This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️Çində ovuc içi ilə ödəmə sistemi fəaliyyətə başladı
👍7😱6👌1
Messi tanınmaz halda
😨3🤮2🥴2
⚡️Ayxan Hacızadə: Sülh layihəsi üzrə indiyə qədər bir çox müddəalar, yəni layihənin təqribən 80% razılaşdırılıb, bəzi müddəalar isə razılaşdırılmayıb, yəni yekun razılaşma yoxdur.

Amma bu o demək deyil ki, Ermənistan tərəfinin təklif etdiyi kimi, razılaşdırılmamış müddəaları layihədən çıxarmaqla saziş imzalanmalıdır. (Report)
👍3
⚡️Ayxan Hacızadə: Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərini son 4 ilə yaxın müddətdə yerinə yetirməyib. (Report)
Ayxan Hacızadə: COP29-la bağlı Ermənistan daxil olmaqla bütün ölkələrə dəvət göndərilib. Ancaq Ermənistan tərəfinin COP29 tədbirində iştirak edib-etməyəcəyi barədə Azərbaycan tərəfində hər hansı bir məlumat mövcud deyil. 
Ayxan Hacızadə: Ermənistan və Fransa bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymalı, bu ölkələr bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət anlamalıdırlar.
👍7
❗️Sentyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidormeteorologiya Xidmətindən Axar.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Mülayim şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-9° isti, gündüz 11-16° isti olacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3
⚡️Rusiya Ermənistana silah-sursat tədarükünü bərpa edib.

Mənbələrin verdiyi məlumata görə, Moskva İrəvana Smerç MLRS üçün çoxlu sayda raket göndərməyə başlayıb. Bu isə Ermənistanın revanşist və təcavüzkar planlarını gücləndirir.

Ermənistan Rusiyadan raket idxalını gizlətməyə çalışsa da, rəsmi Bakı bundan xəbərdardır və müvafiq nəticələr çıxarır.

(c) Caliber
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😡21🤣5
🚫Moskva vilayətində miqrantlara küçədə şaurma satmaq qadağan olunacaq

APA-nın Rusiya bürosu xəbər verir ki, Moskva vilayətinin hökuməti qadağanın ticarətdə münaqişələrin və əcnəbi işçi qüvvəsi ilə bağlı şikayətləri azaltmağa kömək edəcəyi bildirib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4
Prezident: Azərbaycan müstəmləkə üsul-idarəsindən əzab-əziyyət çəkən xalqlara dəstəyini davam etdirir.
👍13🤣6
❗️XİN: Niderland növbəti dəfə Azərbaycana münasibətdə qərəzli yanaşma nümayiş etdirir
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤮2👍1
Media is too big
VIEW IN TELEGRAM
Qarabağ Universitetinin ilk tələbələri artıq Xankəndidə🫠❤️
👍16
Təəssüf ki, Niderland tərəfi növbəti dəfə Azərbaycana və postmünaqişə dövründə regiondakı mövcud vəziyyətə münasibətdə qərəzli yanaşma nümayiş etdirir.
Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Niderland Krallığı tərəfindən 13 sentyabr 2024-cü il tarixində dərc olunmuş hökumət proqramının “Beynəlxalq təhlükəsizlik” bölməsində yer alan iddialarla bağlı yerli medianın sualına cavabında bildirib.
XİN rəsmisinin sözlərinə görə, əvvəla, bu ölkənin Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi qeyd etməsi qəbuledilməzdir: “Qarabağ bölgəsi hər zaman ölkəmizin ayrılmaz hissəsi olub və 30 ilə yaxın Ermənistanın qanunsuz işğalı altında idi. Niderlandın Ermənistanın bu qanunsuz hərəkətlərinə göz yumması təəssüf doğurur. Azərbaycanın bu ərazilərin azad edilməsi ilə bağlı tədbirləri beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, habelə bu və ya digər şəkildə yanlış dəyərləndirilə bilinməyəcək qədər ölkəmizin suveren hüququ olub.
Bununla yanaşı, biz Azərbaycanın Qarabağ bölgəsinin qondarma “Dağlıq Qarabağ” şəklində yanlış adlandırılmasını qətiyyətlə rədd edirik. Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının daha bir bariz təzahürüdür. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati və ya coğrafi vahid olmadığını, habelə hər bir dövlət və təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Azərbaycan Respublikasının müvafiq orqanları tərəfindən standartlaşdırılmış və Birləşmiş Millətlər Təşkilatının Coğrafi Adlar üzrə Ekspertlər Qrupu çərçivəsində qəbul edilmiş coğrafi adlara istinad etməli olduğunu bir daha təkrar edirik.

Biz Niderland tərəfini Azərbaycan və Niderland arasında ikitərəfli münasibətləri daha da sarsıdan və regionun beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafına mane olan bu cür bəyanatlara son qoymağa çağırırıq”.
Qeyd edək ki, 13 sentyabr 2024-cü ildə Niderland Krallığının hökuməti hazırkı səlahiyyət müddəti üçün planlarını əks etdirən proqramı ictimaiyyətə təqdim edib. Bu proqramın artmaqda olan münaqişələri əhatə edən “Beynəlxalq təhlükəsizlik” bölməsində Azərbaycan ərazilərinin azad edilməsi “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi qələmə verilir.
👍61
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Xorvatiyalı məşhur azarkeş, model və sosial şəbəkə fenomeni İvana Knoll ad gününü Bakıda qeyd edib.
👎17🤮8🤬4🔥31🥴1