Xuliqanlıqda ittiham olunan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə tanınmış idmançı Vüqar Kərəmov azadlığa buraxılıb.
🤮5
🔴 İsrail ordusu növbəti dəfə Livanı vurub. İlkin məlumatlara görə 4 nəfər ölüb.
👎20👍11🎉2
VI çağırış Milli Məclisin deputatı Etibar Əliyev sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
👍121
YAP-ın bütün deputatlığa namizədləri qeydə alınıb.
🤣183
🗣️İlham Əliyev: Azərbaycan-Rusiya münasibətləri bəzi qonşu dövlətlər üçün də bir nümunədir.
👏13
Həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla 114 saylı Şəki şəhər seçki dairəsindən deputatlığa namizəd olub.
👍7🤡1
‼️ Azərbaycanda CASUS ƏMƏLİYYATI: Xüms toplayan tutuldu

Azərbaycanda İranın molla rejiminə xidmət edən, ölkəmizdə onları təbliğ edənlərə qarşı mübarizə tədbirləri davam edir.

Bir neçə gün əvvəl Zərdabda Xüms adı ilə İrana görə tutulan casuslərin ailələrinə pul yığılması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Daxil olan əməliyyat məlumatı əsasında həyata keçirilən tədbirlər zamanı Zərdab şəhər sakini Namiq Şirinov saxlanılıb.
👍26👎4🤬3🤡2🥰1
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacaq
👍4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Moped istifadəçilərinin səkidə, eləcə də yerüstü keçidlərdə piyadalara təhlükə yaratması halları çoxalıb.

Mütəmadi olaraq nömrəsiz moped sürücülərinin yollarda qəribə manevrlər etməsi insanları qorxuya salmaqla bərabər həyatları üçün təhlükə yaradır.
👍5
Türkiyə Qadın Voleybol Milli Komandası Paris 2024 Olimpiya Oyunlarının 1/4 finalında Çinə 3:2 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
👍4212🤮3
❗️ Nizami rayonu, Heydər Əliyev prospektində texniki nasaz nəqliyyat vasitəsində tüstülənmə olub.

Bu səbəbdən hazırda metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❗️"Qarabağ"ın Bakıda Bolqarıstan təmsilçisi "Ludoqorets"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununa indiyədək 25500 bilet satılıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2
🇦🇿 Yunan-Roma güləşində bizi təmsil edən Sənan Süleymanov Bolqarıstanı təmsil edən erməni rəqibini məğlub edərək 1/4 finala adlayır.
24👍6
Hizbullah bir neçə PUA ilə Nəhariyyədəki hərbi bazanı vurub.
26🤡3😁1👌1