Leyla Əliyeva uşaq bağçasının açılışında - Foto
8
İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub.

Axar.az xəbər verir ki, məlumatı “Azad İran” yayıb.

Qeyd edilib ki, Həsən Məcidi İran prezidentinin qızı Zəhra Pezeşkianın həyat yoldaşıdır. O, baş maliyyə ekspertidir. Bu vəzifəyə təyin olunmazdan öncə H.Məcidi özəl şirkətdə işləyib.

Məlumata görə, İraqa səfəri zamanı Məsud Pezeşkianı qızı və kürəkəni müşayiət edib. İran KİV-i və sosial şəbəkələrində prezident buna görə tənqid edilib.
🤮1
Tehranın Evin həbsxanasında saxlanılan siyasi məhbus, 2023-cü il Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədinin həyatı təhlükədədir.

Axar.az xəbər verir ki, bu barədə insan haqları fəalları məlumat yayıb.

Bildirilib ki, sentybrın 17-də Məhəmmədinin anjioqrafiya və ürək stendinin dəyişdirilməsi üçün vaxt təyin olunsa da, həbsxana rəhbərliyi onun xəstəxanaya köçürülməsinə icazə verməyib.

“Siyasi məhbusun vəziyyətinin pisləşməsinə, mütəxəssis həkimin bu barədə həbsxana rəhbərliyinə məktub və göndəriş icazəsi yazmasına baxmayaraq, ikinci həftədir ki, Nərgiz Məhəmmədinin xəstəxanaya aparılmasına icazə verilmir”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində anadan olan və 2023-cü il Nobel Sülh Mükafatını alan Nərgiz Məhəmmədi 12 il 3 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.
🤬7👍2🤡21🤣1
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin administrator müavini İzobel Koulmanın Azərbaycana qarşı açıqlamaları ərazi bütövlüyü və suverenliyə hörmətsizlikdir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hak ilə görüşü zamanı deyib.

O vurğulayıb ki, ikitərəfli münasibətlərdə müsbət dinamikanın yaradılması, əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində səylərə baxmayaraq, bəzi ABŞ rəsmilərinin qərəzli fikirləri ikitərəfli münasibətlərə mənfi təsir edir:

"Bu xüsusda, sentyabrın 16-da Ermənistanın ABŞ-dəki səfirliyində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin administrator müavini İzobel Koulmanın Azərbaycana qarşı açıqlamaları Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlikdir, ölkəmizin suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğuna son qoymuş antiterror tədbirləri ilə bağlı faktları təhrif etmək məqsədi daşıyır".
👍72
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İran-Ermənistan sərhədində dislokasiya olunan Federal Təhlükəsizlik Xidməti (FTX) Sərhədyanı İdarəsinin 127-ci dəstəsini ziyarət edib.

Məlumatı Rusiyanın Ermənistandakı səfirliyi yayıb.

Bildirilib ki, səfiri dəstənin rəisi A.Şerbakov qarşılayıb. O, gələn ilə fəaliyyət göstərməsinin 70-ci illiyi qeyd olunacaq dəstənin tarixi və gördükləri işlə bağlı səfiri tanış edib.

Xatırladaq ki, FTX Ermənistan-İran və Ermənistan-Türkiyə dövlət sərhədlərini mühafizə edir. Bu günlərdə Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya sərhədçilərinin ölkədən çıxarılması ilə bağlı məsələyə baxacaqlarını deyib.
👍7
Media is too big
VIEW IN TELEGRAM
Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycan Respublikasında akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri və hərbi attaşelərin Kəlbəcər səfərindən icmal video.

Xarici qonaqlar səfər zamanı Suqovuşan və Sərsəng su anbarlarını, “Yuxarı Vəng” Su Elektrik Stansiyasını, Kəlbəcər şəhərində yeni inşa olunan yaşayış binalarını, orta məktəb və “İstisu” mineral su zavodunu, həmçinin digər əraziləri ziyarət ediblər.
7👍4
Media is too big
VIEW IN TELEGRAM
VƏTƏN MÜHARİBƏSİNDƏN ANTİTERROR ƏMƏLİYYATINA APARAN YOL
03.08.2022-ci il. Azərbaycan Ordusunun “Qisas” əməliyyatı.

#AliBaşKomandan
#AzərbaycanOrdusu
#DəmirYumruq
#Azərbaycan
#QarabağAzərbaycandır
#MüdafiəNazirliyi
#AntiterrorƏməliyyatı
#Qisas
18👍10🔥1
Rus qadınları Rusiyanın ruhunu, gözəlliyini ortaya qoyur - Putin
🤣14🤡75🕊4🥴3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Moskvanın mərkəzində baş verən atışmada ölənlərin sayı artdı: ANBAAN GÖRÜNTÜLƏR
👍5👎2🎉2🐳1
Beyrutun cənubunda və Livanın bəzi cənub şəhərlərində yenidən partlayışlar baş verib.
👎157👏4👍1🎉1
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Beyrutun cənubunda və Livanın bəzi cənub şəhərlərində yenidən partlayışlar baş verib.
Livanda rabitə cihazlarında yeni partlayışlar baş verib, nəticədə 100 nəfər yaralanıb.
Bu barədə "Əl Hadath" telekanalı məlumat yayıb.
👎87👍1🥴1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Livanda partladılan rabitə cihazlarından daha bir görüntü
3👍1😁1