This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tver vilayətində yanan anbarların fərqli bucaqdan görüntüləri
👍3👎21🎉1
Qarabağ Universitetində yeni təyinat olub.

Əmrə əsasən, İradə Əli qızı Süleymanova Qarabağ Universitetinin Tələbələrlə İş Mərkəzinə direktor təyin edilib.

Qeyd edək ki, İ.Süleymanova bundan əvvəl BDU-nun Sabah Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.
❗️Payız fəsli Azərbaycana sentyabrın 22-si saat 16:43:36-da daxil olacaq
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🇦🇿🛢 “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,9 dollar artaraq 77,01 dollar təşkil edib.
❗️İranın Rusiyadakı səfiri Kazem Cəlili Rusiya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz məsələləri üzrə xüsusi nümayəndəsi İqor Xovayev ilə görüşüb.

Tərəflər Cənubi Qafqazda hadisələrin inkişafı ilə bağlı məsələləri müzakirə edib, bu regionda əməkdaşlığın vacibliyini vurğulayıblar.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Tver vilayətində yanan anbarların fərqli bucaqdan görüntüləri
Rusiyanın Tver vilayətinin Toropets şəhərinə PUA hücumu edilib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində şəhərdə yerləşən sursat anbarında güclü partlayış və yanğın baş verib.

Yanğın təhlükəsi səbəbindən Tver vilayətinin qubernatoru İqor Rudenya Toropets şəhərinin əhalisinin bir hissəsinin təxliyə olunmasını əmr edib. Sakinlərin təxliyəsi üçün qaynar xətt təşkil edilib.

Rusiya Teleqram kanalları yazır ki, yerli sakinlər qonşu Qərbi Dvina şəhərinə köçürülür. Bu şəhərdə də uşaq bağçaları və məktəblərin fəaliyyəti dayandırılıb.
🎉3
Media is too big
VIEW IN TELEGRAM
💬💧 Hikmət Hacıyev Sərsəng su anbarında görülən işlərlə bağlı Diplomatik korpusun nümayəndələrinə məlumat verib
❤‍🔥72
Peycerin partlaması nəticəsində İranın Livandakı səfiri Müctəba Amani bir gözünü itirib, digər gözü isə ciddi zədələnib.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

SEPAH rəsmiləri nəşrə bildiriblər ki, Amaninin xəsarətləri ilkin məlumatda deyildiyindən daha ciddidir və o, müalicə üçün Tehrana aparılacaq.

Qeyd olunur ki, Livandakı Hizbullah qruplaşmasının 1500-ə yaxın üzvü peycerlərin partlaması nəticəsində görmə qabiliyyətini itirib.

Qeyd edək ki, dünən Livanın paytaxtı Beyrutda rabitə cihazlarının partlaması nəticəsində 4 minə yaxın insan yaralanmışdı.
👍3🎉1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Diplomatik korpusunun nümayəndələri Sərsəng su anbarına gəliblər:
7
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha dörd şəhid dəfn olunacaq.

Axar.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, sentyabrın 20-də Mübariz İlyas oğlu Məmmədov Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi Şəhidlər Xiyabanında, Səfəralı Alverdi (Allahverdi) oğlu Səfərov Sumqayıt şəhəri Şəhidlər Xiyabanında, Tərlan Kamal oğlu Rüstəmov Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Şəhidlər Xiyabanında və Bilal Qəhrəman oğlu Qəhrəmanov Gədəbəy rayonu, Şəhidlər Xiyabanında dəfn olunacaqlar.
😢7
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Kəlbəcərə səfərə yola düşən diplomatik korpusun nümayəndələri arasında Rusiyanın Azərbaycandakı səfiri də var. O Sərsəng su anbarının xüsusiyyətləri ilə tanış olub

Video : Bez Tormozov
👍9
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov işdən çıxıb.

Axar.az Report-a istinadla xəbər verir ki, onun yerinə Seymur Səfərli təyin edilib.

Yeni şöbə müdiri Azərbaycan İnşaat Mühəndisləri Universtetinin Meliorasiya mühəndis sistemlərinin tikintisi ixtisası üzrə həm bakalavr, həm də magistr pilləsi üzrə ali təhsil alıb, 2007-ci ildən aqrar elmlər üzrə fəlsəfə doktorudur.

O, indiyə qədər nazirliyin Elmi Tədqiqat Eroziya və Suvarma İnstitunda elmi işçi, laboratoriya müdiri, şöbə müdiri və direktor vəzifələrində çalışıb.