Axar.az 🇦🇿 Operativ Xəbər Saytı pinned «Nə Alfonsoya keçmişik də... ƏTRAFLI : https://axar.az/news/kult/888161.html»
❗️ MEDİA Agentliyi: Azərbaycanda hər hansı ölkənin hərbi kontingenti mövcud deyil

"Son dövrlər bəzi ölkələrin media resursları mötəbərliyi şübhə doğuran mənbələrə istinad edərək Azərbaycan barədə həqiqəti əks etdirməyən, yerli və beynəlxalq auditoriyanın ictimai rəyini çaşdırmağa yönəlmiş məlumatlar yaymaqdadırlar. Dezinformasiyanın təsiri altında “Iran International” televiziya kanalı, habelə “The Telegraph” nəşri və “Kan” agentliyi Azərbaycan barədə beynəlxalq jurnalistika standartları ilə bir araya sığmayan informasiya manipulyasiyası həyata keçirmiş, guya İsrailin öz həbrçilərinə Azərbaycanda qalmağı qadağan etməsi barədə dezinformasiya yaymışdır.

Bildiririk ki, Azərbaycan ərazisində hər hansı bir xarici dövlətin hərbi kontingenti mövcud deyil və bununla bağlı yalan məlumatlara söykənmiş informasiya manipulyasiyalarını ciddi şəkildə qınayırıq. Eyni zamanda, bir daha diqqətə çatdırırıq ki, hansı ölkədə fəaliyyət göstərməsindən asılı olmayaraq, media məlumatları paylaşarkən hamı tərəfindən qəbul olunmuş jurnalistikanın vahid etik prinsiplərinə əməl etməlidir.

Bu tipli klassik dezinformasiya nümunəsi olan materialların sosial şəbəkə seqmentinə sirayət etdikdən sonra bəzi yerli media subyektlərimiz tərəfindən təkrar tirajlanmasını yolverilməz hesab edib.

Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırırıq".
❤‍🔥13👎4👍2
Ukraynanın Teleqram kanalları Kursk vilayətində rusların kütləvi şəkildə təslim olduğunu iddia edir və videolar yayır.
👍30😍21🤬4🤣4👎2❤‍🔥1😱1
Kursk vilayətinin operativ qərargahı sakinləri Belovski rayonundan çıxarmaq qərarına gəlib, qubernator səlahiyyətlərini icra edən bildirib.
👍9❤‍🔥1😁1
Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin şöbə müdiri qəfil vəfat edib.
😢12🤮4👍1
Ukrayna iki vilayətdə hücuma keçdi: ağır döyüşlər gedir
👍24❤‍🔥6🤣21
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ukrayna hərbçiləri Dnepr-Buq limanı ilə Qara dəniz arasındakı Kinburn yarımadasına Ukrayna bayrağını sancıblar.
❤‍🔥20👍87😁1
Forwarded from Mikroskop🔬
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Elektrik lampalarının hazırlanması prosesi 💡

Daha maraqlı paylaşımlar görmək üçün kanalımıza abunə olun!
👍322
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ukrayna əsgərləri ilə rus sakinlər arasında maraqlı dialoq
👍34❤‍🔥41
AAYDA: Sabah saat 06:00-dan avqustun 16-sı saat 19:00-a qədər Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20.32-23.22 km-lik hissəsində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
👍3
Litva Moskvadakı səfirliyində baş vermiş insidentlə bağlı Rusiya Federasiyasının nümayəndəsinə rəsmi etirazını bildirib.

Axar.az xəbər verir ki, bu barədə Baltikyanı Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bazar ertəsi səhər tezdən dörd naməlum maskalı şəxs Litvanın Moskvadakı səfirliyinin girişini qırmızı boya ilə boyayıb. Bununla bağlı Rusiyanın Litvadakı səfirliyinin nümayəndəsi etiraz notası təqdim etmək üçün Xarici İşlər Nazirliyinə çağırılıb”, - məlumatda deyilir.
👍3