❗️Paris-2024: Azərbaycan taekvondoçusu mübarizəyə başlayır, güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq

Bu gün Azərbaycanın daha dörd təmsilçisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizə aparacaq.

Məlumata görə, ilk olaraq taekvondoçu Qaşım Maqomedov dayanq üzərinə çıxacaq.

58 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində irlandiyalı Cek Uolleyin müqavimətini qırmağa çalışacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 11:46-da start götürəcək.

Yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Rafiq Hüseynov (87 kq) yarışa qoşulacaq. Görüşlər saat 13:00-da başlayacaq. Onlar 1/8 final mərhələsində müvafiq olaraq Mohamed Eısayed (Misir) və David Losonçi (Macarıstan) ilə üz-üzə gələcək.

Ölkəmizi yunan-Roma güləşində təmsil edən digər idmançımız Sənan Süleymanov isə bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. 77 kq çəki dərəcəsində yer alan Sənanın rəqibinin adına təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək. Süleymanovun bürünc medal uğrundakı qarşılaşması Bakı vaxtı ilə saat 20:15-də start götürəcək.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍141
KİV: İsrail HƏMAS-ın yeni liderinin tezliklə məhv ediləcəyini bəyan edib
👍17🤡7😡6👎5🤬3👏1
Fövqəladə Hallar Nazirliyi (FHN) küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün və sabah ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında havanın küləkli olacağı, küləyin arabir güclənəcəyi gözlənilir.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.
👍31
❗️ABŞ İranla əlaqəli Pakistan vətəndaşını Trampa qarşı sui qəsddə ittiham edir

İran hökuməti ilə əlaqəsi olan Asif Tacir kimi tanınan Pakistan vətəndaşı Donald Trampa qarşı sui-qəsdə planı ilə bağlı ittiham edilib.

ABŞ Ədliyyə Departamenti bildirib ki, 46 yaşlı müttəhim ABŞ ərazisində siyasətçi və ya ABŞ hökumət rəsmilərini qətlə yetirmək üçün qatilləri kiralamaq üçün Nyu-Yorka gedib.

Hüquq-mühafizə orqanları hər hansı bir hücum həyata keçirilməzdən əvvəl sui-qəsdin qarşısını alıb. Tacir hazırda Nyu Yorkda federal həbsdədir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤨7👍4👎3🤡1🤣1
Rusiyanın Rostov vilayətindəki Morozovsk aviabazasında Rusiyaya məxsus Su-34 təyyarəsi Ukraynanın zərbələrindən sonra məhv edilib.

Həmçinin, sursat anbarlarının yaxınlığında zərbələr zamanı bazada baş verən güclü partlayışların yeni görüntüləri paylaşılıb.
👍13🤔3😁1
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.
👍2
❗️Bu gün təmir-bərpa işləri ilə əlaqədar Ramana qəsəbəsindəki şəhid ailələri və müharibə əlillərinin yaşadığı kompleksin ərazisində içməli suyun verilməsi müvəqqəti olaraq dayandırılacaq.

Bu gün təmir işləri ilə əlaqədar Yasamal rayonunun

▪️ H.B.Zərdabi
▪️ Mətbuat prospekti
▪️ Akim Abbasov
▪️ Ə.Haqverdiyev küçələrinin bir hissəsi və Qaradağ rayonunun Ümid qəsəbəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Rusiya və Suriya Türkiyə ilə sərhəddə hərbi baza yaradıb.

Axar.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Bildirilib ki, hərbi baza PKK terror qruplaşmasının “Kobani” olaraq adlandırdığı Ayn Əl-Ərəb bölgəsində yerləşir.

Hərbi bazada Rusiya ilə yanaşı, Suriya rejiminin hərbçiləri də xidmət edəcək.

Mütəxəssislər atılan addımı Türkiyə üçün uyğun hesab edirlər. Bu, Suriya ilə normallaşma prosesinin tərkib hissəsi kimi qiymətləndirilir.
👍5👎4😱1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Hizbullahın lideri Nəsrullah İsraili təhdid edir: hazır olun!
13🤣12👍5👎1👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔥Türkiyədə yaxta zavodunda güclü yanğın başlayıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👎7🥴2
İsrailin xarici işlər naziri İsrael Katz HƏMAS-ın yeni liderini ən qısa zamanda məhv etmək çağırışı edib.
👎18👍12🤮21🤬1😍1