Bakı-Xocalı-Xankəndi-Şuşa avtobus reysinin ilk sərnişinləri yola salınıb
🙏15
Rusiya hərbçiləri Kursk vilayətinin Uspenovka və Borki yaşayış məntəqələrini azad edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Borkinin azad edildiyi haqda məlumatı ötən gün “Əhməd” xüsusi təyinatlılarının komandiri Aptı Alaudinov yaymışdı.
👍6👎3👌1
Media is too big
VIEW IN TELEGRAM
Qarabağ və Şərqi Zəngəzurda ilk dəfə fəaliyyətə başlayan məktəblər
👍5
Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayı 180 min nəfər artırılaraq 1320000-dən 1500000-ə çatdırıldı - Fərman.

Söhbət konkret olaraq Rusiya Müdafiə Nazirliyinin mülki heyətindən yox, sertifikatlı kadrlardan gedir.
👌2🤡2👍1
ABŞ prezidentliyinə namizəd Donald Trampın təhlükəsizlikdə olmasından və heç bir xəsarət almamasından şadam.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski X şəbəkəsində bildirib.
🤣3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Yeni dərs ilinin başlaması ilə əlaqədar olaraq Bakı metrosunda sərnişin axını xeyli artıb.
👎4🔥3😱2👍1
F1-lə əlaqədar yollara tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb
👍6
Həyat yoldaşı və körpə qızını öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Axar.az APA-a istinadla xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Samir Məmmədov çıxış edərək Fərid Hüseynlinin ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili çıxış üçün məhkəmədən vaxt istəyib.

Qeyd edək ki, hadisə 2023-cü ilin iyun ayında Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb. 1993-cü il təvəllüdlü Fərid Firdovsi oğlu Hüseynli 2003-cü il təvəllüdlü həyat yoldaşı Leyla Əlişan qızı Hüseynliyə və 8 aylıq körpəsinə kəsici-deşici alətlə xəsarət yetirərək öldürməkdə ittiham olunur. Daha sonra o, özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adamöldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
👍6🔥1
“Naxçıvan” Universitetinin qurucusu, Naxçıvan Ali Məclisinin uzun müddət deputatı olmuş professor İsmayıl Əliyevə ağır itki üz verib.
👍2
Pezeşkian prezident kimi keçirdiyi ilk mətbuat konfransında bildirib ki, İran qonşu ölkələrlə əlaqələri inkişaf etdirmək niyyətindədir.

O qeyd edib ki, İran Azərbaycan, Pakistan və Türkiyə ilə birgə layihələr həyata keçirməyi düşünür.
👍12🤡5