Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
32.5K subscribers
38.7K photos
23.6K videos
8 files
33.6K links
Download Telegram
Xocalı rayonun ərazisində yerləşən Əsgəran qalası ətrafında aşkarlanan kütləvi məzarlıqda axtarış və qazıntı işləri davam edir.
👍6
🇦🇿İƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Hərbiyə ən çox pul xərcləyən ölkələr - 2022-ci il
👍10
ATƏT-in Baş katibi Helqa Maria Şmid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Temperatur 23 dərəcəyə yüksələcək

Bakıda və Abşeron yarımadasında fevralın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75%, gündüz 45-55% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 1-6° isti, gündüz 7-12° isti, bəzi yerlərdə 16° isti olacaq.
🤨1
🇦🇪🇦🇿 Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd Zayed Əl Nəhyan İlham Əliyevi prezident seçilməsi münasibətilə təbrik edib.
5
Fevralın 8-də Zaqatalada avtomobillə iki şagirdi vuraraq öldürən sürücü Emin İbrahimovun fotosu
👎7
⚡️İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olublar və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər.
👍13
🇹🇷Türkiyə CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu Bilal Ərdoğana qarşı işlətdiyi ifadələrdə təhqirə yol verdiyi iddiası ilə 2 ilə qədər həbs tələbi ilə məhkəməyə verilib.
👍5👀1
Qazaxıstanda koronavirusla bağlı vəziyyətə görə tövsiyə xarakterli maska rejimini bərpa edir.
👍4
Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Yunan fermerlər də aksiyalara qoşulub.
Yunanıstanın Larissa şəhərində fermerlər traktorları ilə qatıldıqları aksiyada Avropa Birliyinin kənd təsərrüfatı siyasətlərinə etiraz ediblər.
👍11
BQXK Ermənistan ofisi: eynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 2023-cü il ərzində Azərbaycanda saxlanılan erməni məhbuslar və onların qohumları arasında 660 dəfə həm Qırmızı Xaç məktubları ilə, həm də səsli və görüntülü əlaqə qurulub.
DƏHŞƏT❗️Kürdəmirdə oğul anasının başını kəsdi, qonşusunu isə qətlə yetirdi

Kürdəmirdə ağır qətl hadisələri törədilib.

Hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, aralarında yaranan mübahisə zəminində Şıxımlı kənd sakini Əliyev İlham İsa oğlu əvvəlcə anası Əliyeva Nəsibə Soltanəli qızının başını kəsib, sonra isə qonşusu Şükürov Famil Oqtay oğlunu qətlə yetirib, bir nəfəri isə ağır yaralayıb.
😨7👍1
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
DƏHŞƏT❗️Kürdəmirdə oğul anasının başını kəsdi, qonşusunu isə qətlə yetirdi Kürdəmirdə ağır qətl hadisələri törədilib. Hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb. İlkin məlumata görə, aralarında yaranan mübahisə zəminində Şıxımlı kənd sakini Əliyev İlham…
Kürdəmir rayon prokurorluğunun məlumatı

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub. Araşdırmalarla Kürdəmir rayonunun Şıxımlı kənd sakini İ.Alıyevin yaşadığı kəndin ərazisində anası N.Əliyeva və həmkəndlisi F.Şükürova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsi, tanışı V.Məmmədova isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb, İ.Alıyev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.
👍1