Kəlbəcər, Qax (Sarıbaş), Ordubadda 3 mm, Şəki, Xınalıq, Daşkəsən, Gədəbəy, Biləsuvar, Yardımlı, Lerik, Astara, Göygöl, Zaqatala, Qubada 2 mm-dək olub.

Şərq küləyi arabir Culfada 20 m/s-dək güclənib. Daşkəsən, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 30, Aran rayonlarında 27, dağlıq rayonlarda 15 dərəcəyədək isti qeydə alınıb.
👍7
This media is not supported in your browser
VIEW IN TELEGRAM
‼️Yol polisinin qanuni tələbinə riayət etməyən sürücü həbs edilib.
👍4
Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyası, Kurort Qapalı Səhmdar Cəmiyyətinin “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi Fəxrəddin Kazımov vəzifəsindən azad edilib.

Axar.az Unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı AHİK sədri Sahib Məmmədov əmr imzalayıb.

Sanatoriyanın baş həkimi vəzifəsinin icrası Şahin Quliyevə həvalə edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl "Bilgəh" kardioloji sanatoriyasının baş həkimi Muxtar Əhmədov da vəzifəsindən azad edilib.
3
"Neftçi" futbolçusu Qara Qarayevlə yollarını ayırıb.

Axar.az xəbər verir ki, bu barədə "Neftçi"nin Mətbuat Xidməti məlumat yayıb.

Xəbərdə bildirilib ki, "ağ-qaralar" Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi ilə əməkdaşlığa son qoyublar. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
👍2
Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliya Respublikasına rəsmi səfəri başlayıb.

Səfər çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyanın hərbi rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək və müdafiə sənayesi şirkətini ziyarət edəcək.
👍5
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2112
Polşada təhsil alan azərbaycanlı tələbə vəfat edib.
🙏8🤔1
Prezident Ağdamda Eyvazxanbəyli kəndinin təməlini qoyub.
🤡1🤣1
Şəhri-Gürganda XIX əsrə aid iki batmış gəminin qalıqları tapılıb
👍7