Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
29.8K subscribers
17.8K photos
10.6K videos
5 files
19.7K links
Download Telegram
💵🇺🇦 Məhşur aktyor ukraynalılara görə avtomobilini satır
👉 Məhşur amerikalı aktyor Riçard Gir “Yaquar” markalı avtomobilini ukraynalılara dəstək üçün hərraca çıxarıb.

📢Axar.az bu barədə “Bring a trailer”auksion platforması məlumat yayıb.

🗣“Əldə olunan bütün məbləğ, o cümlədən alıcının mükafatı Ukraynadakı müharibə qurbanlarına yardım edən qeyri-kommersiya təşkilatları –“World Central Kitchen” və “Open Arms Ukraine” arasında bərabər bölünəcək”, - platformada bildirilib.

💵1999-cu il istehsalı “Yaquar XK8”in ilkin qiyməti 29.000 dollara qoyulub.
8 saatdan çox işlədirlərsə, ikiqat maaş verilsin!
Bizim əmək qanunvericiliyinə görə insanı 8 saatdan çox işlətmək olmaz. Əgər normadan artıq işlədirlərsə, 2 dəfə artıq əmək haqqı ödənilməlidir.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, dövlət orqanları ciddi nəzarət tədbirləri həyata keçirməlidirlər:

“Fermerlərdə bu pozuntular daha çoxdur, orada qadınların əməyi istismar edilir. Burada çiyələyin kiloqramını 5 manata satırlar. Amma fermer bu təsərrüfatda işləyən qadınları gündə 8 saatdan artıq işlədir, günorta yeməyini də vermir. Onlara günə 8 manat, 10 manat pul verirlər. Bu da ayda 240 manat, minimum əmək haqqından da az edir. Bunu fermerlərin insafına buraxmaq olmaz. Hər kəsə saathesabı əmək haqqı verilməlidir. Biz buna görə qanunvericiliyə dəyişiklik etməliyik”.
👉 Afət Fərmanqızı axtarışa verildi
Müğənni Afət Fərmanqızı barəsində axtarış elan olunub.

📢Kult.az Trend-ə istinadən xəbər verir ki, hakim Mahirə Kazımovanın sədrliyi ilə araşdırılan şikayətlə bağlı məhkəmə aktı çıxarılıb.

📌 Binəqədi rayon Məhkəməsində xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə icraatı dayandırılıb.

🖊Akta görə, müğənni Afət Fərmanqızı məhkəmədən gizləndiyinə görə həbs nəzərdə tutulmadan axtarışa verilib.

Müğənni məhkəməyə gətirilənə qədər məhkəmə icraatının dayandırıldığı elan olunub.

⚠️ Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə ittiham olunması tələb edir.
BƏƏ prezidenti öldü
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Xəlifə bin Zayed ən-Nəhyan 73 yaşında vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə BƏƏ-nin WAM agentliyi məlumat yayıb.
❗️ Ərdoğan Finlandiyanın NATO-ya daxil olmasını istəmir
Finlandiya və İsveçin NATO-ya daxil olmasına müsbət baxmırıq.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Çünki bizdən öncəki hakimiyyət Yunanıstanla bağlı NATO mövzusunda yanlış qərar verib. Beləliklə, Yunanıstanın NATO-ya arxalanaraq Türkiyəyə qarşı davranışını bilirsiniz. Skandinaviya ölkələri terror təşkilatların yuvasına çevrilib. PKK, DHKPC terror təşkilatları İsveçdə, Niderlandda yuvalanıb. Hətta, həmin ölkələrin parlamentlərində də yer alırlar. Buna görə, onların Alyansa qoşulmasına müsbət yanaşmağımız mümkün deyil”, - Ərdoğan bildirib.
👉 Bu tarixdə hava yenidən dəyişəcək: İntensiv yağış...
Sabah gündüz saatlarında hava yağmursuz keçəcək, cənub küləyinin sürəti artacaq.

Axar.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, mayın 16-sı və 17-də qısa müddətdə havanın yenidən dəyişməsi proqnozlaşdırılır:

“Müvafiq təşkilatlara xəbərdarlıq edilib. Bəzi yerlərdə yağıntılar intensiv olacaq. Bakıda və Abşeron yarımadasında yağış yağması gözlənilir.

Növbəti qeyri-sabit və küləkli dövr mayın 20-si və 21-nə təsadüf edəcək. Yaxın günlərdə bununla bağlı ətraflı məlumatlar ictimaiyyətə təqdim olunacaq”.
Ruslar “Azovstal”a zərbələr endirir
Rusiya ordusu Ukrayna qüvvələrinin girişinə mane olmaq üçün Mariopul şəhərində yerləşən “Azovstal” zavoduna böyük artilleriya və hava zərbələri endirir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Ruslar Kamışevaxa, Krasnoqorovka, Novomixaylovka, Konstantinovka və Pobeda yaşayış məntəqələri ərazilərində taktiki vəziyyəti yaxşılaşdırmağa çalışır. Amma hələ ki, müsbət nəticə əldə edə bilməyib", məlumatda qeyd olunub.
Moskvanın nüvə silahı ilə bağlı hədəsi... - Mişel
Moskvanın nüvə silahı ilə bağlı hədəsi qlobal təhlükəsizlik üçün təhlükə, utancverici və qəbuledilməzdir.

Axar.az xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Şarl Mişel Yaponiya səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Nüvə silahlarına nəzarət üçün beynəlxalq prinsiplərimiz və qlobal təşkilatlarımız var. Sülh və təhlükəsizlik üçün biz onları qorumalı və gücləndirməliyik”, - Mişel bildirib.
80-ci gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna
müharibənin 80-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, Rusiya indiyə qədər 27 200 hərbçi, 1218 ədəd tank, 2934 ədəd zirehli döyüş maşını, 551 ədəd artilleriya sistemi, 195 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 88 hava hücumundan müdafiə sistemi, 200 ədəd hərbi təyyarə, 163 ədəd helikopter, 2059 ədəd avtomobil texnikası, 13 ədəd gəmi/kater, 76 ədəd yanacaq sisterni, 411 ədəd PUA, 41 ədəd xüsusi texnika, 95 qanadlı raket itirib.
Türkiyənin mövqeyi NATO-nu silkələdi - Generaldan açıqlama
https://axar.az/news/siyaset/645716.html
Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı


Azərbaycan Hava Yolları QSC-nin (AZAL) J2 251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan beynəlxalq hava limanı ətrafındakı tufanla əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıtmağa qərar verib.

Bu barədə Axar.az-a AZAL-dan bildirilib.

Məlumata görə, təyyarə saat 08:37-də Bakı hava limanında eniş edib.

Sərnişinlər hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.
İsveç Türkiyəyə nümayəndə heyəti göndərir
İsveç NATO-ya üzvlük müraciətini müzakirə etmək üçün tezliklə Ankaraya nümayəndə heyəti göndərir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin "Hüriyyət" qəzeti məlumat yayıb.

Məlumata görə, Türkiyə Finlandiya və İsveçin NATO-ya qəbulu ətrafında gedən prosesləri izləyir və hələlik buna müsbət münasibət bildirməyib.
Türk boksçu rinqdə infarkt keçirib öldü
Əslən Giresunun Alukra rayonundan olan və Almaniyada yaşayan boksçu 36 yaşlı Musa Askan ötən gecə Almaniyanın Münhen şəhərində 84 kq çəki dərəcəsində üçüncü raundda infarkt keçirərək yıxılıb.

Axar.az xəbər verir ki, xəstəxanaya aparılan boksçu bu gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
🇷🇺 Rusiya elitası Putinə “sürprizlər” edəcək
👉 Putinin ətrafı Rusiyanın Ukraynadakı hərbi məğlubiyyətindən sonra onu aradan götürə bilər.

📢 Axar.az xəbər verir ki, bunu rusiyalı müxalifətçi Gennadi Qudkov deyib.

“Rusiya hərbi məğlubiyyətlə üzləşsə, Putin artıq maço deyil, axsaq ördək olacaq. Bu zaman elitalar onu necə uzaqlaşdıracaqlarını, aradan götürəcəklərini düşünəcəklər. Onda da putinizmin sonu olacaq”, - bildirib.

🗣Siyasətçi güman edir ki, Putinin ətrafı ona “sürprizlər” hazırlayacaq:

“Düşünürəm ki, ətrafdakılar onun məğlub olduğunu başa düşsələr, o zaman Putin üçün böyük sürprizlər ola bilər. Onun xəstəliyinə görə ölümcül vəziyyətində olduğuna əmin deyiləm. İnsanlar bu yaşda müxtəlif yollarla xəstələnirlər. Amma bu, onların bir neçə il yaşamasına mane olmur”.
Türkiyə veto haqqını istifadə etsə... – Kürşad Zorlu
https://axar.az/news/siyaset/646158.html
Neonasizm Ukraynada geniş vüsət alıb - Putin
Kollektiv Qərbin göz yumduğu Ukraynada uzun müddətdir ki, neonasizm geniş vüsət alıb.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Ekstremistlər dünyanın hər yerində var, amma yalnız Ukraynada nasistlər dövlət səviyyəsində qəhrəmanlaşdırılır”, - Putin bildirib.