Sülh müqaviləsinin imzalanması şərti ilə Azərbaycandan qaz idxalı və ya tranzitinin mümkünlüyünü istisna etmirəm.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Azərbaycandan Naxçıvana və ya Türkiyəyə tranzit qaz kəmərinin Ermənistan ərazisindən keçməsi ssenarisini istisna edə bilmərik”, - Paşinyan bildirib.
🤣4👍2
İtaliya millisinin sabiq futbolçusu, dünya çempionatının "Qızıl buts" mükafatçısı Salvatore Skillaçi 59 yaşında dünyasını dəyişib.

Axar.az xəbər verir ki, keçmiş hücumçu xərçəng xəstəliyindən vəfat edib.

Qeyd edək ki, millinin "Toto" ləqəbli sabiq üzvü 1990-cı ildə keçirilən dünya çempionatında "Qızıl buts" mükafatına layiq görülmüşdü. O, Almaniya yığmasının çempion olduğu yarışı 6 qolla bombardir kimi başa vurmuşdu.
👍2💔1
Rusiyada yaşayan azərbaycanlı hüquqşünas Elman Paşayev Moskva Hərbi Qarnizon Məhkəməsinə gətirilib.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu gün onun barəsində həbs qətiimkan tədbirinin seçilməsinə baxılacaq.

Elman Paşayev həbs olunacağı təqdirdə, onun Rusiya Müdafiə Nazirliyi ilə müqaviləsi dondurulacaq.

Qeyd edək ki, dünən Rusiya Hərbi İstintaq Komitəsi Paşayevin saxlanıldığı barədə məlumat yayıb. Bildirilib ki, Paşayev 46 milyon rubldan çox dələduzluqda şübhəli bilinir.
👍3😱1
"Bakı Bus" 120 E nömrəli müntəzəm marşrut xəttini istifadəyə verib.

Bu barədə Axar.az-a Bakı Bus MMC-dən məlumat verilib.

Avtobuslar "28 May" metrostansiyası ilə Hövsan Yaşayış Kompleksi arasında hərəkət edəcək.

Gediş haqqı 80 qəpikdir.
👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔥 Şəhərin mərkəzində yanğın olub.
🔥21
FETÖ qruplaşmasının rəhbəri Fetullah Gülenin son halının görüntüsü yayılıb
👎8👍2🔥1
Kremlin yaxınlığında yerləşən "Wildberries" şirkətinin baş ofisində silahlı atışma baş verib.

Axar.az xəbər verir ki, silahlı insident şirkətin rəhbəri Tatyana Bakalçukun həyat yoldaşı Vladislav Bakalçukun və bir qrup kişinin binaya buraxılmaması səbəbindən baş verib.

Nəticədə biri polis əməkdaşı olmaqla üç nəfərin güllə yarası aldığı deyilib.

Şirkətdən bildirilib ki, Vladislav Bakalçuk mühafizəsi ilə birlikdə Moskvadakı "Wildberries" ofisinə qanunsuz daxil olmağa cəhd edib.

Qeyd edək ki, bir müddət əvvəl Tatyana Bakalçuk əri Vladislavla boşanma prosesinin başlandığını açıqlamışdı.
👍4
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
🔥 Şəhərin mərkəzində yanğın olub.
"Tüstü borusunda alışma olub, qısa müddətdə söndürülüb", - deyə məlumatda qeyd olunub.
👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Hikmət Hacıyev Xudavəng monastırndan video paylaşıb:
👍2
Hikmət Hacıyev: Erməni xalqı Qarabağın Ermənistana birləşdirilməsi kimi utopik iddialarına son qoyduğunu konstitusion əsasda bildirməlidir.

Ermənistana münasibətdə yeni Marşal planı hazırlanır.
👍31
8 Noyabr prospektində əsaslı təmir işləri davam etdirilir
👍61👎1