Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
29.1K subscribers
16.3K photos
9.43K videos
5 files
18.5K links
Download Telegram
Generalların savaşı: ABŞ generalı Rusiyaya əsir düşdü? – Foto
Rusiyanın Mariupolda “Azovstal”a hücumları zamanı əsir götürdüyü hərbçilər arasında ABŞ Xüsusi Əməliyyat Qüvvələri keçmiş komandanlarından admiral Erik Tor Olsonun da olması haqqında iddia səsləndirilib.

Axar.az xəbər verir ki, bu haqda terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar özünün rəsmi Tvitter səhifəsində yazıb.

“Doğrusa, böyük səs-küy qopar! Öldürülən rus generalına qarşı əsir alınan ABŞ generalı!

Tam bir generallar savaşı! Tam bir müzakirə-bazarlıq mövzusu!”, - Ağar qeyd edib.

Xatırladaq ki, ötən gün “Azovstal” zavodunda müqavimət göstərən ukraynalı əsgərlərin təslim olmasından sonra sözügedən foto yayılıb. Halbuki bu foto 2 mayda Mariupolda bir neçə ukraynalı hərbçinin ruslara əsir düşməsi zamanı yayılmışdı.
🇷🇺 Putinin qərarı ən çox Nikolu pis vəziyyətə qoyur
👉 Ukraynada müharibə başlayandan bəri ilk dəfə mayın 16-da Moskvada KTMT liderlərinin sammiti keçirildi. Sammitdə Rusiya KTMT-yə üzv dövlətlərdən siyasi dəstək almaq istəyirdi.

📢 Bu sözləri Axar.az-a rusiyalı hərbi analitik Aleksandr Xramçixin deyib.

🗣 “Vladimir Putinin bu Zirvə görüşündə çıxışından sonra deyə bilərik ki, bütün baş verənlər fonunda KTMT-nin müəyyən siyasi hadisələrə yanaşması dəyişəcək. KTMT-nin prosesə qoşulduğu Qazaxıstanla bağlı hadisəni xatırlayırıq. Kreml ən azı diplomatik mətnlər şəklində təşkilat üzvlərindən konkret dəstək almağa ümid edir. Eyni zamanda, Rusiya başa düşür ki, bu, çətin məsələdir, çünki Ukraynada müharibəyə başlamaq qərarı KTMT-dəki tərəfdaşlarla müzakirə olunmayıb. Burada yalnız Rusiya Prezidentinin planlarından ilk gündən xəbərdar olan Belarus Prezidenti Aleksandr Lukaşenko var. Hazırda KTMT-nin bu sammiti, o cümlədən Rusiyanın özü tərəfdaşlarını çətin vəziyyətə salıb."
⚔️ Kadırov ağzından qaçırdı: Səfərbərlik...
Rusiyada səfərbərliyə ehtiyac yoxdur, rusiyalılar özləri vətəni müdafiə etməyə qalxmalıdırlar.

📢 Axar.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

🗣 “Mənə tez-tez sual verirlər ki, səfərbərlik olacaq? Heç kim səfərbərlik elan etməməlidir. Biz hamımız səfərbər olmalıyıq, prezidentimizin ətrafında sıx dayanıb, dövlətimizin təhlükəsizliyini təmin etməliyik”, - Kadırov bildirib.

🇺🇦⚔️🇷🇺 Qeyd edək ki, Kadırovun bu sözləri birmənalı qarşılanmayıb. Bəzi siyasi müşahidəçilər Kadırovun sözünü Rusiyanın səfərbərliyi “könüllü müraciətlər” görüntüsü altında həyata keçirmək variantı üzərində işlədiyinin işarəsi hesab ediblər.
Bu ölkələrə necə razılıq verək? - Ərdoğan
NATO müttəfiqlərimizin həssaslığımızı başa düşmələrini və dəstəkləmələrini, sərhədlərimizi qorumaq üçün göstərdiyimiz səylərə anlayışla yanaşmalarını gözləyirik.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bizə terrorçu verməyəcəksiniz, sonra NATO-ya daxil olmaq üçün bizdən dəstək gözləyəcəksiniz. PKK-ya dəstək vermək və üzvlük üçün dəstək istəmək uyğunsuzdur. Terrorçuları bizə təhvil verməyən ölkələrin NATO üzvlüyünə “hə” deyə bilmərik. NATO-nun genişlənməsi həssaslığımıza hörmət etdiyi dərəcədə bizim üçün məna kəsb edir", - Ərdoğan bildirib.
Ukrayna daha bir rus təyyarəsi vurdu
Ukrayna
hərbçiləri daha bir Rusiya təyyarəsini vurublar.

Axar.az xəbər verir ki, bu barədə Ataman Kostya Qordienko adına 57-ci əlahiddə mexanikləşdirilmiş briqadanın mətbuat xidməti məlumat yayıb.

“Mayın 18-də Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin bölməsi Rusiyanın hərbi təyayrəsini vurub”, - məlumatda qeyd olunub.
🇦🇿 Ermənistanla sülh sazişi imzalamaq istəyirik - Prezident
👉 Biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik.

📢 Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü zamanı deyib.

🗣 Azərbaycan Prezidenti bildirib ki, Gitanas Nauseda ilə geniş tərkibdə görüş zamanı regional vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi geniş müzakirə edilib:

🇦🇿 "Bilirəm ki, Azərbaycandan sonra Prezident Ermənistana səfər edəcək. Beləliklə, əminəm ki, bu səfər başa çatandan sonra onda tam təsəvvür formalaşacaq. Amma bizim mövqeyimiz çox açıqdır. Biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik. Biz münasibətləri normallaşdırmaq və düşmənçilik səhifəsini çevirmək istəyirik. Beləliklə, cənab Prezident, nümayəndə heyətlərinin üzvləri arasında müzakirə olunmalı çox məsələlər var", - Prezident vurğulayıb.
Nura Suri məşhur narkobaronun qardaşı ilə - Foto
İfaçı
Nura Suri bir neçə gündür Kolumbiyadadır.

Kult.az Oxu.az-a istinadən xəbər verir ki, Nura burada dünyaca məşhur narkobaron Pablo Eskobarın qardaşı ilə görüşüb.

Suri 75 yaşlı Roberto Eskobarla fotosunu sosial media hesabında paylaşıb.

Qeyd edək ki, Roberto de Xesus Eskobar Qaviriya ABŞ-da qaçaqmalçılıq yolu ilə daxil olan narkotikin 80%-nə nəzarət edən “Medelyin Birliyi”nin (narkotikin satışı ilə məşğul olan şəbəkə - red.) keçmiş mühasibi və qurucu şəriklərindən biridir. Pablo Eskobarla birlikdə həbsxanadan qaçıb, bir il sonra təslim olub.

On il həbsdə qaldığı müddətdə məktub zərfinin içində gizlənən bombanın üzünə yaxın partlaması nəticəsində bir gözünü itirib.
Türkiyə razı olacaq, ancaq bunları alandan sonra

Türkiyə sonda Finlandiya və İsveçin NATO-ya daxil olmasını dəstəkləyəcək, lakin bunun müqabilində Qərbdən iqtisadiyyat və təhlükəsizlik sahəsində imtiyazlar və güzəştlər istəyəcək.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Salem Dövlət Universitetinin siyasi elmlər professoru Kanişkan Sathasivam danışıb.

“Əsl səbəb odur ki, Türkiyə NATO-dakı dəyərli olan səsini özü üçün faydalı bir şeyə çevirmək istəyir. Bunun Finlandiya və ya İsveçlə heç bir əlaqəsi yoxdur”, - professor söyləyib.

Politoloqun sözlərinə görə, hazırda Türkiyə ABŞ və digər Qərb dövlətlərindən siyasi və diplomatik uzaqlaşma, daxildə isə ciddi iqtisadi problemlərlə üzləşib:

“Ona görə də Ərdoğan bu məsələni Qərbdən imtiyazlar, güzəştlər və yardımlar əldə etmək üçün bir vasitə kimi istifadə etməyi hədəfləyir”.

Ekspertə görə, Türkiyənin irəli sürdüyü istənilən şərt yalnız İsveç və Finlandiyaya şamil ediləcək və Ərdoğan bu ölkələrdən nəsə almağa çalışacaq.
Sərhəd qüvvələri Paşinyana tam tabe olmur – Şəfiyev
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev son zamanlar Ermənistan tərəfindən dövlət sərhəddində törədilən təxribatlara münasibət bildirib.

Axar.az xəbər verir ki, qurum rəhbəri “Report”a açıqlamasında Ermənistanın Baş naziri Nikol Paşinyanın hərbi qüvvələrə tam nəzarət edə bilmədiyini deyib.

“Bu strukturlarda uzun illərdir ki, Ermənistanın keçmiş dövlət başçıları Robert Köçəryan və Serj Sarqsyan klanının adamları işləyir. Bu hal Ermənistanın Xarici İşlər Nazirliyində (XİN) də müşahidə olunurdu. Hazırkı XİN rəhbəri isə o sistemdən deyil. O, kənardan gətirilən bir şəxsdir. Mən düşünmürəm ki, Paşinyan hökuməti sərhəd zonasında hər hansı bir münaqişə, gərginlik ocağının yaranmasında maraqlıdır. Hesab edirəm ki, sərhəd qüvvələri ona tam tabe olmur”, - F.Şəfiyev bildirib.
Rusların yeni taktikası: xırda qruplarla hücum
Rusiya qoşunları daha kiçik qruplarla hücum edir. Bir neçə yüz nəfərdən ibarət birləşmələr əvəzinə hücumlar yüzə qədər hərbi personaldan ibarət qruplarla aparılır.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” ABŞ Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

“Əvvəllər hücum böyük şəhərlərdə və bütün ərazi boyunca aparılırdı. Lakin indi hücumlar müəyyən kəndlərə və ya yol ayrıclarına yönəlib”, - məlumatda deyilir.

Qeyd edək ki, Britaniya kəşfiyyatı da bu yaxınlarda Rusiyanın Donbasdakı hücumunun sürətini itirdiyini və ən azı bir ay bərpa oluna bilməyəcəyini, sistemli problemlərin artmaqda davam etdiyini bildirmişdi.
“Meymun çiçəyi”: Yeni epidemiya insanları qorxutdu
“Meymun çiçəyi” virusu adətən yalnız Afrika qitəsində rast gəlinən bir xəstəlikdir, lakin son vaxtlar Avropada yoluxmanın artması və virusun ABŞ-a yayılması dünyada qorxu yaradıb.

Axar.az xəbər verir ki, “meymun çiçəyi” ilk dəfə 1958-ci ildə tədqiqat üçün laboratoriyada saxlanılan meymunlarda çiçək xəstəliyinə bənzər epidemiya meydana gəldiyi zaman aşkar edilib.

İlk yoluxma halı 1970-ci ildə Konqo Demokratik Respublikasında qeydə alınıb və o vaxtdan bəri bu xəstəliyə bir sıra Mərkəzi və Qərbi Afrika ölkələrində rast gəlinir.
Bakı-İrəvan görüşü niyə baş tutmadı? - Mirzoyan
Tərəflərin razılaşmalı olduğu bəzi texniki detallar var.

Axar.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Azərbaycan delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının mayın 16-17-nə təyin edilmiş iclasının niyə baş tutmaması ilə bağlı sualı cavablandırarkən deyib.

“Düz deyirsiniz, görüş baş tutmadı. Amma sizi əmin edə bilərəm ki, biz bu görüşün təşkili ilə bağlı müzakirələrimizi davam etdirəcəyik. Tərəflərin razılaşmalı olduğu bəzi texniki detallar var. Ümid edirəm ki, yaxın günlərdə və ya həftələrdə görüş baş tutacaq”, - Mirzoyan bildirib.
Ərdoğan: Bu iki ölkə NATO-da ola bilməz!
İndi
deyirlər ki, görək tələbləriniz nədir, İsveçdən, Finlandiyadan xahiş edək. Yunanıstanda bunu yaşadıq. Bilirik ki, həm İsveç, həm də Finlandiya eyni hiyləni bizə qarşı edəcək.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Niyə belə bir səhvə yol verməliyik? Hazırda bu səlahiyyəti saxlayırıq, çünki NATO tam müttəfiqlik tələb edir. NATO-nun bir üzvü “yox” desə, o ölkəni NATO qəbul edə bilməz. Xüsusilə bu iki ölkə, başda İsveç olmaqla, tam bir terror mərkəzi, terror yuvasıdır. Silah məsələsində də bizə qarşı sanksiyalar tətbiq etdilər.

Ona görə də bu siyasəti qətiyyətlə davam etdirəcəyik və yaxın dostlarımıza bildirmişik ki, Finlandiya və İsveçin NATO-ya daxil olmasına “yox” deyəcəyik. Bu şəkildə də davam edəcəyik", - Ərdoğan bildirib.
Avstraliya Ukraynaya zirehli texnika göndərir

Avstraliya hökuməti Ukraynaya yeni silah partiyasının verilməsi qərarını təsdiqləyib.

Axar.az xəbər verir ki, bu barədə “Australian Defence Magazine” məlumat yayıb.

Yeni silah partiyası 14 ədəd M113 zirehli transportyor və 20 ədəd “Bushmaster” zirehli texnikasından ibarətdir. Göndəriləcək texnikaların ümumi dəyəri 60 milyon dollardır.
Bu, Əliyevin şəxsi nəzarətindədir – Qırğız səfir
Rus hərbçiləri Mariupoldakı “Azovstal” zavodunun infrastrukturuna hücumlarını dayandırmır.

Axar.az xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

Məlumata görə, Rusiya ordusu polad zavoduna hava və artilleriya zərbələri endirməkdə davam edir:

“Son bir neçə gündə təxliyənin davam etməsinə baxmayaraq, Rusiyanın “Azovstal”ı bombalaması Ukrayna müdafiəçilərinin hələ də orda qaldığını göstərir".

Qeyd edək ki, Rusiya “Azovstal” polad zavodunu ələ keçirdikdən sonra onu yerlə-yeksan etməyi planlaşdırır.
Rusyönlülər küçələrdə: Nikol qərbyönlülərlə görüşdü
Mayın 19-da Ermənistanın Baş naziri Nikol Paşinyan Məşvərət Məclisinin üzvləri ilə qeyri-parlament siyasi qüvvələrlə əməkdaşlığa dair növbəti görüş keçirib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökumətindən məlumat verilib.

Görüşdə Respublika Paartiyasının sədri Aram Sərkisyan, Avropa Partiyasının sədri Tiqran Xzmalyan, Xristian-Demokrat Partiyasının sədri Levon Şirinyan, Vahid Vətən Partiyasının sədri Mqer Terteryan, Suveren Ermənistan Partiyasının sədri David Sanasaryan, Qnçak Sosial Demokrat Partiyasının Ermənistandakı rəhbəri Sedrak Əcəmyan iştirak ediblər.

Qeyd edək ki, bu partiyaların qərbyönlüdür. “Revanşistlər”in İrəvan küçələrində Paşinyanın istefası tələbi ilə davamlı aksiyalar keçirdiyi günlərdə bu görüş diqqətləri cəlb edib.
Ukraynaya dəymiş ziyan necə ödəniləcək?

Yaxın vaxtlarda Rusiyanın təcavüzü nəticəsində Ukraynaya dəymiş ziyanın ödənilməsi mexanizminin layihəsi təqdim olunacaq.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.

“Bir neçə problemi mümkün qədər tez həll etməliyik. Milli məhkəmələr və beynəlxalq arbitrajların müvafiq yurisdiksiyası yoxdur, Avropa İnsan Haqları Məhkəməsi öz qərarlarını icra edə bilmir, BMT Rusiyanın Təhlükəsizlik Şurasında olması ilə demək olar ki, iflic vəziyyətinə düşüb”, - Yermak söyləyib.

Onun sözlərinə görə, kompensasiya mənbələri həm Rusiyanın enerji daşıyıcıları və əməliyyatları üzrə artıq qeyd olunan xüsusi vergilər və rüsumlar, həm də dövlət və özəl mülkiyyət ola bilər.

Qeyd edək ki, Rusiyanın xaricdə üzərinə həbs qoyulmuş aktivlərinin Ukraynaya verilməsi mexanizmi də nəzərdən keçirilir.
Rusiya Donesk istiqamətində hücuma keçdi
Rusiya Donesk istiqamətində hücum əməliyyatlarını gücləndirib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Rusiya təmas xəttinin bütün istiqamətlərindən minaatan, top artilleriyası, reaktiv yaylım atəş sistemləri və operativ-taktiki aviasiya vasitəsilə çoxsaylı zərbələr endirir.

Qeyd edək ki, Donetsk vilayət administrasiyasının rəhbəri Pavel Kirilyenko Ukrayna ordusunun Donetsk vilayətindəki yaşayış məntəqələrinin birini rus ordusundan azad etməsi barədə məlumat yaymışdı.
Mariupol ələ keçirildi: yeni plan... - Britaniya
Mariupol
uğrunda döyüşlərdə iştirak edən rus qoşunlarının bərpası və təchizatı üçün vaxt lazımdır. Lakin rus komandanlığına yüksək rütbəli rəhbərliyin təzyiqinə görə onlar dərhal başqa ərazilərə atılacaqlar.

Axar.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

“Rusiya şəhəri nəzarətə götürdükdən sonra çox güman ki, qüvvələri şəhərdən şərqdəki digər istiqamətlərə köçürəcək. Müharibə başlayandan bəri Ukraynanın Mariupolda qəti müqaviməti o deməkdir ki, oradan gələn Rusiya qüvvələri yenidən təchiz olunmalı və komplektləşməlidir. Bu, uzun proses ola bilər. Lakin rus komandirləri buna imkan vermir. Yeni təchizat olmasa, rus hərbçilərinin ölüm sayı artacaq”, - məlumatda deyilir.